Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1320/2023 01.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə hüququnun verilməsi və evə köçürmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 məxsus evdə istifadə hüququnun müəyyən edilməklə ailə üzvləri Leyla və Seyidəli ilə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 1982-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 2001-ci ildə Kürdəmir rayon Atakişili kənd sakini Cavabdeh1la ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X3 və xx.xx.2005-ci il tarixdə X4 adlı uşaqları olmuşdur. O, Cavabdeh1 ilə ailə həyatı quraraq onun atasına məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Evinə gəlin köçmüşdür. Onlar uzun müddət, yəni 2023-cü ilin mart ayına kimi bir yerdə ər-arvad münasibətlərində yaşamışlar. Lakin aralarında olan mübahisəyə aralarında olan nikah münasibətləri Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-47/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah münasibətləri pozulandan sonra Leyla və Seyidəli onun himayəsində qalmışdır. O, hal-hazırda iki uşağı ilə birlikdə qardaşının himayəsində yaşayır. Başqa heç bir yerdə yaşamağa imkanı yoxdur. O, Xəyalla 22 ildən artıq bir müddətdə bir yerdə yaşamış, onunla birgə təsərrüfatı birlikdə idarə etmişlər. Hesab edir ki, onun mübahisəli evdən istifadə hüququ var, onun cavabdehlər tərəfindən pozulan huquqları bərpa edilməli və mübahisəli evdən istifadə hüququ tanınmaqla o, həmin evə köçürülməlidir. Hal-hazırda mübahisəli evdə qeydiyyatdadır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 məxsus evdə istifadə hüququnun müəyyən edilməklə ailə üzvləri Leyla və Seyidəli ilə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, oğlu Cavabdeh1 nikahlarını xx.xx.2004-cü il tarixdə İddiaçı ilə evlənmiş və Günay onun mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndindəki evıinə gəlin gəlmişdir. Onların birgə nikahlarından xx.xx.2004-cü il tarixdə Leyla və xx.xx.2005-ci il tarixdə Seyidəli adlı uşaqları olmuşdur. Onlar uzun müddət ər-arkad birlikdə ona məxsus olan evdə yaşasalar da sonradan münasibətləri pozulmuş və aralarında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-47/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı ilə oğlunun nikah pozulandan sonra iddiaçı bir müddət onun evində yaşasa da sonradan ona məxsus evdə yaşaya bilmədiyinə görə evdən çıxıb getmiş və hazırda qardaşının evində yaşayır. İddiaçı onun oğlundan ayrılandan sonra onun evində yaşadığı müddətdə, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı onunla mübahisə edib dalaşmış və həmin vaxt evə gələn nəvəsi, iddiaçının oğlu X2 evə gələrək öz anasını müdafiə edib onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, yumruqla ağız qnahiyəsinə, təpiklə ilə slol qoluna vurub onu döymüşdür. Bu barədə Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş, lakin sonradan Seyidəlinin nəvəsi olmasına görə onunla barış, iddiaçı ilə isə barışmamış və onunla münasibəti çox pisdir. Ümumiyyətlə iddiaçı onun evinə gəlin gəldiyi gündən onunla dolanmamış, hətda diplomu olduğu halda onu eşitməyib bazarda alver etməklə məşğul olmuşdur. O, iddiaçı ilə bir evdə yaşaya bilmir və iddiaçının onunla bir evdə yaşaması onunçun təhlükədir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində fərdi yaşayış evinə İddiaçı və cavıabdeh Cavabdeh2 iştirakı ilə baxış keçirilərəkən evin 4 otaq, 1 mətbəx, balkon və sanitar qovşağından və iddiaçıya məxsus cehiz əşyalarının həmin evin 2 otağında olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 47/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Kürdəmir rayon VVADQ şöbəsində 94 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmış və xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində 0,10 ha ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 166,3 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə əlınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmldakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş HK-1-393 nömrəli materiala əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X5 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlarması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə (şöbənin İTB-nə) göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən alınıb iş materiallarına əlavə edilmiş **********69- 10301 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əlavə olunmuş Kürdəmir rayon Dövlət Arxivi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli, 142 nömrəli Arxiv arayışından görünür ki, Kürdəmir RİHB-nin Atakişili kənd İcra Nümayəndəliyinin Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan 1996-2000-ci illərə aid Atakişili kəndində 19 saylı təsərrüfatbaşına kitabın 1318 nömrəli şəxsi hesabına əsasən onun başçılıq etdiyi təsərrüfatda 0,10 ha həyətyanı torpaq sahəsi və 140 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evi qeydə alınmışdır. Həmin materiala əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kəndi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh2 verilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş xx.xx.2020-ci il tarixli, 977 nömrəli arayışdan (təsərrüfatbaşı kitabdan çıxarış) görünür ki, 15 saylı təsərrüfatbaşı kitabın 1142-ci səhifəsinə əsasən Kürdəmir rayonu Atakişili kəndində onun adına özünə məxsus 0,10 ha həyətyanı torpaq sahəsi, həmin sahədə 1998-ci ildə inşa edilmiş divarı mişar daşı, 1 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 166,3 kv.metr, yaşayış sahəsi 139,3 kv.metr köməkçi sahəsi 27,0 kv.metr olan fərdi yaşayış evi vardır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı 2001-ci ildə Kürdəmir rayon Atakişili kənd sakini Cavabdeh1la ailə həyatı qurmuş və hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşdür. İddiaçı Cavabdeh1 ilə ər-arvad bir yerdə yaşadıqları müddətdə onların birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X3 və xx.xx.2005-ci il tarixdə X4 adlı iki uşaqları olmuşdur. İddiaçı uzun müddət, yəni 2023-cü ilin mart ayına cavabdehlərlə bir yerdə yaşamışdır. Sonradan iddiaçının Cavabdeh1 ilə aralarında olan mübahisəyə görə ər-arvad münasibətləri pozulmuş və aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 47/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı ilə cavıabdeh Cavabdeh1 arasında bağlanmış nikah pozularkən onların birgə nikahlarından doğulmuş Leyla və Seyidəli uşaqlar iddiaçının yanında saxlanılmışdır. İddiaçı hal-hazırda qardaşının himayəsində yaşayır, ona məxsus cehiz əşyaları isə Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 ilə 2001-ci ildə evlənib ailə quraraq Cavabdeh2 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən evin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və onların arasında bağlanmış nikah məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-47/2023 nömrəli qətnaməsinə əsasən pozulana kimi mübahisəli evdə yaşasa da iddiaçı evin mülkiyyətçisi Cavabdeh2 ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərpbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-cm maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin aildə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin və arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı“ müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İş materiallarından görünür ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh2 oğlu Cavabdeh1 ilə ailə qurarkən mülkiyyətçi Cavabdeh2 ilə aralarında yaşayış evindən istifadə ilə bağlı aralarında notariat qaydasında təsdiqlənmiş heç bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qavnunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfinedən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbini mümkün edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqtə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüqunu məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kürdəmir rayon polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş HK-1-393 nömrəli materiala əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X5 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlarması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə (şöbənin İTBnə) göndərilmişdir. İş materiallarından və tərəflərin arasında olan barışmaz mövqedən görünür ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 oğlu, iş üzrə digər Cavabdeh1 ilə ailə münasibətlərini xitam veriləndən sonra iddiaçının hazırki vəziyyətdə mübahisəli fərdi yaşayış evinə köçürülməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 məxsus evdə istifadə hüququnun müəyyən edilməklə, ailə üzvləri Leyla və Seyidəli ilə həmin evə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 məxsus evdə istifadə hüququnun müəyyən edilməklə, ailə üzvləri Leyla və Seyidəli ilə həmin evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1320/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1320/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver