Məhkəmə qərarları › İş №2(041)-1401/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1401/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1401/2024 18.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs maqlı şəxs qismində cəlb edilməklə qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində xx.xx.2007-ci il tarixdə vəfat etmiş X12 və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 ilə qohumluq münasibətlərinin (əmisi və əmisi arvadı) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonu Carlı kəndində anadan olub. X12 atası X11 qardaşı, yəni əmisi, X7 isə X4nun arvadı olub. X4 xx.xx.2007-ci ildə əmsi arvadı X7 isə xx.xx.1997-ci ildə ölmüşdür. Onların övladları olmayıb. Əmisi və əmisi arvadı sənəm onların himayəmizdə olublar. X4 gözdən birinci qrup əlil olub. Əmisi Mustafa xx.xx.2007-ci ildə onların evdə vəfat edib. Əmisi vəfat edənə kimi onun himayəmdə yaşayıb. Atası özüdə xəstə olub, onun kiminsə köməyinə ehdiyacı olub. Ona görədə atasına və əmisinə o baxıb və onun himayəsində olublar. Əmisi Mustafa vəfat etdiyi zaman onu o dəfn etib, onun bütün dəfn və yas məclislərinin xərcini özü çəkib. Əmisi Mustafa və əmisi arvadı Sənəmə məxsus 1.72 ha torpaq sahələri olub, onlar ölməmişdən qabaq onlara məxsus torpaq sahələrini o, əkib becərib və digər əmlaklarını o idarə edib. Onlar öldükdən sonra da onların miras əmlaklarını o idarə edir. Hazırda mərhum əmisi Mustafa və onun arvadı Sənəmə məxsus ümumilikdə 1.72 hektar torpaq sahəsi miras əmlak kimi durur. Kürdəmir rayonu Carlı kəndində yerləşən və əmisi Mustafadan və əmisi arvadı sənəmdən miras qalmış 1.72 hektar torpağı miras kimi faktiki olaraq o qəbul edib və onlardan qalmış miras əmlakı o təkbaşına idarə edir. Həmin miras əmlakı adıma sənədləşdirmək üçün o ilk öncə X15 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edib. Orada ona rəsmi qaydada izah olundu ki, vərəsəlik dairəsi müəyyən edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət emək hüquqlarım ona izah olunmuşdur. Mərhum Mustafa doğma əmisi və mərhum Sənəm əmisi arvadı olması faktı müəyyən edilməsə o, bir vətəndaş kimi öz hüquqlarından istifadə edə bilmir və mərhum Mustafa doğma əmisi və mərhum Sənəm əmisi arvadı olmaları barədəki sənədi başqa cür əldə edə bilmir. Ona görə də Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində xx.xx.2007-ci il tarixdə vəfat etmiş X12 və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 ilə qohumluq münasibətlərinin (əmisi və əmisi arvadı) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-159 KOD 90608018 nömrəli Dövlət aktının surətindən görünür ki, X9 və X3 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 03 saylı qərarı ilə Kürdəmir rayonu Carlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,72 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 94 nömrəli nikah kitabının çıxarışından görünür ki, X2 Sənəm Balakişi qızı ilə xx.xx.1978-ci il tarixdə nikahlarını qeyd etdirməklə evlənmiş və Sənəm Alıyeva soyadını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2007-ci il tarixli, AZ-İ 255964 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2018-ci il tarixli, V-JQ№262675 nömrəli ölüm haqqında Arayışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2004-cü il tarixli, AZ-İ 658969 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Carlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, onun mərhum X4 birinci qrub gözdən əlil olmuş və xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günə kimi qardaşı oğlu Ərizəçi himayəsində yaşamışdır. Mərhumun vəfat etdiyi zaman onun dəfn xərcini Ərizəçi çəkmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Carlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-ci il tarixli, 180 nömrəli arayışdan görünür ki, onun mərhum əmisi arvadı X10 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X1 övladları olmadığı üçün o, vəfat etdiyi günə kimi qaynı oğlu Ərizəçi himayəsində yaşamışdır. Mərhumun vəfat etdiyi zaman onun dəfn xərcini Ərizəçi çəkmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Carlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2017-ci il tarixli, 46 nömrəli arayışdan görünür ki, həqiqətən Dövlət aktı J№ 159 olan pay torpağının sahibi X12 vəfat etdiyi üçün həmin torpaq onun qardaşı oğlu Ərizəçi tərəfindən əkilib becərilir. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, o, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonu Carlı kəndində anadan olub. X12 atası X11 qardaşı, yəni əmisi, X7 isə X4nun arvadı olub. X4 xx.xx.2007-ci ildə əmsi arvadı X7 isə xx.xx.1997-ci ildə ölmüşdür. Onların övladları olmayıb. Əmisi və əmisi arvadı sənəm onların himayəmizdə olublar. X4 gözdən birinci qrup əlil olub. Əmisi Mustafa xx.xx.2007-ci ildə onların evdə vəfat edib. Əmisi vəfat edənə kimi onun himayəmdə yaşayıb. Atası özüdə xəstə olub, onun kiminsə köməyinə ehdiyacı olub. Ona görədə atasına və əmisinə o baxıb və onun himayəsində olublar. Əmisi Mustafa vəfat etdiyi zaman onu o dəfn etib, onun bütün dəfn və yas məclislərinin xərcini özü çəkib. Əmisi Mustafa və əmisi arvadı Sənəmə məxsus 1.72 ha torpaq sahələri olub, onlar ölməmişdən qabaq onlara məxsus torpaq sahələrini o, əkib becərib və digər əmlaklarını o idarə edib. Onlar öldükdən sonra da onların miras əmlaklarını o idarə edir. Hazırda mərhum əmisi Mustafa və onun arvadı Sənəmə məxsus ümumilikdə 1.72 hektar torpaq sahəsi miras əmlak kimi durur. Kürdəmir rayonu Carlı kəndində yerləşən və əmisi Mustafadan və əmisi arvadı sənəmdən miras qalmış 1.72 hektar torpağı miras kimi faktiki olaraq o qəbul edib və onlardan qalmış miras əmlakı o təkbaşına idarə edir. Həmin miras əmlakı adıma sənədləşdirmək üçün o ilk öncə X15 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edib. Orada ona rəsmi qaydada izah olundu ki, vərəsəlik dairəsi müəyyən edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət emək hüquqlarım ona izah olunmuşdur. Mərhum Mustafa doğma əmisi və mərhum Sənəm əmisi arvadı olması faktı müəyyən edilməsə o, bir vətəndaş kimi öz hüquqlarından istifadə edə bilmir və mərhum Mustafa doğma əmisi və mərhum Sənəm əmisi arvadı olmaları barədəki sənədi başqa cür əldə edə bilmir. Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində xx.xx.2007-ci il tarixdə vəfat etmiş X12 və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 ilə qohumluq münasibətlərinin (əmisi və əmisi arvadı) olması faktı ərizəçinin özünün ifadəsi və işdə olan sənədlərlə bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində xx.xx.2007-ci il tarixdə vəfat etmiş X12 əmisi və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 əmisi arvadı olmaqla qohumluq faktının müəyyən edilməsi ilə bağlı sənədləri başqa qaydada almaq imkanının olmaması nəzərə alınaraq ərizə təmin edilməli və qohumluq faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində xx.xx.2007-ci il tarixdə vəfat etmiş X12 əmisi və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 əmisi arvadı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar