Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-158/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Əyyub oğlu, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs*0 və Maraqlı şəxs** maraqlı şəxs qismində cəlb edilməklə vərəsəliyin müəyyən edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun 02.07.20**-ci il tarixdə ölmüş X4nın yeganə vərəsəsi olmasının müəyyən edilməklə, Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən və mərhum X* miras qalmış bütün əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki işə baxılan müddətdə Ərizəçi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 02.07.20**-ci il tarixdə ölmüş X4nın yeganə vərəsəsi olmasının müəyyən edilməklə, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən və mərhum X* miras qalmış bütün əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.*96*-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. X4 vəfat edənə kimi onun himayəsində yaşdığından o, vəfat edəndən sonra onun dəfn və yas mərasimlərini o, özü vermiş və qəbir üstü abidəsini də özü düzəltdirmişdir. Mərhum X4 ölməmişdən əvvəl Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 27 oktyabr tarixli 09 saylı qərarına əsasən ona Kürdəmir rayonu Mollakənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,35 ha torpaq sahəsi verilmişdir. Mərhum xalası Sərfinaz ölənə kimi həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər, lakin o, öləndən sonra ounun mülkiyyətində olan həmin torpaq sahəsini digər vərəsələrin razılığı ilə o, özü faktiki qəbul edib idarə edərək istifadə etmişdir. Hazırda mərhum X* miras qalmış həmin torpaqdan istifadə sahəsində mərhum xalasının vərəsələri deyil, başqa kənar şəxslər tərəfindən müdaxilələr yaranması nəticəsində torpaq sahəsindən istifadə edə bilmir. Bu da onun faktiki olaraq istifadəsində olan miras əmlak üzərindəki istifadə hüquqlarının pozulmasına səbəb olur. X* miras qalan əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X*6 xidmət mərkəzinə müraciət etsə də, orada miras əmlakın qəbul müddətini ötürdüyünü və notariat ofisinə təqdim edilən sənədlər əsasında vərəsəlik dairəsinin müəyyən edilmədiyinə görə onu yeganə vərəsə təyin etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirlmiş və bu barədə ona məktub verilmişdir. Ona görə də 02.07.20**-ci il tarixdə ölmüş X4nın yeganə vərəsəsi olmasının müəyyən edilməklə, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən və mərhum X* miras qalmış bütün əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs2 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun qardaşı Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. Mərhum X4 ölməmişdən əvvəl Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 27 oktyabr tarixli 09 saylı qərarına əsasən ona Kürdəmir rayonu Mollakənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,35 ha torpaq sahəsi verilmişdir. Mərhum xalası Sərfinaz ölənə kimi həmin torpaq sahəsindən onun qardaşı Əlisahiblə birlikdə istifadə etmişlər, öləndən sonra isə ounun mülkiyyətində olan həmin torpaq sahəsini digər vərəsələrin razılığı ilə qardaşı Əlisahib özü faktiki qəbul edib idarə edərək istifadə edir. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan qardaşı Əlisahibin xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs3 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs4 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs5 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs6 Əyyub oğlu izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs8 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs9 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs*0 izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Maraqlı şəxs** izahatında görstərmişdir ki, X3 onun doğma xalasıdır. Sərfinaz xalası heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində onun xalası oğlu Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum xalası Sərfinazın onun anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. O, mərhum X* miras əmlakı qəbul etməmiş və həmin əmlakdan xalası oğlu Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə də həmin əmlakla bağlı heç bir tələbinin olmayacağını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-503 KOD 906*30*8 nömrəli Dövlət aktının surətindən görünür ki, X8 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 27 oktyabr tarixli, 09 saylı qərarı ilə Kürdəmir rayon, Mollakənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,35 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 349527 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02.07.20**-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-*6-5/7-R-865-25 nömrəli arayışının surətindən görünür ki, Kürdəmir rayon Qeydiyyat şöbəsində *947-*954-cü illər üzrə yoxlama aparılmış, lakin X7 Kürdəmir rayon Qeydiyyat şöbəsinin arxivində nikah akt qeydiyyatı tapılmamışdır. Nikah haqqında akt qeydiyyatı kitabları *947-ci ildən saxlanılır. İş materiallarına əlavə edilmiş və Kürdəmir RİHB-nin Mollakənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 969 nömrəli arayışdan görünür ki, onun mərhum xalası X2 rayonunun Mollakənd kəndində onunla birlikdə yaşamış və 02.07.20**-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir RİHB-nin Mollakənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş *8.*2.2023-cü il tarixli, **76 nömrəli arayışdan görünür ki, onun mərhum xalası X2 rayonunun Mollakənd kəndində onunla birlikdə yaşamış və 02.07.20**-ci il tarixdə vəfat etmişdir. Mərhumun ailə üzvləri (varisləri) Ərizəçi (bacısı oğlu), Maraqlı şəxs6 (bacısı oğlu), Maraqlı şəxs7 (bacısı oğlu), Maraqlı şəxs8 (bacısı oğlu), Maraqlı şəxs3 (bacısı qızı), Maraqlı şəxs5 (bacısı oğlu), Maraqlı şəxs9 (bacısı oğlu), Maraqlı şəxs*0 (bacısı oğlu), Maraqlı şəxs** (bacısı qızı), Maraqlı şəxs4 (bacısı oğlu), Maraqlı şəxs2 (bacısı qızı) ibarətdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 992 nömrəli məktubdan görünür ki, X5 miras qalan əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin miras əmlakın qəbul müddətini ötürdüyü və notariat ofisinə təqdim edilən sənədlər əsasında vərəsəlik dairəsini müəyyən etmək olmadığından onu yeganə vərəsə təyin etmək və vərəsəlik haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*96*-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. X3 onun doğma xalasıdır. X9 heç vaxt ailə qurmamış və vəfat edən günə kimi, yəni 02.07.20**-ci il tarixə kimi Mollakənd kəndində Ərizəçi evində onunla birlikdə yaşamışdır. Mərhum X*2 ərizəçinin anasından və digər 2 bacılarından olan uşaqlardan başqa heç bir vərəsəsi yoxdur. X9 vəfat edənə kimi Ərizəçi himayəsində yaşdığından o, vəfat edəndən sonra onun dəfn və yas mərasimlərini ərizəçi özü vermiş və qəbir üstü abidəsini də özü düzəltdirmişdir. X3 ölməmişdən əvvəl Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 27 oktyabr tarixli 09 saylı qərarına əsasən ona Kürdəmir rayonu Mollakənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,35 ha torpaq sahəsi verilmişdir. X9 ölənə kimi ərizəçi ilə birlikdə istifadə etmişlər. Sərfinaz öləndən sonra ounun mülkiyyətində olan həmin torpaq sahəsini digər vərəsələrin razılığı ilə ərizəçi özü faktiki qəbul edib idarə edərək istifadə etmişdir. Hazırda ərizəçi mərhum X* miras qalmış həmin torpaqdan istifadə sahəsində mərhum xalasının vərəsələri deyil, başqa kənar şəxslər tərəfindən müdaxilələr yaranması nəticəsində torpaq sahəsindən istifadə edə bilmir. Bu da onun faktiki olaraq istifadəsində olan miras əmlak üzərindəki istifadə hüquqlarımın pozulmasına səbəb olur. Ərizəçi mərhum X* miras qalan əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X*6 xidmət mərkəzinə müraciət etsə də, orada miras əmlakın qəbul müddətini ötürdüyünü və notariat ofisinə təqdim edilən sənədlər əsasında vərəsəlik dairəsinin müəyyən edilmədiyinə görə onu yeganə vərəsə təyin etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirlmiş və bu barədə ona məktub verilmişdir. İş materiallarından görünür ki, Ərizəçi onunla birlikdə yaşayan mərhum X4nın ölümündən sonra ondan miras qalmış əmlakı (kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş pay torpaq sahəsi) mərhum S.H.Məmmədovanın digər vərəsələrinin razılığı ilə faktiki qəbul edib idarə edərək həmin əmlaklara əmlak hüququ ilə bərabər sahiblik və istifadə hüququ əldə etməklə həmin miras əmlakları faktiki qəbul etdiyini şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin *58.*.2-ci maddəsinin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Həmin Məcəllənin *58.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin *58.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3nın digər vərəsələri olan Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Əyyub oğlu, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs*0 və Maraqlı şəxs** miras əmlakdan Ərizəçi xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin **47.*-ci maddəsinin tələbinə görə miras qoyanın yaşayş yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi 02.07.20**-ci il tarixdə ölmüş mərhum X* miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X** haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Ərizəçi 02.07.20**-ci il tarixdə ölmüş X3nın yeganə varisi olması müəyyən edilməli, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilməli və Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən və X3ndan miras qalmış bütün əmlakın Ərizəçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 02.07.20**-ci il tarixdə ölmüş X3nın yeganə varisi olması müəyyən edilsin. Vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilsin. Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən və X3ndan miras qalmış bütün əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-158/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-158/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver