Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1262/2023 12.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında yaşadıqları fərdi yaşayış evlərinin həyətyanı torpaq sahələrinə düzəliş verilməsi məqsədi ilə mərhum X2 və Cavabdeh verilmiş xx.xx.2011-ci il tarixli, 906-1/320 inventar nömrəli, **********5- 10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun (Fərdi yaşayış evi) və mərhum X1 adına verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MA ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etmək barədə razılığa gəldiklərini bildirib mülki işin baxılmamış saxlanmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə İddiaçı ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1262/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1262/2023
12.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver