Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1332/2025 29.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisi) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016ci il tarixdə vəfat etmiş atası X9 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X5 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atasına məxsus, Kürdəmir rayon Köhünlü kəndində 181.7 kv.metr olan fərdi yaşayış evi və 0.28 ha torpaq sahəsi var. Həmin mənzilə dair dövlət reystrindən çıxarışı var. Keçən müddət ərzində atası Ələkbər Bağırov və anası Minayə Bağırova vəfat etmişlər. Bu yaxınlarda həmin evi və torpaq sahəsini öz adına sənədlədirmək istəyib. Bununla əlaqədar olaraq bütün hüquqmüəyyənedici sənədləri toplayıb, valideynlərindən miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat olisinə müraciət etsə də, vərəsəliyın qəbul müddətinin ötürdüyü üçün ona imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Kürdəmir rayonu Köhünlü kəndində yerləşən 181.7 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə X20 məxsusdur. - Kürdəmir rayonu Köhünlü kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ №852736 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə Kürdəmir rayonu Köhünlü kəndində ölmüşdür. - Kürdəmir rayonu Köhünlü kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İİ №247108 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü il tarixdə Kürdəmir rayonu Köhünlü kəndində ölmüşdür. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ №206938 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il taixli, 106 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1959-cu ildə Kürdəmir rayon Köhünlü kəndində anadan olmuşdur. Bu barədə 03 dekabr 1959-cu il tarixdə Kürdəmir rayon Köhünlü kənd icra nümayəndəliyində 142 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Kürdəmir rayon Köhünlü kənd sovetinin xx.xx.1962-ci il tarixli, İ-ИЕ 340599 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə X5 nikahları xx.xx.1962-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ- 227400 nömrəli arayışından görünür ki, X17 xx.xx.1962-ci il tarixdə Kürdəmir rayon Köhünlü kəndində anadan olmuşdur. X2, anası X6r. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X17 xx.xx.1966-cı il tarixdə Kürdəmir rayon Köhünlü kəndində ölmüşdür. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ- 255271 nömrəli arayışından görünür ki, X11 xx.xx.1975-ci il tarixdə Kürdəmir rayon Köhünlü kəndində anadan olmuşdur. X2, anası X6r. - Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibində özü, atası X15 (xx.xx.1932-ölüb), anası X14 (xx.xx.1934-ölüb), qardaşı X16 (xx.xx.1955-ölüb), qardaşı X10 (xx.xx.1959), bacısı X17 (xx.xx.1962-ölüb), qardaşı X18 (xx.xx.1966), bacısı X7 (xx.xx.1969) və bacısı X12 (xx.xx.1975) göstərilmişdir. - Cavabdehndə imzalanmış ərizədən görünür ki, X18, X12, X7 və X1 Ələkbər Əibaba oğlu və X3 qalmış əmlakdan onlara çatası vərəsəlik payını qəbul etməmiş və bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli 354 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə ölmüş X4 və xx.xx.2014-cü il tarixdə ölmüş X3 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayonu, Köhünlü kəndində yerləşən 181.7 kv.m fərdi yaşayış evinin və 0.28 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X15 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X15 xx.xx.2016-ci il tarixdə, X14 xx.xx.2014-cü ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə İddiaçı müraciətinə imtina edilmiş, əsas kimi müddətin ötürüldüyü göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. - 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 dekabr 2016-cı il tarixdə ölmüş X4 və 12 avqust 2014-cü il tarixdə ölmüş X3 miras əmlak kimi qalmış Kürdəmir rayonu, Köhünlü kəndində yerləşən 181.7 kv.m fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 31 dekabr 2016-cı il tarixdə ölmüş X4 və 12 avqust 2014-cü il tarixdə ölmüş X3 miras əmlak kimi qalmış Kürdəmir rayonu, Köhünlü kəndində yerləşən 181.7 kv.m fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1332/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1332/2025
29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver