Məhkəmə qərarları › İş №2(041)-1625/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1625/2025

02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1625/2025 02.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi) sənəddə olan səhvlərin düzəldilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən 0.0726 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərində X4 adını çıxarmaqla, sənəddə olan səhvlərin düzəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum əri X5 miras qalmış, ümumi birgə mülkiyyətdə olan, ünvan 2 ünvanında yerləşən 0.0726 ha torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri Publik Hüquqi Şəxsinin çıxarışında hüquqi sahibləri olaraq Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 qzı, Maraqlı şəxs4 və X9 olaraq qeyd olunub. Lakin, onun X9 adlı oğlu yoxdur. Bununla bağlı Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX-nin Ucar Ərazi idarəsinə ünvanlanan məktubda DƏDRX-nin Ucar Ərazi idarəsinin ********** nömrəli Çıxarış sənədində texniki səhv olaraq X4 adının qeyd olunması barədə məlumat verilmişdir. Lakin hələ də X9 ümumi birgə mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən torpaq sahə\sində ümumi birgə mülkiyyətçi kimi göstərilmişdir. Odur ki, Əmlakın X17 Reyestri Publik Hüquqi Şəxsinin Ucar Ərazi idarəsinin ********** nömrəli X1 adı çıxarılmalıdır. Belə ki, X9 adlanan şəxsin ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda adının olması mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, həmin daşınmaz əmlakın satılması. İcarəyə verilməsi və sair formada özgəninkiləşdirilməsinə maneçilik yaradır. X9 adlı şəxsin ailə üzvü olmaması işə əlavə edilən arayışlarla da öz təsdiqini tapır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizədə göstərilən xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 izahatlarında bildirdilər ki. onların Turan adında qardaşları olmamışdır. Belə bir adamın onların birgə mülkiyyətində olan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədə adının düşməsi vərəsəliklə bağlı sənədləşmə işləri aparılan vaxt aşkar edilmiş və göstərilən səbəblərdən sənədləşmə işini başa çatdıra bilməmişlər. Maraqlı şəxslər sənəddə düzəliş edilməsi barədə qətnamə çıxarılmaqla ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi kimi özü, əri X12 (xx.xx.1942-ölüb), qızı Maraqlı şəxs3 (xx.xx.1985), oğlu Maraqlı şəxs2 (xx.xx.1986) və qızı Maraqlı şəxs4 (xx.xx.1988) göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.0726 ha sahəsinin hüquqi sahibləri olaraq Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 qzı, Maraqlı şəxs4 və X9 göstərilmişdir. - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1995-ci ildə ölmüş X7 vərəsələri kimi Ərizəçi, qızı Maraqlı şəxs3 (xx.xx.1985), oğlu Maraqlı şəxs2 (xx.xx.1986) və qızı Maraqlı şəxs4 (xx.xx.1988) göstərilmişdir. - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, ünvan 5 ünvanında Ərizəçi, Maraqlı şəxs4 (xx.xx.1988), X11 (xx.xx.2019), Maraqlı şəxs3 (xx.xx.1985), Maraqlı şəxs2 (xx.xx.1986) qeydiyyatdadırlar. - Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD üzrə nümayəndəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Ucar Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Ərizəçi verilmiş çıxarışda texniki səhv olaraq X4 adı əlavə qeyd olunmuşdur. Əslində X2 şəhəri, H.Əliyev pr., 1-ci məhəllə, ev 24 ünvanında qeydiyyatda deyil və yaşamır. - Kürdəmir RİHB-nın müavini A.Kərimli, şəhər üzrə nümayəndəsi R.Abuşov, Kürdəmir bələdiyyəsinin sədri M.Qasımov və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsinin müdiri E.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda Ərizəçi verilmiş torpaq sahəsinin planı və ölçüsündə texniki olaraq səhv yazılmış adlar düzəldilərək: Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəis müavini A.Həmidovun Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda Kürdəmir şəhəri, H.Əliyev pr., 1-ci məhəllə ünvanında yerləşən 0.0726 ha həyətyanı torpaq sahəsi Kommunal Təsərrüfat şöbəsi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportu və Kürdəmir rayon AİK-nın subyektlərin siyahısı əsasında ümumi birgə olmaqla sizə, Maraqlı şəxs2, Maraqlı şəxs3 qzına, Maraqlı şəxs4 və X6 xx.xx.2025-ci il tarixli **********37 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. - xx.xx.1992-ci il tarixdə verilmiş ərizədə və Kürdəmir şəhər XDS İK sədri və katibi tərəfindən verilmiş həmin tarixli yoxlama arayışında Ərizəçi ailə üzvləri X12, Maraqlı şəxs2, Maraqlı şəxs3 qzı, Maraqlı şəxs4 göstərilmişdir. Məhkəmə iddiaçının və maraqlı şəxslərin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ailə tərkibi kimi özü, əri X12 (xx.xx.1942-ölüb), qızı Maraqlı şəxs3 (xx.xx.1985), oğlu Maraqlı şəxs2 (xx.xx.1986) və qızı Maraqlı şəxs4 (xx.xx.1988) olduğu halda, mənbəyi bəlli olmayan səbəblərdən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.0726 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2025-ci il tarixli çıxarışda hüquqi sahibləri olaraq Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 qzı, Maraqlı şəxs4 və X9 göstərilmişdir. X9 adında şəxsin Ərizəçi ailə üzvü olmadığı və ümumiyyətlə belə bir şəxsin mövcud olmaması təqdim edilən sənədlərdə tam olaraq öz təsdiqini tapmışdır. X9 adlı şəxsin daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərdə adının olması həmin əmlak üzərində sərəncam vermək kimi hüquqların məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, ərizəçi qeyd edilən sənədlərdə X4 adının çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmış, ümumi birgə mülkiyyətdə olan, ünvan 5 ünvanında yerləşən 0.0726 ha torpaq sahəsinə dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və digər hüquqmüəyyənedici sənədlərində X4 adı çıxarılmaqla, sənədlərdə yol verilən texniki səhvlər düzəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmış, ümumi birgə mülkiyyətdə olan, ünvan 5 ünvanında yerləşən 0.0726 ha torpaq sahəsinə dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və digər hüquqmüəyyənedici sənədlərində X4 adı çıxarılmaqla, sənədlərdə yol verilən texniki səhvlər düzəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar