Məhkəmə qərarları › İş №2(041)-1621/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1621/2025

11.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1621/2025 11.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Kürdəmir Su X1 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-8 nömrəli əmrinin ləğv edilməklə, ştat cədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun (su nizamlayıcısı) işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ali təhsilli olmaqla 2005ci ilin yanvar ayından Kürdəmir rayon Suvarma Sistemləri İdarəsində (hazırki Kürdəmir Su X1 İdarəsi) işə qəbul olunub müxtəlif vəzifələrdə işləməklə işdən çıxarıldığı vaxt isə 11-ci dərəcəli Mühəndis hidrotexnik vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan X12 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə "X9 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan X12 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X9 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşduyünü bildirmişlər. Kürdəmir Su X1 İdarəsinə yeni təyin edilmiş rəis M.A.Aşurov "X9 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X4 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi ilə əlaqədar olaraq özünün xx.xx.2024-cü tarixli, 60-8 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki, işlədiyi Mühəndis hidrotexnik vəzifəsi ixtisar edilməmiş, sadəcə olaraq həmin ştat vahidinin adı dəyişdirilərək Su nizamlayıcısı kimi qeyd edilmişdir. Azərbaycan X12 Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxsi və X9 Xidməti Publik Hüquqi şəxsinin strukturu və ştat cədvəli təsdiq edilərkən aparılan islahatların idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşımaqla islahatlar çərçivəsində yeni struktur bölmələrinin formalaşdırılması, bəzi şöbələrin birləşdirilməsi, nəzərdə tutulmuşdur. Həmçinin Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunmuş, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onların müsabiqə əsasənda yenidən işə qəbul olunması, işçilərin bir qisminin Agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulmuşdur. Bundan əlavə o özü ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİ qrup əlildir. Həmçinin həyat yoldaşı X2 ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ qrup əlil olmaqla heç bir yerdə işləmir, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan məktəbli uşaqları vardır. Bütün bunlara baxmayaraq Kürdəmir Su X1 İdarəsinin rəisi M.A.Aşurov onun ailə vəziyyətinə və göstərilənlərin heç birinə məhəl qoymadan onun uzun müddət şləməklə 20 illik iş təcrübəsini nəzərə almadan özünün Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı seçkilik edərək xx.xx.2024-cü il tartixli, 60-8 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə ələqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. O, axırıncı dəfə 2024-cü ilin oktyabr ayında, işdən azad olunduğu gün ona zəng edilərək ixtisara düşmüş işçilərin siyahısında adının olduğu ona deyildiyindən dərhal idarəyə qayıtmış, adının ixtisar olunan işçilərin siyahısında gördüyündən idarə rəhbərliyinin yanına getmiş, orda ona işə bərpa olunacağı söz verilmişdir. Sonra dəfələrlə eyni müraciəti etsə də işinə bərpa olunmamışdır. Son haqq-hesab da elə həmin gün ona ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək izahatında bildirdi ki, fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X9 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədilə "X9 Xidməti publik hüquqi şəxsinin tabeliyində olan X5 İdarəsinin xx.xx.2024-cü il tarixdən yeni ştat cədvəli təyin edilmiş və qanunvericiliyə əsasən həmin tarixdən idarədə işcilərin ixtisar prosesinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Azərbaycan X12 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmrilə "X9 Xidmətiil tarixindən ixtisara düşmüşdür. Həmin idarə üzrə bütün tutulan vəzifə ştat vadilərinin ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq edilmiş və o, xx.xx.2024-ci il tarixdə xəbərdarlığı öz imzası ilə qəbul edib götürmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən Kürdəmir Su X1 İdarəsindən (keçmiş adı X4 İdarəsi) 11-ci dərəcəli mühındis hidroteknik vəzifəsində çalışan İddiaçı Əli oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir və son-haqq hesab aparılaraq ona ödənilmişdir. İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşmış, bəzi şöbələr birləşdirilmişdir, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir. Keçmiş X4 İdarəsində 55 nəfər mühəndis hidroteknik vəzifəsi olub, ixtisar prosesi zamanı yeni struktur bölmələri formalaşdırıldığına və bəzi şöbələr birləşdirildiyinə görə yeni idarədə cəmi 8 ədəd mühəndis hidrotexnik vəzifəsi gəlmiş, 47 mühəndis hidroteknik vəzifəsi ixtisar olmuşdur. Ümumiyyətlə idarədə İddiaçı başqa 158 nəfərin tutduğu ştat vahidi ixtisara düşdüyü üçün əmək müqavilələrinə xitam verilib. İddiaçı barəsində olan əmr sistemə xx.xx.2024-cü il tarixdə yerləşdirilib, hər bir şəxs özünə aid sima proqramı vasitəsilə özünə aid bütün sənədləri həmin proqram vasitəsilə görür və həmin sənədləri oradan əldə edir. Onun əmək müqaviləsinə xitam verilməsindən məlumatı olub və bununla bağlı yenidən işə qəbul olmaq üçün dəfələrlə idarənin rəisinin qəbulunda olmuşdur. Qanunvericiliyin tələblərinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmirdən 1 ay müddətində şikayət verilə bilər, lakin İddiaçı 1 ay prossesual müddəti keçirdərək 8 ay sonra şikayət vermişdir. Bundan əlavə İddiaçı işləmək istədiyi vəzifə orta ixtisas və ali təhsil tələb edən vəzifədir. "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın təsdiqi və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının 1.7-ci bəndində qeyd olunub ki, Bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. X.Məmərrəmovun ali təhsilli olması barədə təqdim etdiyi diplomu Təhsildə Keyfiyyət Agentliyinin rəsmi səhifəsində yoxlanılmış, yoxlama zamanı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınmadığı müəyyən edilmişdir, bununla bağlı İddiaçı tərəfindən bu günə qədər idarəyə heç bir sübut təqdim edilməmişdir, əgər diplom tanınıbsa həmin sənədin İddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Habelə idarənin rəhbərliyi tərəfindən İddiaçı qarşı heç bir ədavət və düşmənçilik münasibəti göstərilməyib, ona qarşı heç vaxt qərəzli mövqeydə olamamışlar. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin peşəkarlıq səviyyəsinin yalnız işəgötürən tərəfindən müəyyən edildiyini nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 0580885 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 31 №-li əmrlə X4 İdarəsində mühəndis hidrotexnik vəzifəsinə keçirilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti Publik Hüquqi X15 X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 60-8 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmrindən göstərilmişdir ki, 1. Kürdəmir Su X1 İdarəsində (keçmiş adı X4 İdarəsi) 11-ci dərəcəli Mühəndis hidrotexnik vəzifəsində çalışan İddiaçı Əlikram oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə 11.10 2024-cü-cü il tarixdən əmək müqaviləsi ləğv edilsin. 2. Baş mühasib Ə.T.Mahmudova tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə müvafiq əmək stajından asılı olaraq xəbərdarlıq üzrə təyin olunmuş orta aylıq əmək haqqının 0,9 misli ilə müəyyən olunmuş məbləğdə işdənçıxarma müavinəti və həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndini rəhbər tutaraq xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək iş ili üçün istifadə etmədiyi əmək məzuniyyəti 40,92 təqvim günü üçün pul əvəzi ödənilsin və işə çıxdığı günlərin əmək haqqı, tam son-haqq hesab aparılaraq ödənilməsini təmin etsin. 3. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş işçilərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilməsi nəzərinə çatdırılsın. 4. Baş mühasib, yuxarıda göstərilən ödənişləri Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edildiyi gündən son iş günü ərzində əmək haqqı kart hesabına ödənilməsi təmin etsin; Azərbaycan X12 Agentliyinin tabeliyində X9 Xidməti publik hüquqi şəxsin Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlindən (xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir) görünür ki, İrriqasiya sahəsi sturuktur bölməsində sahə rəisi, mühəndis hidrotexnik (ştat vahidlərinin sayı 8), mühəndis hidrometr, nəzarətçi, nizamlayıcı, müşahidəçi və fəhlə ştat vahidləri nəzərdə tutulmuşdur; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan X9 Xidmətinin Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 45e №-li əmrindən görünür ki, X4 İdarəsi üzrə sturuktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütovlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə “iş yerlərinin ixtisarı komissiyası” yaradılmış və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir; İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 01/56-333 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X9 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan X12 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X9 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. Qeyd edilən xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir; İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2024-cü il 01 nömrəli protokoluna əsasən “iş yerlərinin ixtisarı komissiyası”nın qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin b-bəndinə uyğun olaraq Əlavə 1-də qeyd olunmuş işçilərin Əmək məcəlləsinin 70-ci maddəsinin b-bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq alınması üçün X4 İdarəsinin həmkarlar ittifaqı Komitəsininə göndərilmişdir. Həmin 01 a saylı xx.xx.2024-cü il tarixli protokolun 1 nömrəli əlavəsindən görünür ki, İddiaçı ixtisara düşən 159 nəfər işçilərin siyahısındadır; X4 İdarəsi Həmkarlar İttifaqı” Komitəsinin xx.xx.2024-cü il tarixli 24/8.3 nömrəli protokolundan görünür ki, Azərbaycan X12 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X9 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmş sturukturu və ştat cədvəlinə əsasən bəzi vəzifə üzrə ştat vahidlərinin xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara düşməsi ilə əlaqədar yenilənmiş ştat cədvəlinin tərtib olunmasında həmin məcəllənin 78-ci və 79-cu maddələrinin tələblərinin nəzərə alınması, Kürdəmir SSİ ixtisar Komissiyası tərəfindən tərtib olunmuş yeni Ştat Cədvəli müzakirələrdən sonra protokola əlavə olunmuş “Əlavə №1” kimi təsdiq olunması, ixtisar olunmuş işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən olunmuş şərtlərlə həmin Məcəllənin 70-ci maddəsinə uyğun olaraq ləğv edilməsi və həmin gün son haqq-hesabları əmək haqqı hesablarına köçürülməsi, “Əlavə №1” üzərində hər hansı bir dəyişiklik aparılarsa Kürdəmir SSİ Həmkarlar İttifaqının Komitəsindən razılıq alınması, protokolun bir surətinin yekun sənəd əlavə olunmaqla “Əlavə №1”-lə birlikdə Kürdəmir SSİ-nin rəhbərliyinə təqdim olunması qərara alınmışdır; xx.xx.2016-cı il tarixdə 023419 nömrəli bakalavr diplomunun surətindən görünür ki, İddiaçı ali təhsil qeyri-dövlət özəl təhsil müəssisəsi “Sinergiya” Moskva maliyyə-sənayə universitetində dövlət imtahan komissiyasının qərarı ilə 38.03.01-İqtisadiyyat hazırlıq istiqaməti üzrə bakalavr ixtisas dərəcəsi verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair (işçilərin sayı və ştatları ixtisar edildikdə) 60-8 nömrəli, xx.xx.2024-cü il tarixli əmr sistemə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı Kürdəmir Su X1 İdarəsində müxtəlif vəzifələrdə işləməklə sonuncu dəfə “Mühəndis hidrotexnik” vəzifəsində çalışmışdır. Azərbaycan X12 Agentliyinin tabeliyində X9 Xidməti publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən 55 nəfər mühəndis hidrotexnik vəzifəsi ixtisar prosesi zamanı yeni struktur bölmələri formalaşdırıldığına və bəzi şöbələr birləşdirildiyinə görə yeni idarədə cəmi 8 ədəd mühəndis hidrotexnik vəzifəsi saxlanılmış, 47 mühəndis hidrotexnik vəzifəsi isə ixtisar olmuşdur. X16 X1 İdarəsində (keçmiş adı X4 İdarəsi) çalışan İddiaçı işlədiyi “mühəndis hidrotexnik” vəzifəsi üzrə ştatlar ixtisar olunduğundan, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla və qabaqcadan rəsmi xəbərdar edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Hazırda iddiaçı mübahisə predmeti olan əmri onunla cavabdeh arasında bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir və cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu göstərməklə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan X12 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə "X9 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan X12 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X9 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən X4 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüş, ştat vahidinin ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq edilmiş, X.Məmərrəmovun ali təhsilli olması barədə təqdim etdiyi diplomu Təhsildə Keyfiyyət Agentliyinin rəsmi səyfəsində yoxlanılmış, yoxlama zamanı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınmadığı müəyyən edilmişdir. Bununla bağlı İddiaçı tərəfindən bu günə qədər idarəyə heç bir sübut təqdim edilməmiş, həmçinin idarə rəhbərliyindən aslı olmayan səbəblərə görə İddiaçı işlədiyi “mühəndis hidrotexnik” vəzifəsi ixtisar olunduğuna görə onun əmək müqaviləsinə xitam verilmişdir. Habelə idarənin rəhbərliyi tərəfindən İddiaçı qarşı heç bir ədavət və düşmənçilik münasibəti göstərilməmiş, ona qarşı heç vaxt qərəzli mövqedə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 17 noyabr 2023-cü il 2356 №-li fərmanına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X9 Xidməti publik hüquqi şəxs yaradılmış, publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin yeni ştat cədvəlində “mühəndis hidrotexnik” vəzifəsi 08 ştat vahidinə qədər ixtisara düşmüşdür. Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 45e №-li əmri ilə X4 İdarəsi üzrə sturuktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütovlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə “iş yerlərinin ixtisarı komissiyası” yaradılmış və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir. Mühəndis hidrotexnik vəzifəsində çalışan İddiaçı ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu göndərilmiş (iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir), həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla və qabaqcadan rəsmi xəbərdar edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən yalnız işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi müəyyən edilir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarından, habelə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qeyd edilən hallar Kürdəmir Su X1 İdarəsinin rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmiş və qanuna müvafiq qaydada ixtisarlar aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. - 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Beləliklə də, işin faktiki hallarından göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Başqa sözlə, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə bərpa ilə bağlı iddia müddətini də ötürülmüşdür. Belə ki, iddiaçı əmək münasibətlərinə xitam verilməsinə dair əmrin xx.xx.2025-ci il tarixdə ona təqdim edilməsi və bununla da məhkəməyə müraciət edilməsi müddətini buraxmadığını göstərsə də, işin araşdırılmış hallarından məlum olur ki, o tutduğu vəzifəsindən azad edilməsi barədə son haqq hesabını və əmək kitabçasını alması ilə, eləcə də elektron sistemə xx.xx.2024-cü il tarixdə yüklənmiş əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlə tanış olmaqla tam məlumatlı olmuş, qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra öncə mediasiya təşkilatına ( “mediasiyanın tətbiqi barədə təklifin tarixi – xx.xx.2025-ci il; İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il”), daha sonra 12 iyun 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə bərpa ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf məhkəməyə verdiyi etirazda iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-8 nömrəli əmrinin ləğv edilməklə, ştat cədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun (Su nizamlayıcısı) işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar