Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1143/2024 25.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X* iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Ərizəçi səhvən baza məlumatlarında X3 qeydə alınmasını və hər iki şəxsin eyni vətəndaş olmasını nəzərə alaraq onun adının Adəm deyil, həqiqətdlə sənədlər əsasında Mayis olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək göstərdi ki, o, X4 məxsus daşınmaz əmlak, yəni Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi 2*-də yerləşən 2 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması ilə əlaqəbar tələb olunuan bütün hüquqmüəyyənedici sənədlər tərəfindən Kürdəmir Regional «ASAN XİDMƏT» Mərkəzinin DƏDRX-nin Şöbəsinə xx.xx.2023-cü ildə təqdim olunmuşdur. Cavabdeh mövcud olmayan oğlu X9 razılıq ərizəsinin təqdim edilməməsini əsas tutaraq 23.*0.2023-cü il tarixdə məktubla sözügedən mənzilə çıxarışın verilməsindən imtina etdi. Bundan sonra aneası 03.**.2023-cü ildə cavabdehə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, onun Adəm adlı uşağı olmayıb, eyni təvəllüdlü onun Mayıs adlı oğlu var. Onu uşaqlıqdan Adəm adı ilə çağırmışıq. Onu taytuşları adəm adı ilə çağırır. Təkrar ərizəmə Mayisin toğum haqqında şəhadətnaməsini də əlavə etdim. Cavabdehə təqdim etdiyi Kürdəmir Regional «ASAN XİDMƏT» Mərkəzində qeydiyyat şöbəsinin və Kürdəmir Mənzil İstismar Sahəsinin ailə tərkibi haqqında rəsmi arayışlarında da ailələrinin Adəm adında oğlunun olmaması, eyni təvəllüdlü Mayis adında oğlunun olması varlığı öz əksini tapdı. Bundan əlavə valideyinləri X*8 oğlu ilə X8 *979-cu ildə doğulan Adəm adlı övladının olmaması barədə *2 dekabr 2023-cü il tarixli arayışının əldə edib və təkrarən 3 dəfə ərizə ünvanlayıblar. Cavabdeh *5.*2.2023-cü il tarixli məktubu ilə yenidən onlara çıxarışın verilməsindən imtina edilmişdir. Ona görə də X9 Ərizəçi kimi qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxlər Maraqlı şəxs*nə və DƏDRX-nın *6 saylı Ucar Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 ifadəsində göstərdi ki, o, Mayislə bir məktəbdə oxumuş və onu Adəm kimi tanımışdır. Mayis ondan aşağı sinifdə rus sektorunda oxumuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşov Hüseynağa Hüseyn oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi ilə dost almaqla onunla yaxın münasibətdə olmuşdur. Onu Adəm kimi tanımış, əslində isə sənəd üzrə onun adı Mayisdir. İş materiallarına əlavə edilmiş 23.**.*979-cu il tarixli, Vİ-JQ 4745*0 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*979-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən X2 verilmiş *0.05.2023-cü il tarixli, 5-5637/37* nömrəli arayışda onun ailə üzvlərinin X**, X*2, Ərizəçi və X5 ibarət olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış *5.*2.2023-cü il tarixli, 3-2*-3-3-36/2-M-0*xx-xx/2023 nömrəli məktubdan görünür ki, onun mərhum X4 məxsus Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, bina 2*-də yerləşən 2 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı ərizəsi araşdırılarkən Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, bina 2*-də yerləşən 2 nömrəli mənzilə dair hüquq müəyyənedici sənədlər araşdırılarkən bir sıra çatışmamazlıqlar, həmçinin X9 razılıq ərizəsi təqdim edilməmişdir. X9 adının texniki səhv yazılması ilə bağlı heç bir məlumat aşkarlanmadığından onun müracitinə baxılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli, 48* nömrəli arayışdan görünür ki, Ərizəçi Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, bina 2*-də yerləşən 2 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır. Həmin ünvanda və ərazidə X*3 adlı şəxs yaşamır və mövcud deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən X*0 göndərilmiş xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, Kürdəmir şəhər adlı siyahısında (DBF) *5*9-cu qrafada ailə üzvləri X*9, X*5 və X6 göstərilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri təqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası X4 məxsus daşınmaz əmlak, yəni Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi 2*-də yerləşən 2 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması ilə əlaqəbar tələb olunuan bütün hüquqmüəyyənedici sənədlər tərəfindən Kürdəmir Regional «ASAN XİDMƏT» Mərkəzinin DƏDRX-nin Şöbəsinə xx.xx.2023-cü ildə təqdim olunmuşdur. Cavabdeh mövcud olmayan oğlu X9 razılıq ərizəsinin təqdim edilməməsini əsas tutaraq 23.*0.2023-cü il tarixdə məktubla sözügedən mənzilə çıxarışın verilməsindən imtina etdi. Bundan sonra aneası 03.**.2023-cü ildə cavabdehə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, onun Adəm adlı uşağı olmayıb, eyni təvəllüdlü onun Mayıs adlı oğlu var. Onu uşaqlıqdan Adəm adı ilə çağırmışıq. Onu taytuşları adəm adı ilə çağırır. Təkrar ərizəmə Mayisin toğum haqqında şəhadətnaməsini də əlavə etdim. Cavabdehə təqdim etdiyi Kürdəmir Regional «ASAN XİDMƏT» Mərkəzində qeydiyyat şöbəsinin və Kürdəmir Mənzil İstismar Sahəsinin ailə tərkibi haqqında rəsmi arayışlarında da ailələrinin Adəm adında oğlunun olmaması, eyni təvəllüdlü Mayis adında oğlunun olması varlığı öz əksini tapdı. Bundan əlavə valideyinləri X*8 oğlu ilə X8 *979-cu ildə doğulan Adəm adlı övladının olmaması barədə *2 dekabr 2023-cü il tarixli arayışının əldə edib və təkrarən 3 dəfə ərizə ünvanlayıblar. Cavabdeh *5.*2.2023-cü il tarixli məktubu ilə yenidən onlara çıxarışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.*ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, baza məlumatlarında Ərizəçi adı səhvən X3 qeyd edilmişdir. Lakin ərizəçinin X*3 adlı qardaşı olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli və Ərizəçi səhvən baza məlumatlarında X3 qeydə alınması və hər iki şəxsin eyni vətəndaş olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*4- 220, 227, 233, 307-3**-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi səhvən baza məlumatlarında X3 qeydə alınması və hər iki şəxsin eyni vətəndaş olmaqla baza məlumatlarında onun adının Ərizəçi kimi qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1143/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1143/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver