Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1192/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, *8.08.20*5-ci il tarixdə vəfat etmiş X* miras qalmış Kürdəmir şəhəri E.Mikayılov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə habelə mrhum anası X* miras qalmış Kürdəmir rayon ərazsində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*0.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizələrə o vaxt baxıla bilər ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hazırki iş üzrə ərizəçi qızı anası *8.08.20*5-ci il tarixdə vəfat etmiş X* miras qalmış Kürdəmir şəhəri E.Mikayılov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə habelə mrhum anası X* miras qalmış Kürdəmir rayon ərazsində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan respublikasının Konstitusiya məhkəməsinin 26.*2.2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası MPM-nin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. *53.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Odur ki, ərizəçiyə izah edilir ki, zəruri sənədləri toplamaqla vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı Maraqlı şəxsnə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1192/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1192/2024
03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver