Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1324/2024 04.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi 13 saylı mənzilin miras əmlak qismində qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildə vəfat etmiş X4 və xx.xx.2018-ci ildə vəfat etmiş X3 qalan mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Kürdəmir şəhəri Koroğlu küçəsi 13 saylı mənzil ərizəçinin mərhum X2nun mülkiyyətidə olmuşdur. X2 11 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, ərizəçi uzun müddətdir ki, Rusiya Federasiyasında yaşamışdır. X1 xx.xx.2018-ci ildə vəfat etdikdən sonra atasına məxsus əmlakla bağlı işlər dayanmışdır. Lakin bir müddət sonra ərizəçi Azərbaycana qayıtmış və miras əmlakla bağlı işlərə başlamışdır. Bacı və qardaşları tərəfindən ərizəçinin mirası tam şəkildə qəbul etməyi ilə bağlı heç bir etirazları yoxdur. Lakin Kürdəmir regional ASAN Xidmət mərkəzinin notariat ofisi xx.xx.2024-cü il tarixində X4 qalan miras əmlakın qəbul müddətinin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini qeyri-mümkün saymış və məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırsa, miras məhkəməyə müraciət edilmədən də qəbul edilə bilər. Bunları rəhbər tutaraq ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Maraqlı şəxs notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin çıxarışının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 13 fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi xx.xx.2020-ci il tarixdə X8 və X5 adına ümumi birgə torpaq sahəsi payına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ №256197 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X8 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 368 saylı məktuba əsasən, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın qəbulu müddəti ötürüldüyündən mümkün olmamışdır. Beləliklə, işin mübahisəsiz halları odur ki, X2nun vəfatı ilə əlaqədar Ərizəçi qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət etmədiyinə görə vərəsəlik şəhadətnaməsi əldə edə bilməmişdir. Hazırda ərizəçi məhkəməyə müraciət edərək X4 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi 13-də yerləşən, ümumi sahəsi 121.7 m2 yaşayış sahəsinin miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, Kürdəmir şəhəri, Koroğlu küçəsi, 13 saylı mənzilin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Kürdəmir şəhəri, Koroğlu küçəsi, 13 saylı mənzilin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1324/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1324/2024
04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver