Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1412/2023 14.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qeyri-qanuni sahibliyindəngeri alınaraq qaytarılması, çəpərin sökülərək-açılması və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi ərazisindəki kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə olan 0.26 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, qanunsuz olaraq əkilmiş ağac tinklərinin çıxarılması, kol-kosdan, ağac dirəklərdən ibarət çəpərin öz hesabina sökülərək- açılması, 15 il ərzində özbaşına zəbt etdiyi boş torpaq sahəsindən quru ot toplamaqla əldə etdiyi 3510 (üç min beş yüz on) manat maddi ziyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmişdir. Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması barədə E-Məhkəmə çıxarışından görünür ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (qəbz **********) istifadə olunmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı 100 manat ödəniş etməsinə dair qəbzi iddia ərizəsinə əlavə etsə də, ödənilmiş dövlət rüsumunun yoxlanılması zamanı istifadə olunduğu müəyyən olunmuş,bu hal isə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı,iddiaçıya izah olunmalıdır ki,nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qeyri-qanuni sahibliyindən geri alınaraq qaytarılması, çəpərin sökülərək-açılması və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1412/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1412/2023
14.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver