Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1266/2025 23.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş prosessual müddətin pərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras (evə və həyətyanı torpaq sahəsinə) əmlakın qəbul edilməsi üçün vərəsəlik haqqında şəhadətnamənin alınmasına dair nəzərdə tutulmuş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilməklə həmin müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər təyin edilmiş məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş prosessual müddətin pərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1266/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1266/2025
23.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver