Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-134/2025 15.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçı və maraqlı şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX 16 saylı Ucar Ərazi İdarəsi və Maraqlı şəxs qarşı “çıxarışın qismən etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinə üzrə mülki iddia icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağa mülkiyyət hüquqna dair” JN- 091 və 90605018 kodlu Dövlət Aktında qeyd olunmuş koordinatlar üzrə yerində naturada mülkiyyətinə verilmiş 3,85 ha torpaq sahəsinin Maraqlı şəxs adına verilmiş çıxarışın 3,45 ha hissəsidə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir ayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli,06 nömrəli qərarı ilə JN-009,KOD 90605018 saylı “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində 6 nəfər ailə üzvlərinə Kürdəmir rayonu Böyük Kəngərli kəndi ərazisində yerləşən 3,85 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaqğı ayrılmış və həmin vaxtdan halhazıra kimi Dövlət Akt-da göstərilən koordinatlar üzrə ayrılmış torpaq sahəsindən istifadə edir. Lakin son 2 ildə torpaqdan istifadəyə görə Dövlət tərəfindən ayrılmış subsidiyaları həmin torpağa çıxarışın olmaması səbəbindən ala bilməmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən torpaq sahəsinə çıxarışın əldə olunmasına göstəriş verməsi barədə xx.xx.2024-cü il tarixdə 16 saylı Ucar Ərazi İdarəsinə ərizə vermiş və ərizəsinə “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktı”nı əlavə etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla sözügedən torpaq sahəsinə çıxarışın verilməsinədən imtina etmiş və imtinanın səbəbini Dövlət Aktına əssən mülkiyyətində olan 3,85 ha torpaq sahəsinin 3,45 hanın başqa şəxsə verilmiş dövlət reystrindən çıxarışla üst-üstə düşdüyü əss götürülmüşdür. Həmçinin bundan əvvəl əslən Kəlbəcər rayonundan qaçqın olan və Böyük Kəngərli kəndində müvəqqəti yaşayan və qeydiyyatda olan Maraqlı şəxs ona bildirmişdir ki,həmkəndlisi Böyük kəngərli kənd sakini X1 məxsus pay torpağını almış,buna dair çıxarış əldə etmiş və həmin çəxarışa əsasən ona məsus pay torpağ ının 3,45 ha hissəsi onun mülkiyyətinə verilmişdir.O,buna inanmamış və yuxarıda qeyd etdiyi ərizəsini cavabdehə ünvanlamış və həmin orqandan imtina cavabı almışdır. O, həmin torpağı ailə üzvləri ilə birlikdə naturada onalara verilən gündən bugünədək istifadə etmiş və torpaqda əkin işlərinə görə subsidiya almışdır.1998-ci ildən 2024-cü ilə kimi olan dövrdə ilkin mülkiyyətçi X2 ilə onun arasında mülkiyyətində olan və hal-hazıra kimi istifadə etdiyi torpaq sahəsi üzrə heç bir mübahisəsi olmamış və onun bu məsələ üzrə ona qarşı heç bir tələbi olamamışdır.Bunadan əlavə onun mülkiyyətində olan 3,45 ha torpaq sahənin çıxarışı ZaminMürsəlova verilərkən 3,85 ha torpaq sahəsinin 3,4 ha hissəsində üst-üstə düşdüyü qabaqcadan cavabdehə məlum olmuşdur.Hesab edir ki, yuxarıda göstərilən əsaslara görə iddia tələbi təmin edilməli və “Torpağa mülkiyyət hüquqna dair” JN-091 və 90605018 kodlu Dövlət Aktında qeyd olunmuş koordinatlar üzrə yerində naturada mülkiyyətinə verilmiş 3,85 ha torpaq sahəsinin Maraqlı şəxs adına verilmiş çıxarışın 3,45 ha hissəsidə etibarsız hesab edilməlidir. Odur ki, bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və ya hüquq münasibətlərinin xarakteri nəzərə alaraq hesab edir ki, hazırki mübahisə inzibati məhkəmədə baxılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə JN- 009,KOD 90605018 saylı “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktı ilə ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin 3,45 ha hissəsinin Maraqlı şəxs adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmasından narazıdır və torpaq sahəsinin plan ölçü sənədini və daşınmaz əmlakın reyestrində qeydiyyatın düzgün olmamasını mübahisələndirir. Belə tələbə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İş materiallarında olan dövlət rüsumu barədə qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-in 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “çıxarışın qismən etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. İddiaçıyə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-134/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-134/2025
15.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver