Məhkəmə qərarları › İş №2(041)-1645/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1645/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1645/2024 23.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Rafiq qızına qarşı evə köçürmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Rafiq qızının yaşadıqları ünvan 2 ünvanda yerləşən evə az yaşlı uşaqları ilə birlikdə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, X6 ilə ailə həyatı qurub. Aralarında xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdiriblər. Onların birgə nikahlarından Hüma və Nurgül adlı iki uşaqları anadan olub. O, cavabdehlə ailə həyatı qurarkən Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22 ünvanda yerləşən evə gəlin köçüb. Gəlin köçərkən özünə məxsus cehiz əşyalarını da həmin evə gətirib. O, uzun müddət həmin evdə yaşayıb. Sonradan ərinin işi ilə əlaqədar bir müddət həmin evdə yaşamayıblar. Bu müddət ərzində Cavabdeh4 ona məxsus cehiz əşyalarını həmin evdən atmışdır. O, həmin evə qayıtmaq istəsədə lakin qayıda bilməmişdir. Onu evdən döyüb qovublar. Hazırda o, az yaşlı uşaqları ilə birlikdə atasına məxsus darısqal evdə yaşayır. Onun uşaqları həmin evdə böyüyüb boya başa çatılar. Uşaqları orada qeydiyyatdadırlar. O da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Rafiq qızının yaşadıqları ünvan 2 ünvanda yerləşən evə azyaşlı uşaqları ilə birlikdə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, o, Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də yaşayır. İddiaçı oğlu Şahimlə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdiriblər. Onların birgə nikahlarından Hüma və Nurgül adlı iki uşaqları anadan olub. İddiaçı oğlu Şahmlə ailə həyatı qurarkən Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22 ünvanda yerləşən evə gəlin köçüb. İddiaçı uzun müddət həmin evdə yaşayıb. Sonradan ərinin işi ilə əlaqədar bir müddət həmin evdə yaşamayıblar. Sonradan iddiaçı həmin evə qayıtmaq istəsədə münasibətləri düzgün gəlməyib. Hazırda iddiaçının həmin evdə yaşamasına etiraz etmir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Rafiq qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş AZ-İV 623858 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Hüma adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir RİHB-nin şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X3 verilmiş xx.xx.2024-cü il tarixli, 1161 saylı apayışından görünürki, o, Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də qeydiyyatda olmaqla onun ailə üzvüləri İddiaçı, X4 və X1 ibarətdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir RİHB-nin şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 5-56-12/2-132 saylı məktubundan görünürki, İddiaçı xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvana gəlin köçmüşdür. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Yunusova X2 Şahim Kamil oğlu ilə ailə həyatı qurub. Aralarında xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdiriblər. Onların birgə nikahlarından Hüma və Nurgül adlı iki uşaqları anadan olub. O, Şahimlə ailə həyatı qurarkən Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22 ünvanda yerləşən evə gəlin köçüb. Gəlin köçərkən özünə məxsus cehiz əşyalarınıda həmin evə gətirib. O, uzun müddət həmin evdə yaşayıb. Sonradan ərinin işi ilə əlaqədar bir müddət həmin evdə yaşamayıblar. Bu müddət ərzində Cavabdeh4 ona məxsus cehiz əşyalarını həmin evdən atmışdır. O, həmin evə qayıtmaq istəsədə lakin qayıda bilməmişdir. Onu evdən döyüb qovublar. Hazırda o, az yaşlı uşaqları ilə birlikdə atasına məxsus darısqal evdə yaşayır. Onun uşaqları həmin evdə böyüyüb boya başa çatılar və uşaqları həmin evdə qeydiyyatdadırlar. O, da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Rafiq qızının yaşadıqları ünvan 2 ünvanda yerləşən evə az yaşlı uşaqları ilə birlikdə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş elbh. Cavabdeh1 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Rafiq qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. İş materiallarından görünür ki, İddiaçı iki nəfər az yaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.3-cü maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, İddiaçı iki az yaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iki nəfər az yaşlı uşaqları – xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar