Məhkəmə qərarları › İş №2(041)-1395/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1395/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1395/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ İş № 2(041)-1395/2024 Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir Rayon Məhkəməsi 29 noyabr 2024-cü il Kürdəmir şəhəri X10 Sabir oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı “Kürdəmir-Pambıq“ ASC-nin nümayəndəsi X6 və Cavabdeh iştirakları ilə, İddiaçı “Kürdəmir-Pambıq“ ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1677 manat vəsaitin və ödənilmiş 36,77 manat dövlət rüsumunun, cəmi 1713,77 manat pulun alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-815/2022 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh vəsatətinə əsasən qiyabi qətnamə xx.xx.2024-cü il tarixdə ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmışdır. Məhkəmə iclasında iddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh 2021-ci ilin yanvar ayında “Kürdəmir-Paimbıq“ ASC-nə müraciət edərək pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehnın xahişinə əsasən, “Kürdəmir-Paimbıq“ ASC onunla xx.xx.2021-ci il tarixli, 09 nömrəli müqavilə bağlayaraq 05 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 80 manat dəyərində çöp qırma işləri görülmüş, 625 manat dəyərindıə toumluq çiyid verilmiş, 75 manat dəyərindıə çiyid səpni edilmiş, 160 manat dəyəridə şırım işləri görülmüş, 325 manat dəyərində kultivasiya işləri görülmüş, 355 manat dəyərində dərman verilmiş, 210 manat dəyərində dərmanlama işləri aparılmış,1250 manat dəyərində kombaynla pambıq yığımı işləri görülmüşdür. Bundan başqa bank hesabına şum üçün 350 manat, arat üçün 100 manat, mala üçün 180 manat, alaq üçün 1250 manat və su üçün 200 manat, ümumilikdə 2080 manat pul köçürülmüşdür. Ümumilikdə bu işlər üçün ona 5160 manat dəyərində vəsait xərclənmişdir. X1 "xxxx"ASC tərəfindən ona borc verilən vəsait əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi "xxxx" ASC-nə cəmi 3483 manat dəyərində pambıq təhvil vermiş, 1677 manat borcu qalmışdır. Ona görə də, Cavabdeh 1677 manat vəsaitin və ödənilmiş 36,77 manat dövlət rüsumunun, cəmi 1713,77 manat məbləğin alınaraq “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı "xxxx" ASC ilə pambıq əkmək üçün heç bir müqavilə bağlamamış və belə bir müqavilənin bağlanmasından onun heç bir məlumatı yoxdur. İddiaçı təşkilatda aqronim işləyən İnşallah Rəhimov özü ona pambıq əkməyi təkilf etmiş, onun müqavilə imzalanmasından məlumatı olmamışdır. Sonradan borc tələbi ilə bağlı məhkəməyə dəvət ediləndə işin materialları ilə tanış olarkən iddiaçı təşkilat tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 09 nömrəli pambığın alqı-satqısına dair müqavilənin olduğunu, lakin həmin müqavilə ilə tanış olanda həmin müqavilənin və kassa məxaric orderlərinin onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığını görmüşdür. İddiaçı tərəfindən Kapital bank vasitəsi ilə onun bank hesabına pul göndərilmişdir. 05 hektar torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsinə pambıq əkilmişdir. Pambıq əkmək üçün ona çöp qırma işləri görülmüş, toxumluq çiyid verilmiş, çiyid səpini edilmiş, şırım işləri görülmüş, kultivasiya işləri görülmüş, dərman verilmiş, dərmanlama işləri aparılmış, kombaynla pambıq yığımı işləri görülmüşdür. Bundan başqa bank hesabına 2080 manat pul köçürülmüşdür. Lakin müqaviləni, qaimə və aktların bəziləırini o imzalamamışdır. Ekspert rəyi də bunu sübut edir. Odur ki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, 2019-cu ilin dekabr ayından Kürdəmir-Pambıq” ASC-də aqronom vəzifəsində işləyir. 2021-ci il tarixdə Hümmət Rəhimov özünə məxsus 05 ha torpaq sahəsində pambıq becərmək üçün onlardan köməklik göstərilməsini istəmiş və onunla xx.xx.2021-ci il tarixdə 2021-ci il mövümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilədə göstərilən bütün öhdəliklər "xxxx" ASC tərəfindən yerinə yetirilmiş, müqavilədə göstərilən xidmətlər göstərilmiş və Cavabdeh kart hesabına ayrı-ayrı vaxtlarda vəsaitlər köçürülmüşdür.O,da mütəxəssis kimi görülən işlər baxaraq görülən işər barədə imzalar etmişdir. Hümmət Rəhimov onun hesabına keçirilmiş vəsaiti özü götürmüş və yığılan pambığı da özü təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, habelə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 2019-cu il mövsümü üzrə xam pambığın alqısatqısına dair xx.xx.2021-ci il tarixli, 09 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" ASC ilə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından gürünür ki, "xxxx" ASC-nin Kürdəmir filialı vasitəsi ilə Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə175 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat və xx.xx.2021-ci il tarixdə 200 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş və Cavabdehnın vəsatətinə əsasən keçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024cü il tarixli, 4/1544 nömrəli rəyindən görünür ki; ekspertizaya təqdim olunmuş "xxxx" ASC Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 09 nömrəli 2021-ci il tarixli müqvilənin 3-cü vərəqində, Təsərrüat hissəsində(imza) qrafasında olan imza: mülki işin 5-ci vərəqində xx.xx.2021-ci il tarixli 20 npmrəli,mülki iş üzrə 6-cı vərəqində 21 iyun 2021-ci il tarixli 08 nömrəli,mülki işin 7-ci vərəqində xx.xx.2021-ci il tarixli 63 nömrəli!Qaimələ”in aşağı hissəsində “Təhvil aldım” qrafalarında olan imzalar,mülki işin 8-ci vərəqində olan xx.xx.2021-ci il tarixli,mülki işin 11-ci vərəqində olan xx.xx.2021-ci il tarixli,mülki işin 13-cü vərəqində olan xx.xx.2020-ci il tarixli,mülki işin 15-ci vrəqində olan xx.xx.2021-ci il tarixli,mülki işin 16-cı vərəqində olan xx.xx.2021-ci il tarixli,mülki işin 17-ci vərəqində olan xx.xx.2021-ci il tarixli,mülki işin 18-ci vərəqində olan xx.xx.2021-ci il tarixli,mülki işin 19-cu vərəqində olan xx.xx.2021-ci il tarixli, mülki işin 20-ci vərəqində olan olan,xx.xx.2021-ci ilm tarixli “MTZ-80 Xmarkalı traktorla göstərilmiş avans xidmət barədəki “Akt”larda “Təhvil aldı”qrafasında olan izmzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmədə mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh 2021-ci ilin yanvar ayında “Kürdəmir-Paimbıq“ ASC-nə müraciət edərək pambıq əkməkdə ona köməklik göstərilməsini təklif etmiş, “Kürdəmir-Paimbıq“ ASC tərəfindən həmin təklif aksept edilərək cavabdehə məxsus 05 hektar torpaq sahəsində pambıq əkmək üçün 80 manat dəyərində çöp qırma işləri görülmüş, 625 manat dəyərindıə toxumluq çiyid verilmiş, 75 manat dəyərindıə çiyid səpini edilmiş, 160 manat dəyəridə şırım işləri görülmüş, 325 manat dəyərində kultivasiya işləri aparılmış, 355 manat dəyərində dərman verilmiş, 210 manat dəyərində dərmanlama işləri aparılmış,1250 manat dəyərində kombaynla pambıq yığımı işləri görülmüşdür. Bundan başqa "xxxx" ASC-nin Kürdəmir filialı vasitəsi ilə Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə175 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat və xx.xx.2021-ci il tarixdə 200 manat pul köçürülmüşdür. Ümumilikdə bu işlər üçün cavabdehə 5160 manat dəyərində vəsait xərclənmişdir. X1 "xxxx"ASC tərəfindən ona borc verilən vəsait əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi "xxxx" ASC-nə cəmi 3483 manat dəyərində pambıq təhvil vermiş, 1677 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən əvvəl, iddiaçı ilə cavabdeh arasında yaranmış mülki hüquq münasibətinin xarakterinin aydınlaşdırılmasını, eləcə də tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmadığının aydınlaşdırılmasını zəruri sayır. Azərbaycan Respublikası MM-nin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmədə müəyyən olunmuş işin faktiki hallarından aydın olur ku, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləıri mövcud olmuşdur. Düzdür, "xxxx" ASC ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli, 09 nömrəli 2021-ci il tarixli yazılı sənəd olaraq müqavilə cavabdeh tərəfindən imzalanmasa da, iddiaçı ilə cavabdeh arasında aparılan danışıqlar, iddiaçının Cavabdeh məxsus torpaq sahəsinda apardığı becərmə, əkmə və pambıq yığma kimi hərəkətlər, eləcə də işlər görülməsi üçün pul vəsaitlərinin cavabdehin bank hesabına köçürülməsi, pambıq məhsulunun iddiaçıya təhvil verilməsi iddiaçı ilə cavabdeh arasında alqı -satqı öhdəliyinin olmasını sübut edir. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanmasını, yazılı sənədin tərtibinin belə növ müqavilələr üçün imperativ olmamasını nəzərə alsaq, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 09 nömrəli 2021-ci il tarixli yazılı sənəd kimi müqavilənin cavabdeh tərəfindən imzalanmaması belə iddiaçı ilə cavabdeh arasında alğı-satqı öhdəlik münasibətlərinin olmaması qənaətinə gəlinməsinə əsas verə bilməz. Odur ki, məhkəmə büelə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqı öhdəlik münasibətləri olmuş və iddianın qanuni əsasını Azərbaycan Respublikası MM-nin 567 və 599-cu maddələri təşkil edir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Beləliklə məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normaları baxımdan qiymət vererək belə nəticəyə gəlir ki, qabaqcadan ödəniş məbləğini almış cavabdeh iddiaçı ilə razılaşdırılmış öhdəliyini, əvəzində xam pambığı vermək öhdəliyini icra etmədiyindən iddiaçı cavabdehdən qabaqcadan ödədiyi məbləğin ödənilməmiş hissəsini, yəni 1677 manat pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının dəyəri 124 manat Cavabdeh alınaraq dövlət büdcəsinə köçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddi tələbi təmin edilsin. Cavabdeh 1677 manat və ödənilmiş 36,77 manat dövlət rüsumunun əvəzi, cəmi 1713,77 manat pul alınaraq "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilsin. Cavabdeh 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə (büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SİFİFT-BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba) köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) ŞirvanApellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar