Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-137/2025 21.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsndə Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 167 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2001-ci il tarixdə ölmüş X3 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin təqdim edilən sənədlər əsasında mərhumun vərəsəlik dairəsini müəyyən etmək olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İ 149753 nömrəli arayışdan görünür ki, X9 xx.xx.1999-cu ildə Kürdəmir rayonu Xırdapay kəndində vəfat etmişdir. Bu barədə xx.xx.1999-cu ildə 05 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ- 089072 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2001-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində vəfat etmişdir. Bu barədə xx.xx.2001-ci ildə 27 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 237 nömrəli arayışından görünür ki, Ərizəçi nənəsi X4 varisləri- Ərizəçi, X8, X5, X2 və X1r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə Ərizəçi Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə mübahisə yaranmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, Ərizəçi nənəsi X4 varisləri- Ərizəçi, X8, X5, X2 və X1r və onların heç bir razılıqları iş materiallarında əksini tapmır. Beləliklə məhkəmə qeyd edir ki, Ərizəçi Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-137/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-137/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver