Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1626/2025 09.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisi) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il tarixdə ölmüş annası X5 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa eilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o ailə üzvləri ilə birlikdə hazırda ünvan 2 ünvanında yaşayır. Mərhum anası ilə atası arasında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.1966-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Ailədə 3 qardaş, 2 bacı olmaqla mərhum anasının himayəsində yaşamışlar. Yaşadıqları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X3nın xüsusi mülkiyyətində olmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kaastrı və Reyestri publik huquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3nın adına xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X3 xx.xx.2023-cü il tarixdə, qardaşları X8 xx.xx.2015ci il tarixdə, X11 xx.xx.2018-ci il tarixdə, X6 isə xx.xx.2019-cu il tarixdə ölmüşlər. Mərhum qardaşlarının ailə üzvləri hazırda ayrı-ayrı ünvanlarda özlərinə məxsus olan evlərdə yaşayırlar. X1 isə evlənib ailə qurmaqla hazırda öz ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən özlərinə məxsus mənzildə yaşayırlar. Mərhum X3 ölənə kimi ünvan 6 ünvanda yaşamışdır. Mərhum anasının ölümündən sonra ondan miras qalan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 212.2 kv.metrdən ibarət fərdi yaşayış evini qəbul etmiş və tez-tez yaşadıqları fərdi yaşayış evinə gedərək istifadə edir. X1 mərhum X3ndan miras qalmış fərdi yaşayış evini qəbul etməmiş və miras əmlakdan heç bir pay tələb etməyəcəyini bildirmişdir. O 2025-ci ilin may ayında mərhum X3ndan miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etsə də, vərəsəliyin qəbul müddətini ötürdüyünü bildirib vərəsəlik huququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyyə edərək bu barədə ona məktub vermişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi ev 11A yerləşən 212.2 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə X9 məxsusdur. - Kürdəmir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İİ №283858 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhərində ölmüşdür. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli, AZ-İİ №038820 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Kürdəmir şəhərində ölmüşdür. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İ №958428 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə Kürdəmir şəhərində ölmüşdür. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il taixli, 3-16-5/8-V-255/2025 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1958-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Bu barədə 12 noyabr 1958-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 340 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Kürdəmir rayon İHB-nın İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 511 nömrəli arayışına əsasən, İddiaçı mərhum anası X2 şəhəri Ağamusa Axundov (keçmiş M.Əzizbəyov) küçəsi 11 saylı ünvanda yaşamış, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdə aşağıdakı ailə üzvləri (varisləri) qalmışdır: İddiaçı (1960), X4 (1964). - Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 05/182 nömrəli arayışından görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.2015-ci ildə 168 nömrəli akt qeydi tərtib olunmuşdur. - Cavabdehndə imzalanmış ərizədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüş X5 qalmış əmlakı ona çatası vərəsəlik payını qəbul etməmiş və bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli 469 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına eyni zamanda doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə və digər sənədlər əlavə edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi ev 11A yerləşən 212.2 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X13 xx.xx.2023-cü ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə İddiaçı müraciətinə imtina edilmiş, əsas kimi müddətin ötürüldüyü göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 28 oktyabr 2023-cü il tarixdə ölmüş X5 miras əmlak kimi qalmış Kürdəmir şəhəri, Əzizbəyov küçəsi ev 11A yerləşən 212.2 kv.m fərdi yaşayış evinə dair (ərizəçi İddiaçı münasibətdə öz payına uyğun) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, ərizə qalan hissədə təmin edilməməli, qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. 28 oktyabr 2023-cü il tarixdə ölmüş X5 miras əmlak kimi qalmış, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi ev 11A yerləşən 212.2 kv.m fərdi yaşayış evinə dair (ərizəçi İddiaçı münasibətdə öz payına uyğun) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1626/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1626/2025
09.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver