Məhkəmə qərarları › İş №2(041)-1013/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1013/2025

25.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1013/2025 25.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri, polkovnik R.Məmmədrzayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 16, mənzil 13 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissədə hərbi hissənin xidmət və reqlament qrupunun (nəzarət yazı aparatları və məlumatların işlənməsi üzrə) baş texniki vəzifəsində xidmət etmiş baş gizir Cavabdeh1 N nömrəli hərbi hissəyə müraciət edərək ailə vəziyyətinə görə əsaslanaraq Kürdəmir rayonu Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan "1 nömrəli” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onu mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1 N nömrəli hərbi hissədə hərbi hissənin xidmət və reqlament qrupunun (nəzarət yazı aparatları və məlumatların işlənməsi üzrə) baş texniki vəzifəsində xidmət etməsi eləcə də onun ailə vəziyyəti və digər Cavabdeh2 ilə nikahda olması, onların birgə nikahlarından 3 (üç) övladlarının olması nəzərə alınmaqla, Cavabdeh1 yuxarıda sözügedən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Kürdəmir rayonu, N nömrəli hərbi hissənin ərazisində yerləşən "1 nömrəli" hərbi şəhərciyində, ona 16 nömrəli binadan 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 13 nömrəli mənzil verilmişdir. Cavabdeh1 hərbi hissə tərfindən ona verilmiş yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 16 nömrəli ünvanında yerləşən 13 nömrəli mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil İstismar Xidmətində yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 30 dekabr 2023-cü il tarixli müvafiq əmri ilə cavabdeh baş gizir Cavabdeh1 "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "a" bəndinə uyğun olaraq xidməti müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə Cavabdeh1 müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən halları təsdiq etdi və əlavə olaraq bildirdi ki, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrini yerinə yetirən zaman xəstəlik nəticəsində yalnız 1-ci və ya 2-ci qrup əlil olmuş hərbi qulluqçular yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Cavabdeh1 2023-cü ilin dekabr ayından ehtiyata buraxılsa da, lakin o, bu günədək 1 və ya 2-ci qrup əlilliklə bağlı rəsmi sənədlər təqdim edə bilməmişdir. Hərbi qulluqçulara hər ay 150 manat, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün isə kompensasiya məbləğinin 50 (əlli) faizi miqdarında əlavə pul kompensasiya verilir. Cavabdeh1 ailə üzvlərinin sayına görə hər hər ay 450 manat məbləğində pul kompensasiyası ödəniləcək. Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxıldığından və bununla əlaqədar xidmət müddəti başa çatdığından onun və digər cavabdehlərin sözügedən mənzildən çıxarılmalarına və həmin mənzilin aidiyyəti üzrə Mənzil İstismar Xidmətinin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh1 izahatında digər mənzillə və ya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilənədək məhkəmədən 1-2 ay vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 19 nömrəli əmrindən görünür ki, Baş gizir Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətindən çıxarılmış, "usta" məharət dərəcəsi" verilmişdir. Baş gizir Cavabdeh1 ehtiyata buraxılması ilə əlaqədar ikiaylıq maaş həcmində birdəfəlik pul müavinəti ödənilsin, 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. 2023-cü ilin növbəti məzuniyyətindən 40 (qırx) gün istifadə edib və növbəti məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzil istismar rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 231/2-255/2025 nömrəli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 3 ünvanında ailə üzvü- həyat yoldaşı-X2, qızı- Cavabdeh3, qızı-Cavabdeh4 qızı, oğlu-Cavabdeh5 ilə yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.2024-cü il tarixli 1246 nömrəli Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, ondan yaşadığı mənzilin hərbi xidmət dövrü üçün müvəqqəti yaşayış sahəsi olaraq verilməsi, hərbi təqaüdə çıxdığınıza görə 321.24 (üç yüz iyirmi bir manat 24 qəpik) manat olan kommunal borcunu ödəməsi və yaşadığı xidməti mənzili 15(on beş) gün ərzində hərbi hissəyə təhvil verməsi tələb olunmuş, əks təqdirdə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 23112-397/2025 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan vətəndaş Cavabdeh1 kommunal xidmətlər üzrə olan borcu xx.xx.2025-ci il tarixədək 307.62 manat təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 231/2-260/2025 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin 1.13-cü bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsi verilməsi qadağandır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiçş xx.xx.2025-ci il tarixli 231/2-261/2025 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin 1.15-ci bəndinə əsasən mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən bəzi hallarda əlavə olaraq ərazisində patrulluqetmə aparılan hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 02 nömrəli qərarının 1.15-ci bəndində əsasən, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən, kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisində yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda, əlavə olaraq ərazisində patrulluq etmə aparılan, hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxıldığından, eləcə də onun xüsusi təyinatlı yaşayış sahəsinə aid olan sözügedən mənzildən çıxarılmasını istisna edən hallar mövcud deyil. Lakin buna baxmayaraq, cavabdeh-baş gizir Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətindən çıxarılmasına baxmayaraq, halhazıra kimi xüsusi təyinatlı yaşayış sahəsində yaşamasına şərait yaradılmış, xidmətə yeni qəbul edilmiş hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi zərurətindən çıxış edərək iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə göstərilən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləridir. Cavabdeh2-arvadı, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 uşaqlarıdır. Yetkinlik yaşına çatmayan uşaqların cavabdeh kimi işə cəlb edilməsi mülki qanunvericiliyin tələblərinə zidd olduğuna görə iddia tələbindən kənara çıxılmaqla qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 ailə üzvləri ilə birlikdə (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5) Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 16, mənzil 13 ünvanından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ailə üzvləri ilə birlikdə (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5) Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 16, mənzil 13 ünvanından çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar