Məhkəmə qərarları › İş №2(041)-1198/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1198/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1198/2023 23.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metr olan fərdi yaşayış evindən əmlakları ilə birdlikdə məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metr olan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışla ona məxsusdur. Anası vəfat etdikdən sonra atası Əvəzə baxmaq üçün hazırki iş üzrə Cavabdeh evə gətirmiş və xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində onların arasında rəsmi nikah bağlanmışdır. Cavabdeh bir müddət atasına baxsa da, sonradan onun atasına baxmadığına görə məcbur olub atasını ailəsi ilə bir yerdə yaşadığı evinə aparıb özü qulluq etmişdir. Mərhum atası İsmayılov Əvəzlə Cavabdeh birgə nikahlarından uşaqları olmamışdır. Atasının onunla bir yerdə yaşamasına və hazırda ölməsinə baxmayaraq cavabdeh bu günədək onun xüsusi mülkiyyətində olan evdə yaşayır. O, dəfələrlə cavabdehdən mülkiyyətində olan evdən çıxmasını tələb etməsinə baxmayaraq, cavavbdeh onun mülkiyyətində olan evdən çıxmayıb və çıxmayacağını bildirir. Cavabdehin onun mülkiyyətində olan evdən çıxmaması onun həmin evdən istədliyi kimi istifadə etməsinə mane olur. Ona görə də Cavabdeh ona məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metr olan fərdi yaşayış evindən əmlakları ilə birdlikdə məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 2003-cü il tarixdə mərhum X4 ilə evlənib ailə qurmasına baxmayaraq, nikahlarını xx.xx.2015-ci il tarixdə qeyd etdirmişlər. Mərhum əri ilə birgə nikahlarından uşaqları olmamışdır. O, mərhum X3 ikinci arvadı olmuşdur. O, mərhum İsmayılov Əvəzlə evlənib onun özünə məxsus evinə gəlin köçmüş və 2003-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndinə qeydiyyata düşərək əri ölənə kimi onunla birlikdə yaşamış və ona qulluq etmişdir. Mərhum əri ilə birlikdə yaşadıqları müddətdə onlardan ayrı yaşayan mərhumun birinci arvadından olan qızı Heyran onun mərhum əri ilə nikahının qeyd olunmamasından istifadə edərək yaşadığı evi öz adına sənədləşdirib daşınmaz əmlakdan öz adına çıxarış almışdır. O, mərhum X4 ilə evlənib 20 il ona məxsus evdə yaşamaqla istifadə hüququ əldə etməsinə baxmayaraq iddiaçı onu həmin evdən çıxarmaq istəyir. Onun yaşamağa başqa evi yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-482F KOD 90616018 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə Kürdəmir rayonu Xırdapay kəındi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, Seriya MA ******* nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində 0,19 ha ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə əlınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ-T 044150 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin AZ-İİ 349365 nömrəli arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölmüşdür. Məhkəmənin sorğusuna əsasən Kürdəmir RPŞ-dən alınıb iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-86/2-23001/2023 nömrəli məktubda qeyd edilir ki, Cavabdeh xx.xx.2006-cı ildə Kürdəmir RPŞ-tərəfindən ilk dəfə verilmiş, hazırda qeyri-aktiv olan AZE 04582730 nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumatda onun həmin tarixdən Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olması müəyyən edilmişdir. Hazırda aktiv statusda olan xx.xx.2019-cu ildə Kürdəmir RPŞ tərəfindən Cavabdeh verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsində də onun həmin ünvanda qeydiyyatda olması göstərilimişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-in “DİN sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahı”nın təsdiq edilməsi barədə qərara əsasən saxlama müddəti bitmiş sənədlər məhv edildiyindən, Cavabdeh qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün toplanmış materiallar hazırda mövcud deyildir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metr olan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışa əsasən İddiaçı məxsusdur. İddiaçının anası vəfat etdikdən sonra atası Əvəzə baxmaq üçün hazırki iş üzrə Cavabdeh evə gətirmiş və xx.xx.2015-ci il tarixdə mərhum X4 ilə Cavabdeh arasında Kürdəmir rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Cavabdeh bir müddət iddiaçının atasına baxsa da, sonradan onun atasına baxmadığına görə məcbur olub atasını ailəsi ilə bir yerdə yaşadığı evinə aparıb ona özü qulluq etmişdir. Mərhum atası İsmayılov Əvəzlə Cavabdeh birgə nikahlarından uşaqları olmamışdır. Atasının onunla bir yerdə yaşamasına və hazırda ölməsinə baxmayaraq cavabdeh bu günədək onun xüsusi mülkiyyətində olan evdə yaşayır. O, dəfələrlə cavabdehdən mülkiyyətində olan evdən çıxmasını tələb etməsinə baxmayaraq, cavabdeh onun mülkiyyətində olan evdən çıxmayıb və çıxmayacağını bildirir. Cavabdehin onun mülkiyyətində olan evdən çıxmaması onun həmin evdən istədliyi kimi istifadə etməsinə mane olmaqla onun mülkiyyət hüququnu pozur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı mərhum atası X4 ilə 2003-cü ildə evlənib ailə qursa da, onların nikahları xx.xx.2015-ci il tarixdə qeyd olunmuş və onlar ər-arvad birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına əsasən İsmayılova (Qədirova) Heyran Əvəz qızına fərdi yaşayış evi tikmək üçün Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdehin mərhum əri ilə birlikdə yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkimyyətində olmaqla, o, həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almış və hazırda həmin mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh 2003-cü ildə iddiaçının atası X4 ilə evlənib ailə qurduğunu göstərsədə onun mərhum Ə.Ə.İsmayılovla nikahı xx.xx.2015-ci il tarixdə qeyd olunmuşdur. İddiaçı işə mübahisəli fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010cu il qeydiyyat tarixli, Seriya MA ******* nömrəli çıxarış almış, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,19 ha torpaq sahəsi isə torpaq sahəsi isə X2 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şəorh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibbətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İş materiallarından göryndüyü kimi iddiaçı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini əldə edərkən cavabdeh onun ailə üzvü olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Cavabdeh mərhum X4 ilə ailə qurub ona məxsus olan evə köçməsini göstərsə də o, mərhum əri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin mərhum ərinin mülkiyyətində olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metrdən ibarət fərdi yaşayış evindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metrdən ibarət fərdi yaşayış evindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar