Məhkəmə qərarları › İş №2(041)-1561/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1561/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1561/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisi, Kürdəmir RİHB-nın Xırdapay kənd İƏD-i üzrə nümayəndəliyi, Maraqlı şəxs*) miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının himayəsində yaşadığı, mərhum əmisi X* miras qalmış Kürdəmir rayonunun Xırdapay kəndindəki 0.*2 ha həyətyanı torpaq sahəsinin və oradakı 2 otaqlı yaşayış evinin (əmlakın) qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarına əlavə edilmiş sənədlərdə yol verilmiş səhvləri aradan qaldırmaq üçün işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi (maraqlı şəxslər Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisi, Kürdəmir RİHB-nın Xırdapay kənd İƏD-i üzrə nümayəndəliyi, Maraqlı şəxs*) miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar