Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1428/2025 07.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarısz hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 iyun 2024-cü il tarixdə 211 nömrə ilə qeydə alınmış onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, oğlu Miri Almaniyada yaşayır və onu azərbaycanlı qız ilə evləndirmək məqsədilə evdə söhbət açmış və uzun söhbətdən sonra qohumları Vasifin qızı Nərgizin üzərində dayanmışlar. Bundan sonra onlar Vasiflə görüşüb fikirlərini bildirmiş və razılıq alandan sonra Nərgizə nişan üzüyü apararaq onu oğlu Miriyə nişanlamışlar. Onların söhbətlərindən Mirinin məlumatı olmamışdır. 2024-cü ilin iyun ayında biri-birilərini tanımaları üçün Nərgizlə birlikdə oğlunun yanına getmək qərarına gəlmiş və Nərgizə viza açdırmaq üçün xx.xx.2024-cü il tarixdə 211 nömrəli akt qeydi ilə Miri ilə Nərgiz arasında nikah bağlamış və bundan sonra Almaniyaya getmişlər. Qısa müddət ərzində Nərgiz nişan üzüyünü onlara qaytarmış və Miri ilə ailə qurmaq istəmədiyini bildirmişdir. Etdiyi öyüd-nəsihətlər heç bir fayda vermədiyi üçün onların niyyətləri baş tutmamışdır. Qeyd etdiyi kimi bağlanmış nikah formal xarakter daşımış, göstərilən səbəblərdən tərəflər arasında evlənməklə bağlı heç bir hərəkət edilməmişdir. Onların toyu olmamış, ümumiyyətlə onlar arasında ər-arvad münasibətləri olmamışdır. Nikahları sadəcə sənəd üzərində olmuşdur. Nümayəndə göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında Nümayəndə izahatında qeyd etdiyi xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 601261 nömrəli, xx.xx.2024-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2024-cü il tarixdə Kürdəmir Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 211 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamışdır. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Bu hal məhkəmə iclasında iddiaçının və cavabdehin nümmayəndələrinin izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, tərəflərin əslində ailə qurmaq niyyəti olmadığından tərəflər arasında bağlanılmış nikah saxta hesab edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflərin nikah bağlamasındakı məqsədi ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Kürdəmir Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 iyun 2024-cü il tarixdə 211 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Kürdəmir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 iyun 2024-cü il tarixdə 211 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsn. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1428/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1428/2025
07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver