Məhkəmə qərarları › İş №2(041)-1555/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1555/2023

30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1555/2023 30.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 tərəflərin iştirakı olmadan, Ərizəçiə Mətləb qızının maraqlı şəxs DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialına qarşı ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair qərarın ləğv edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçiə Mətləb qızı DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət edərək ünvanlı sosila yardımın alınbmasından imtina olunması və bu sahədə hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının xx.xx.21023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən məlum olur ki, Ərizəçiə Mətləb qızı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 882 manat məbləğində ÜDSY ödəniş təyin edilmiş, həmin ödənişi xx.xx.2023-cü il tarixə kimi almışdır. xx.xx.2023-cü il tarixdə onların evinə gələrək evlərinə çəkiliş aparmışlar. Həmçinin həyətdə olan maşınların çəkilişini aparmışlar. Həmin maşınlardan ona məxsus olub-olmamasını soruşmuşlar. Maşınlarını ona heç bir aidiyyatı olmadığını bildirmişdir. 2023-cü il in iyul ayının yardımını almaq üçün pul karıtını bankamotasalmış, lakin kartdan heç bir vəsait olmadığı müəyyən olunmuşdur. Bundan sonra aidiyyatı üzrə DSMF-yə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə poçt vasitsəilə ona məktub gəlmiş və məktubda onun adına “Volsvagen tuareg” markalı **-OY-*** nömrəli avtomobil olduğu müəyyən edildiyi bldirilmişdir. Həmin avtomobil ona məxsus deyil. Ona görə də hesab edir ki, DSMF-nin Maddi- Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli qərarının heç bir hüquqi əsası yoxdur. DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli cavab məktubunda ərizəçinin ünvanında müayinə aparılmış və müayinənin nəticəsi olaraq ərizəçinin istifadəsində “Volsvagen tuareg” markalı **-OY-*** nömrəli avtomobil olduğu, həmçinin işəgötürən X1 ilə xx.xx.2023-cü il tarixindən bağlanmış aktiv əmək müqaviləsi olduğu müəyyən edilmişdir. Hazırki iş ərizə üzrə maraqlı şəxs kimi göstərilmiş DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı inzibati orqandır və inzibati orqanlara qarşı iddia ərizələri aidiyyət qaydalarına riayət etməklə inzibati məhkəmələrə verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində izah edilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizəçiyə ünvanlı sosial yardımın verilməsi üzrə DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının üzərinə qoyulması tələbi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçiə Mətləb qızının maraqlı şəxs DSMF-nin Maddi-Məişət şəraitinin Müayinəsi üzrə Mərkəzi filialına qarşı ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair ərizənin qəbulundan imtina edilsin və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar