Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1527/2024 03.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi, Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisi maraqlı şəxs qisməndə cəlib edilməklə vərəsəlik haqqında şəhədətnamənin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmirşəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisi) ərizə ilə məhkəməyə müraciət edərək, *3.03.*99*-ci il tarixdə vəfat etmiş X* miras qalmış əmlaka dair tam hissədəı vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi haqqında şəhadətnamə verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək *3.03.*99*ci il tarixdə vəfat etmiş X* miras qalmış əmlaka dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, ərizəçi hazırda ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Öyləqulu kəndində özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Onlar ailədə 4 qardaş, 3 bacı olublar. X8 *3.03.*99*-ci ildə, anası Gürcüstan Qasımova *8.**.2007-ci ildə vəfat ediblər. Mərhum atası və anası vəfat etdikdən onlardan miras qalmış bütün əmlakı o, cümlədən Kürdəmir şəhəri M.F.Axundov küçəsi 48-də yerləşən fərdi yaşayış evinin digər bacı və qardaşlarının razılığı ilə ərizəçi qəbul edib idarə etmişdir. 2024-cü ilin iyun ayında Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək valideynlərindən miras qalmış əmlakı tam hissədə onun adına sənədləşdirilməsini xahiş etmişdir. Lakin Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisində mirasın qəbul edilməsi müddətinin ötürüldüyünü, mirasın qəbulu faktının müəyyən olunmadığını, ona görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığını bildirmşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda ərindən qalmış evi sənədləşdirmək istəyirlər. Lakin vərəsəlik şəhadətnaməsi almaq üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs* ərizəni müdafiə edərək, *3.03.*99*-ci il tarixdə vəfat etmiş X* miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslərə lazimi qaydada məlumat verilməsinə baxmayarq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.*2.2023cu il tarixli AZİİ3730*6 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 *3.03.*99*-cu il tarixdə ölmüşdür. İşdə olan, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.*2.2023-cü il tarixli AZ- İ 280400 saylı arayışdan görünür ki, X4 20.**.2007-cu il tarixdə ölmüşdür. İşdə olan, Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən *2.06.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 5*0 nömrəli məktubda *3.03.*99*-cu il tarixdə ölmüş X2 mirasın qəbul müddətini ötürlüdüyü üçün və mirasın qəbulu faktının müəyyən olunmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. İşin faktiki hallarından məlum olur ki, Kürdəmir şəhəri, M.F.Axundov küçəsi 48-də yerləşən yaşayış evindən ibarətdir. Həmin ev *3.03.*99*-ci ildə vəfat etmiş ərizəçinin atası X3 məxsus olmuş, hüquq sahibi olan X5 *3.03.*99*-cu il tarixdə vəfat etmişdir. Ərizəçi *2.06.2024-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək *3.03.*99*-cu il tarixdə vəfat etmiş X* miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin mirasın açıldığı gündən altı aydan artıq müddət keçdiyinə görə ona imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan *32*-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin *325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il *6 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin *29*, *32*.* və *325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan *246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının *7-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və **94-cü maddələrinin həmin Məcəllənin 372, 373, **66, *202.2 və *255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2* iyun 2024-cü il tarixli qərarında gəldiyi nəticəyə görə: *). Azərbaycan Respublikası Konstitusiyanın *7-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. 2). Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. 3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. 4). Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki iş üzrə ərizəçi *3.03.*99*-cu il tarixdə vəfat etmiş atasından qalmış fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq istədiyini, lakin vərəsəlik haqqında şəhadətnamə alınması üçün nəzərdə tutulmuş müddəti hüquqi savadı olmadığı üçün ötürdüyünü, ona görə də müddətin bərpasını xahiş edir. Məhkəmə hesab edir ki, dövlət qeydiyyatına alınmış miras əmlakın vərəsələr arasında sənədləşdirilməsini təmin etmək məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət üzrlü sayılaraq bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, *3.03.*99*-cu il tarixdə vəfat etmiş X* miras qalmış Kürdəmir şəhəri M.F.Axundov küçəsi 48-də yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. *3.03.*99*-cu il tarixdə vəfat etmiş X* miras qalmış, Kürdəmir şəhəri, M.F.Axundov küçəsi, 48də yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1527/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1527/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver