Məhkəmə qərarları › İş №2(041)-1176/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1176/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1176/2025 17.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisi) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2ndan Kürdəmir rayonunun Carlı kəndində fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədi ilə ayrı-ayrı ərazilərdə yerləşən 0,77 hektar və 1,84 hektar torpaq sahələri ilə bağlı vərəsəliyin qəbulu müddətinin bərpa eilməklə, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, hazırda Kürdəmir rayonunun Carlı kəndində mərhum valideynləri-X8 və X2ndan miras qalan Kürdəmir rayonunun Carlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Ailədə 5 bacı 2 qardaş olublar. X2 xx.xx.2004-cü il tarixdə, X8 isə xx.xx.2020-ci il tarixdə, qardaşı X16 xx.xx.2023-cü il tarixdə ölmuşdür. X9 qızı, X18, X5, X25 və qardaşı X22 isə evlənib ailə qurmaqla özlərinə məxsus evlərdə yaşayırlar. X8 və X2na Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 03 saylı qərarına əsasən Kürdəmir rayonunun Carı kəndi ərazısından fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədi ilə ayrı-ayrı ərazilərdən 0.77 hektar və 1,84 hektar torpaq sahəsi verilmişdır. Torpaq sahəsinin mərhum valideynlərinə verilməsi ilə əlaqədar onlara ayrı-ayrılıqda Torpağın mülkiyyətə verilməsinə dair JN-026A KOD 90608018 nömrəli və JN-026B KOD 90608018 nömrəli Şəhadətnamələr verilmışdir. Valideynlərinin ölümündən sonra həmin torpaq sahələrini o qəbul etmiş və hazırda da həmin torpaq sahələrindən o istifadə edir. Digər vərəsələr olan və hazırda ayrı-ayrı ünvanlarda, özlərinə məxsus evlərdə öz ailə üzvləri ilə birlikdə yaşayan bacıları-X19, X18, X5, X25 va qardaşı X22 notariat qaydasında təsdiq edilmiş ərizələri ilə miras əmlaka dair heç bir tələblərinin olmamasını bildirmişlər. 2025-ci ilin mart ayında valideynlərindən miras qalan amlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat olisinə müraciət etsə də, vərəsəliyın qəbul müddətinin ötürdüyü üçün ona imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN-026A, KOD ********) görünür ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.77 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X21 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN-026B, KOD ********) görünür ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 1.84 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X21 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Kürdəmir rayonu Carlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ №206620 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonu Carlı kəndində ölmüşdür. - Kürdəmir rayonu Carlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ №039207 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2020-ci il tarixdə Kürdəmir rayonu Carlı kəndində ölmüşdür. - 6 saylı Bakı Asan Xidmət X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ №381673 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023cü il tarixdə Bakı şəhərində ölmüşdür. - İ-ИЕ №105668 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1956-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. X8 və X2dır. - Kürdəmir rayon Mollakənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007ci il tarixli, AZ-İ №978466 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. X8 və X2dır. - Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibində özü, X8 (xx.xx.1931-ölüb), X2 (xx.xx.1934-ölüb), bacısı X17 (xx.xx.1956), bacısı X18 (xx.xx.1957), bacısı X5 (xx.xx.1959), qardaşı X16 (xx.xx.1964-ölüb), qardaşı X22 (xx.xx.1966) və bacısı X26 (xx.xx.1970) göstərilmişdir. - Maraqlı şəxsndə imzalanmış ərizədən görünür ki, X22, X18, X17, X26 və X1 Bağı Hüseyn oğlu və X3 qalmış əmlakdan onlara çatası vərəsəlik payını qəbul etməmiş və bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Ərizəçi adından etibarnamə üzrə çıxış edən X13 müraciətinə xx.xx.2025-ci il tarixli 202 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdə ölmüş X3 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Ərizəçi adından etibarnamə üzrə çıxış edən X13 müraciətinə xx.xx.2025-ci il tarixli 203 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə ölmüş X11 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. -Kürdəmir rayon İB Carlı kənd İƏDN-yinin xx.xx.2024-cü il tarixli, 298 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətən də hal-hazırda Kürdəmir rayonunun Carlı kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonunun Carlı kəndində yaşayır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.77 ha və 1.84 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X21 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X21 xx.xx.2020-ci il tarixdə, X10 xx.xx.2004 ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Ərizəçi müraciətinə imtina edilmiş, əsas kimi müddətin ötürüldüyü göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. İşdə olan sənədlərdən göründüyü kimi, miras əmlak kimi Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.77 ha və 1.84 ha torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. İddia ərizəsində göstərilən Kürdəmir rayonunun Carlı kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar barəsində heç bir hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.77 ha və 1.84 ha torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, ərizə qalan hissədə təmin edilməməli, qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.77 ha və 1.84 ha torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar