Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1356/2023 19.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi Cəmaləddin oğlunun iştirakı ilə Ərizəçi Cəmaləddin oğlunun Kürdəmir Regional ASAN Xidməti maraqlı şəxs qismində cəlb edilməklə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Cəmaləddin oğlu məhkəməyə ərizə ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə mərhum anası X7 Kürdəmir rayonu Sovla kəndi ərazisindən verilmiş və hazırda miras qalmış 0,73 ha, pay torpaq sahəsinin vərəsə olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Cəmaləddin oğlu ərizəni müdafiə edərək göstərdi ki, O, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonu Sovla kəndində, X1 ilə anası X5 birgə nikahlarından doğulmuşdur. X1 xx.xx.1980-ci ildə, anası X10 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Ata və anasının birgə nikahlarından iddiaçıdan başqa bir oğlu da olub (yəni iki qardaş). İddiaçı Bakı şəhərində qeydiyyatda olmaqla Sovla kəndində mərhum anasına məxsus təsərrüfatda yaşayır. Ailəlidir övladları var. Qardaşı Sədrəddin ayrı təsərrüfatda yaşayır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə mərhum anası X7 Kürdəmir rayonu Sovla kəndi ərazisindən 0.73 ha pay torpaq sahəsi verilmiş, hazırda həmin pay torpaq sahəsi miras əmlak kimi qalıb. Anasının sağlığında onun halallığı ilə həmin torpaq sahəsini o əkib-becərib və idarə edib. Anası ölənə kimi onun qayğısına da iddiaçı qalıb. Anası öləndən sonra Kürdəmir rayonu Sovla kəndi ərazisində yerləşən 0.73 ha pay torpaq sahəsini miras əmlak kimi faktiki olaraq o qəbul və idarə edib. Bu məsələ ilə bağlı ilk dəfə Kürdəmir Regional ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmişdir. Orada ona izah edilmişdir ki, miras əmlakın qəbul edilmnəsi ilə bağlkı məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Cəmaləddin oğlu göstərilənləri nəzərə alaraq Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə mərhum anası X7 Kürdəmir rayonu Sovla kəndi ərazisindən verilmiş və hazırda miras qalmış 0,73 ha, pay torpaq sahəsinin vərəsə olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Kürdəmir Regional ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisinə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, qardaşı Ərizəçi Cəmaləddin oğlu analarından qalmış miras əmlak olan 73 sot torpaq sahəsi qardaşı Ərizəçi Cəmaləddin oğlu tərəfindən istifadə olunması faktının müəyyən olunması haqqında ərizəsinin təmin olunmasını və anasından qalan miras əmlakın qardaşına verilməsinin tərəfdarıdır. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-002 KOD 90612038 nömrəli Şəhadətnamənin surətindən görünür ki, X7 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Sovla kəndi ərazisindən 0,73 ha kənd təsərrüfatı məhsullarının istehlakı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Köhünlü kəndi üzrə nümayəndəliyinin əvəzedici müavini E.T.Alməmmədov tərəfindən verilmiş 686 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Cəmaləddin oğlunun mərhun anası X5 Kürdəmir rayonunu Sovla kəndində onunla birlikdə oğlu X2 və oğlu Ərizəçi Cəmaləddin oğlu yaşayırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ 794334 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.1979-cu il tarixli, İİ-JQ 279826 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X10 xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonu Köhünlü kənd XDS-İK-də nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.1964-cü il tarixli, AZ 639730 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Cəmaləddin oğlu xx.xx.1964-cü ildə anadan olmuşdur. Döğum haqqında şəhadətnamənin ata qrafasında atasının adı X4, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1955-ci il tarixli, İJ 325070 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1955-ci ildə anadan olmuşdur. Döğum haqqında şəhadətnamənin ata qrafasında atasının adı X4, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/09İS/118578-23 nömrəli arayışından görünür ki, Ərizəçi Cəmaləddin oğlunun doğum tarixi xx.xx.1964, Azərbaycan Respublikası Kürdəmir rayonu Sovla kəndi, atası – X6 (ölüb), anası – X10 (ölüb), qardaşı – X2, bacısı - X3 (evli) qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatlarını, şahid ifadələrini dinləyib və işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, O, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonu Sovla kəndində, X1 ilə anası X5 birgə nikahlarından doğulmuşdur. X1 xx.xx.1980-ci ildə, anası X10 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Ata və anasının birgə nikahlarından iddiaçıdan başqa bir oğlu da olub (yəni iki qardaş). İddiaçı Bakı şəhərində qeydiyyatda olmaqla Sovla kəndində mərhum anasına məxsus təsərrüfatda yaşayır. Ailəlidir övladları var. Qardaşı Sədrəddin ayrı təsərrüfatda yaşayır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə mərhum anası X7 Kürdəmir rayonu Sovla kəndi ərazisindən 0.73 ha pay torpaq sahəsi verilmiş, hazırda həmin pay torpaq sahəsi miras əmlak kimi qalıb. Anasının sağlığında onun halallığı ilə həmin torpaq sahəsini o əkib-becərib və idarə edib. Anası ölənə kimi onun qayğısına da iddiaçı qalıb. Anası öləndən sonra Kürdəmir rayonu Sovla kəndi ərazisində yerləşən 0.73 ha pay torpaq sahəsini miras əmlak kimi faktiki olaraq o qəbul və idarə edirək əmlak hüququ ilə bərabər sahiblik və istifadə hüququ əldə etmişdir. İş materiallarından görünür ki, Ərizəçi Cəmaləddin oğlu anası X10 öldükdən sonra onlardan miras qalmış əmalakı (kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş pay torpaq sahəsi) faktiki qəbul edib idarə edərək həmin əmlaklara əmlak hüququ ilə bərabər sahiblik və istifadə hüququ əldə etməklə həmin miras əmlakları faktiki qəbul etdiyini şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə digər vərəsəyə bərabər şəxslər X2 ərizə verməklə, bacısı X3 isə ailəli olmaqla başqa yerdə yaşamaqla mirası faktiki qəbul etməmişlər və bu halı mübahisələndirməməklə miras qalmış bütün əmlakları valideynlərinin ölümündən sonra iddiaçı Ərizəçi Cəmaləddin oğlunun xeyrinə faktiki qəbul etməsi ilə razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinin tələbinə görə miras qoyanın yaşayş yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə mərhum X7 Kürdəmir rayonu Sovla kəndi ərazisindən 0.73 ha pay torpaq sahəsi Ərizəçi Cəmaləddin oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 06 nömrəli qərarı ilə mərhum X7 Kürdəmir rayonu Sovla kəndi ərazisindən 0.73 ha pay torpaq sahəsi Ərizəçi Cəmaləddin oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1356/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1356/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver