Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1361/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Abasqulu qızı və Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Abasqulu qızı və Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi atası X3 ölümündən sonra miras qalmış evdə rəhmətə getmiş qardaşının da ailəsinin yaşadığını, Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinin ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini bildirərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli AZ-İİ 435304 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə uremiyadan vəfat etmişdir. İş materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli AZ-İ 659375 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2014-cü ildə tənəffüs çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli AZ-İ 175909 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2006-cı ildə ürək astmasından vəfat etmişdir. İş materiallarında olan Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 1167 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum atası X1 şəhəri Y.Məmmədəliyev küçəsi 3 saylı ünvanda yaşamış, xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra ailə üzvləri (varisləri) - Maraqlı şəxs2, Ərizəçi və Maraqlı şəxs3 Abasqulu qızı qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1043 nömrəli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.2007-ci il tarixində ölmüş X2 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün qəbul müddəti ötürüldüyndən və vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Abasqulu qızı və Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə mübahisə yaranmışdır. Beləliklə məhkəmə qeyd edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Abasqulu qızı və Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Abasqulu qızı və Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1361/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1361/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver