Məhkəmə qərarları › İş №2(041)-1650/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1650/2024

19.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1650/2024 19.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh, Kürdəmir Regional “ASAN xidmət” mərkəzində notariat ofisi, 16 saylı Ucar ərazi idarəsi, Kürdəmir RİHB-nın Qarasaqqal kənd İƏD-i üzrə nümayəndəliyi maraqlı şəxs qisməndə cəlb edilməklə çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı, Kürdəmir Regional “ASAN xidmət” mərkəzində notariat ofisi, 16 saylı Ucar ərazi idarəsi, Kürdəmir RİHB-nın Qarasaqqal kənd İƏD-i üzrə nümayəndəliyi maraqlı şəxs qisməndə cəlb edilməklə çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırda əlavə sənədlərin toplanmasına və iddia ərizəsinin dəqiqləşdirlməsinə ehtiyac yarandığını bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və maraqlı şəxslərin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işi mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı, Kürdəmir Regional “ASAN xidmət ” mərkəzində notariat ofisi, 16 saylı Ucar ərazi idarəsi, Kürdəmir RİHB-nın Qarasaqqal kənd İƏD-i üzrə nümayəndəliyi maraqlı şəxs qisməndə cəlb edilməklə çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar