Məhkəmə qərarları › İş №2(041)-1029/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1029/2023

24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1029/2023 24.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə İddiaçı Ərizəçi maraqlı şəxs X18 xidmət mərkəzinin Notariat ofisi cəlb edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək göstərdi ki, o, 3 nəfər ailə üzvü ilə birlikdə, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. X4 02.11.18-ci il tarixdə, anası X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Evin tək övladıdır, valideyinlərinin ondan başqa uşaqları olmamışdır. Bir müddət əvvəl valideyinlərindən qalma miras əmlakı qəbul etmək üçün X18 xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Orada mirasın qəbul edilməsi vaxtını ötürdüyü üçün müraciətinin icrası mümkün olmadığından imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüquqları ona izah edilmişdir. Həmin müddəti ötürmək onun savadsızlığından və qanunları bilməməsindən irəli gəlmişdir. Ona görə də xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan” xidmət mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.1986-cı il tarixli, Xİ-JQ-446641 nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Ərizəçi ata qrafasında X12, ana qrafasında isə X9 olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 183628 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İ 958460 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 570 nömrəli arayışdan görünür ki, onun mərhum anası X1 şəhəri, Aran qəsəbəsi bina 24, mənzil 15 saylı ünvanda qeydiyyatda olmaqla, vəfat edən günə qədər Kürdəmir şəhərinin şəhid Əbubəkr İsmayılov küçəsində yaşamışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 1019 nömrəli arayışdan görünür ki, Ərizəçi X4 02.112018-ci il tarixdə vəfat etdiyi zaman xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi ibarət ailə üzvü (varisi) qalmışdır. İş materiallarına əlavə edilmiş və Maraqlı şəxsndə Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 467 nömrəli və xx.xx.2023-cü il tarixli, 468 nömrəli məktublardan görünür ki, mərhum X12 və X3 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin miras payın qəbul müddətinin ötürüldüyü bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş X18 xidmət Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/09/S/105187-23 nömrəli arayışdan görünür ki, Ərizəçi Möbhübbət oğlunun ailə tərkibi atası X13 (ölüb), anası X8 (ölüb), arvadı X14, qızları X16 və X10 ibarətdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, o, 3 nəfər ailə üzvü ilə birlikdə, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. X4 02.11.18-ci il tarixdə, anası X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Evin tək övladıdır, valideyinlərinin ondan başqa uşaqları olmamışdır. Bir müddət əvvəl valideyinlərindən qalma miras əmlakı qəbul etmək üçün X18 xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Orada mirasın qəbul edilməsi vaxtını ötürdüyü üçün müraciətinin icrası mümkün olmadığından imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüquqları ona izah edilmişdir. Həmin müddəti ötürmək onun savadsızlığından və qanunları bilməməsindən irəli gəlmişdir. İddiaçı valideynlərindən miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı X18 xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, miras payın qəbulu müddətinin ötürüldünə görə ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin 1267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından və iddiaçı Ərizəçi izahatından görünür ki, o, mərhum valideynlərindən miras qalan əmlakları edib idarə edir və hazırda onun valideynlərinin iddiaçıdan başqa vərəsələri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ərizəçi xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar