Məhkəmə qərarları › İş №2(041)-1602/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1602/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1602/2025 12.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borc və dəymiş ziyan üzrə pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin qaytarılması barədə ərizəsinə məhkəmənin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borc və dəymiş ziyan üzrə pul tələbi barədə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə razılıq əldə edildiyi üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədləri dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbi barədə iddia ərizəsi və dövlət rüsumu da daxil olmaqla ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı lizinq müqaviləsinə əsasən yaranan borc və dəymiş ziyan üzrə pul tələbi barədə iddia ərizəsi və dövlət rüsumu da daxil olmaqla ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar