Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-13/2025 29.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 1 nömrəli fərdi yaşayış evində istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun məcburi qaydada həmin ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. 2022-ci ildə həmin evi Cavabdehdan satın alıb. Fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, ev onun mülkiyyətindədir. Hazırda Cavabdeh evi ona satmasına baxmayaraq həmin evdən həm qeydiyatdanda çıxmaq istəmir, həmdəki özü evi tərk etmək istəmir. Sənədlərdə cavabdehin onun evində qeydiyyatda kimi göstərilməsi və evdən çıxmaq istəməməsi mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Qanunvericiliyin tələblərinə görə cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu evin alqı-satqı müqaviləsi qüvvəyə mindiyi andan itirilmiş və onun istifadə hüququna xitam verilmişdir. Odur ki, cavabdehin həmin evdən istifadə hüququ yoxdur. Ona görə də cavabdehin evdən istifadə hüququnun olmamasının meəyyən edilməklə onun həmin mənzildən məcburi qaydada çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh evi ona satmasına baxmayaraq həmin evdən çıxmır. Odur ki, məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, cavabdeh ilə iddiaçının öz aralarında söhbət olub, pulu ödəmək üçün may ayının əvəllərinə qədər vaxt istəyib və qaytaracağını söz verib. İddiaçının pulu tam şəkildə qaytarıldığı təqdirdə aralarında bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləsəkdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, AN-İN-1071252 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ucar Ərazi idarəsinin xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş **********3-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmiryol binası, ev 8A, mənzil 3, 47.5 kv.metr yaşayış sahəsini 13.000 manata alıcı İddiaçı satmışdır. - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 xüsusu mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - yaşayış yerı üzrə qeydiyyat haqqıqda xx.xx.2023-cü iltarixli, ******* nömrəli arayışından görünür ki, Muradova X1 şəhəri, C.Cabbarlı küçəsi, Dəmiryol binası, ev 8A, mənzil 3-də yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzil Cavabdeh məxsus olmuş, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili 13000 manata İddiaçı satmış və sonuncunun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. - 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki iş üzrə də, iddiaçı Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilini qanuni əsaslarla almış və həmin mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh həmin mənzildən istifadə hüququ yoxdur və onun satdığı mənzildən çıxmaması iddiaçının daşınmaz əmlakı üzərində mülkiyyət hüququnu pozmaqla nəticələnmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilində istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun məcburi qaydada həmin ünvandan çıxarılması tələblərini qoymuşdur. Cavabdehin Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzili üzərində istifadə hüququnun olmamasının müəyyən edilməsi hissəsində qeyd edilməlidir ki, mübahisələndirilən mənzil xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən iddiaçının tam pay hüququ ilə mülkiyyətindədir. Cavabdeh həmin mənzili iddiaçıya satdığı üçün yaşayış sahəsindən istifadə hüququ yoxdur. Bu tələbin verilməsində əsas məqsəd cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia bi hissədə də təmin edilməli, cavabdehin mübahisə\ləndirilən mənzilə istifadə hüquqularının olmadığı müəyyən edilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə cavabdehin Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Muradova X1 şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilindən məcburi qaydada çıxarılmalıdır. Cavabdeh Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilinə istifadə hüquqlarının olmadığı müəyyən edilməli, qətnamə Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Muradova X1 şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilindən məcburi qaydada çıxarılsın. Cavabdeh Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzilinə istifadə hüquqlarının olmadığı müəyyən edilsin. Qətnamə Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-13/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-13/2025
29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver