Məhkəmə qərarları › İş №2(041)-165/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-165/2023

16.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-165/2023 16.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli Çıxarışa əsasən Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üzrə İddiaçı müəyyən edilmiş 0,0840 hektar hissədə payının naturada ayrılıb verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı nümayəndəsi Nümayəndə vəsatətinə əsasən məhkəmənin 1xx.xx.2022-ci il tarixli, 2(041)-827/2022 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardad mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin “Yerqurluşunun təşkili şöbəsi” tərəfindən tərtib edilmiş mütəxəssis rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövləıt Kadastrı və reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli, 3-21-3-36/2-879/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Bundan sonra mülki iş ekspert rəyi verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və Məhkəmə Ekspertizası Mərkəzində mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirildikdən sonra mülki iş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3525 nömrəli ekspert rəyi xx.xx.2023-cü il tarixli, 10/3525 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonu Xırdapay kədində bir mərtəbəli, iki otaqlı, 127,3 kv.metr ümumi sahəsi, 49,6 kv.metr yaşayış sahəsi, 77,7 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX 04944979 nömrəli Çıxarışına əsasən İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evində İddiaçı, X7 və X8 qeydiyyatda olmaqla yaşamışlar. Sonradan həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə X7 və X4 hər birinin 0,028 ha olmaqla X7 və X4 payı, fərdi yaşayış evi və 0,0840 hektar torpaq sahəsinə İddiaçı payı müəyyən edilmişdir. X1 və X8 vəfat etmişlər. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzrə sərəncam vermək hüququndan istifadə edə bilmir. Belə ki, onun vəfat etmiş qardaşlarının arvadları onların vərəsələri kimi müəyyən edilmədiyi üçün iddiaçı mülkiyyətində olan daşınmaz əmlaka sərəncam vermək hünuqlarını yerinə yetirə bilmir. Bu barədə cavabdehlərə dəfələrlə xəbər göndərilsə də, cavabdehlər bununla bağlı iddiaçıya heç bir cavab verməmişlər. Bu səbəbdən də iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Hazırda həmin fərdi yaşayış evində iddiaçı özü yaşayır. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli Çıxarışa əsasən Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üzrə İddiaçı müəyyən edilmiş 0,0840 hektar hissədə payının naturada ayrılıb verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, o, iddiaçının mərhum qardaşı X8 ilə ər-arvad münasibətində olduğu müddətdə mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Əri Sehran vəfat etdikdən sonra mübahisəli evdən çıxmış və hazırda başqa ünvanda yaşayır. Mübahisəli torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində onun mərhum ərinin də pay var. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışın Hüquq sahibləri bölməsində torpaq sahəsindən X5 payı 0,028 ha hissədə, X4 payı 0,028 ha hissədə, İddiaçı payı fərdi yaşayış evi və torpaq payı 0,0840 ha hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-486/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayonunun Xırdapay kəndində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı 127,3 kv.metr ümumi sahəsi, 49,6 kv.metr yaşayış sahəsi, 77,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin və paylı mülkiyyətdəki 0,0840 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq edilməsi üzrə notariat hərəkətlərinin yerinə yetirilməsi Kürdəmir rayon notariat kontorunun xüsusi notariusuna həvalə edilməsi qət edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, **********90-10301 reyestr nömrəli çıxarışla verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinin sxemi tərtib edilməklə kordinatları yerində müəəyn olunmuşdur. 2. İddiaçı, X7 və X4 paylı mülkiyyətində olan Kürdəmir Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,14 ha torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən təsərrüfat binasının yanındakı giriş çıxış yolunun müəyyən edilməklə verilməsi mümkündür. Naturada aparılmış çol-olçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3525 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli, 3-21-3-36/2-879/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı hzaqqında daşqınmaz əmlakın Dövlət reyestrində ********** reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, **********90- 10301 reyestr nömrəli çıxarışla verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinin sxemi tərtib edilməklə kordinatları yerində müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə; mütəxəssis rəyinə əsasən, İddiaçı Əvəz qızı, X7 və X6 paylı mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,0840 hektar torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən təsərrüfat binasının yanındakı giriş-çıxış yolunun müəyyən edilməklə verilməsinin mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayonu Xırdapay kədində bir mərtəbəli, iki otaqlı, 127,3 kv.metr ümumi sahəsi, 49,6 kv.metr yaşayış sahəsi, 77,7 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX 04944979 nömrəli Çıxarışına əsasən İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evində İddiaçı, X7 və X8 qeydiyyatda olmaqla yaşamışlar. Sonradan həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə X7 və X4 hər birinin 0,028 ha olmaqla X7 və X4 payı, fərdi yaşayış evi və 0,0840 hektar torpaq sahəsinə İddiaçı payı müəyyən edilmişdir. X1 və X8 vəfat etmişlər. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzrə sərəncam vermək hüququndan istifadə edə bilmir. Belə ki, onun vəfat etmiş qardaşlarının arvadları onların vərəsələri kimi müəyyən edilmədiyi üçün iddiaçı mülkiyyətində olan daşınmaz əmlaka sərəncam vermək hünuqlarını yerinə yetirə bilmir. Bu barədə cavabdehlərə dəfələrlə xəbər göndərilsə də, cavabdehlər bununla bağlı iddiaçıya heç bir cavab verməmişlər. Bu səbəbdən də iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Hazırda həmin fərdi yaşayış evində iddiaçı özü yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışın Hüquq sahibləri bölməsində torpaq sahəsindən X5 payı 0,028 ha hissədə, X4 payı 0,028 ha hissədə, İddiaçı payı fərdi yaşayış evi və torpaq payı 0,0840 ha hissədə müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zhəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3525 nömrəli ekspert rəyinə əsasən, İddiaçı Əvəz qızı, X7 və X6 paylı mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,0840 hektar torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən təsərrüfat binasının yanındakı giriş-çıxış yolunun müəyyən edilməklə verilməsinin mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyüyətdə olan əşya, mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı Əvəz qızı, X7 və X4 paylı mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,0840 hektar torpaq sahəsində yerləşən təsərrüfat binasının yanındakı giriş-çıxış yolu müəyyən edilməklə həmin torpaq sahəsi naturada ayrılıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı, X7 və X4 paylı mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,0840 hektar torpaq sahəsində yerləşən təsərrüfat binasının yanındakı giriş-çıxış yolu müəyyən edilməklə həmin torpaq sahəsi naturada ayrılıb İddiaçı verilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X2, KOD-210005 VÖEN- ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar