Məhkəmə qərarları › İş №2(041)-167/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-167/2023

02.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-167/2023 02.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 və üçüncü şəxs Kürdəmir rayon Yenikən Bələdiyyəsinin sədri X4 iştirakı ilə İddiaçı Kürdəmir rayonu, Yenikənd Bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti üçüncü şəxs qisməndə cəlb edilməklə cavabdeh X5 qarşı icarəsində olan torpaqdan istifadə olunmasında yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək icarə və istifadəsində olan torpaq sahəsindən və oradakı mülkiyyətlərində olan mal-qara tövləsi və digər yardımçı ttikililərdən istifadəsinə qoyulmuş maneələrin aradan qaldırılmasına cavabdehin məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla, qərardadın surəti Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1149/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/7157 nömrəli ekspert rəyi isə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7157 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 175 saylı Sərəncamı ilə X9 Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində bələdiyyə mülkiyyətinə ayrılmış yerdən 100 hektar örüş sahəsi ayrılmışdır. Bundan sonra ayrılmış sahə Kürdəmir rayon Torpaq şöbəsinin işçiləri tərəfindən yerində kordinatlar üzrə X9 təhvil verilmişdir. Ölkədə Bələdiyyə seçkiləri keçirilmiş və Yenikənd Bələdiyyəsi yaradıldıqdan sonra Yenikənd Bələdiyyəsi ilə X10 arasında xx.xx.2002-ci il tarixli, 06 nömrəli Torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilə uzun müddətə (müddətsiz) bağlanmaqla əsas kimi Yenikənd Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 01 saylı protokolu əsas götürülmüşdür. Bundan sonra icarəyə götürülmüş torpaq sahəsində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının razılığı əsasında iri buynuzlu mal-qara saxlamaq üçün 35x7=245 kv.metr ölçüdə 1 tövlə, xırda buynuzlu malqara üçün isə 30x7=210 kv.metr ölsüdə 1 tövlə və iki otaqlı çoban evi inşa edilmiş, su çəni qoyulmuş və 1 ədəd vaqon quraşdırılmışdır. Həmin torpaq sahəsi X10 tərəfindən 2014-cü ilə kimi, yəni vəfat edənə kimi özü tərəfindən, bundan sonra isə varisi olaraq özü tərəfindən istifadə olunmuşdur. Son illər icarələrində olan 100 ha torpaq sahəsində Yenikənd kənd sakini X6 tərəfindən özbaşına taxıl əkilmişdir. Onunla söhbət aparılarkən həmin sahəyə onun icarə müqaviləsinin olduğunu bildirmişdir. Həmin müqaviləni ondan tələb etsə də müqaviləni ona göstərməmişdir. Bundan sonra bu barədə Kürdəmir rayon Yenikənd Bələdiyyəsinə müraciət etmiş icarələrində olan 100 ha torpaq sahəsinə digər müqavilənin olmadığı müəyyən edilmişdir. Hazırda icarələrində olan 100 ha örüş sahəsində qanun pozuntusu ilə özbaşına X6 tərəfindən taxıl əkilmiş və o, ərazini tərk etmək istəmir. İcarələrində olan torpaq sahəsindən X3 məcburi qaydada çıxarılması və örüş sahəsindən qanundan kənar taxıl əkdiyinə görə məsuliyyətçə cəlb olunması sahəsində Yenikənd Bələdiyyəsinin səlahiyyəti çərçivəsində tədbir görülməsi barədə xx.xx.2022-ci il tarixdə Bələdiyyəyə ərizə göndlərmiş və Bələdiyyə tərəfindən xx.xx.2022-ci il tarixdə ona cavab məktubu ünvanlanmışdır. Cavab məktubunda icarəsində olan torpaq sahəsindəki tikililərə münasibət bildirilməmiş, həmçinin icarəsində olan 100 hektar örüş təyinatlı torpaq sahəsində istifadə hüququ olmayan X3 qanunazidd taxıl əkməsinə göz yumaraq bu əmələ görə o, AR İXM-nin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilməmiş və bu məsələyə aydınlıq gətirilməsi bilərəkdən unudulmuşdur. Həmçinin cavab məktubunda sözügedən torpaq sahəsinə bələdiyyə ilə mərhum atası arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06 saylı Torpaq icarə müqaviləsi ləğv olunmadığı və qüvvədə olduğu halda həmin torpağın yenidən icarəyə veritlməsi məqsədilə hərraxca çıxarılması qeyd olunur. Hətta bu hal Bələdiyyə tərəfindən müvafiq qanunun tələbləri təhrif olunmaqla izahı səhv şərh edilmişdir. İcarəsində olan torpaq sahəsini zəbt etmiş X3 həmin ərazidən kənarlaşdırılması və onun haqqında örüş sahəsində əkin işləri apardığına görə qanun çərçivəsində Bələdiyyənin səlahiyyəti daxilində tədbir görülməsini təkrarən ondan xahiş etmiş, məktubların surətini lazımi tədbirlər görülməsi üçün Kürdəmir rayon İcra Hakimiyyətinə ünvanlamışdır. Yenikənd Bələdiyyəsi ərizəsinə cavab verməmiş, Kürdəmir rayon İcra Hakimiyyəti isə üç halda müraciətinə əsas olmayan cavab məktubları göndərmişdir. Ona görə də icarə və istifadəsində olan torpaq sahəsindən və oradakı mülkiyyətlərində olan mal-qara tövləsi və digər yardımçı ttikililərdən istifadəsinə qoyulmuş maneələrin aradan qaldırılmasına cavabdehin məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, onun iddiaçının mərhum atası X9 verilmiş 100 hektar torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda və ümumiyyətlə Yenikənd Bələdiyyəsinə aid ərazidə torpaq sahəsi yoxdur. O, mərhum A.Q.Səmədova verilmiş torpaq sahəsindən istifadə etməmiş və orada taxıl əkməmiş və həmin torpaqdan istifadə sahəsində iddiaçıya heç bir maneçilik göstərməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin sədri X7 izahatında göstərdi ki, Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 06 nömrəli Torpaq icarəsi müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən 100 hektar torpaq sahəsi örüş məqsədi ilə iddiaçının atası mərhum X9 icarəyə verilmişdir. X10 həmin torpaq sahəsindən 2014-cü il tarixə kimi, yəni ölənə kimi istifadə etmişdir. A.Q.Səmədov öləndən sonra həmin torpaq sahəsindən iddiaçı özü deyil başqa şəxslər istifadə etmiş, iddiaçı isə həmin torpaq sahəsi ilə bağlı Yenikənd bələdiyyəsinə müraciət etmədiyinə görə Yenikənd Bələdiyyəsi 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib mərhum A.Q.Səmədovun icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin Yenikənd Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə çıxarış almışdır. Bundan sonra iddiaçı 2022-ci ildə bələdiyyəyə ərizələrlə müraciət edərək torpaq sahəsinin mərhum atasının vərəsəsi olmaqla ona verilməsini tələb etmişdir. Hazırda həmin torpaq sahəsi Yenikənd Bələdiyyəsinin mülkiyyətində olmaqla hərraca çıxarılacığı iddiaçıya bildirlmiş və hərracda iştirak etməklə həmin torpaq sahəsinin 25 hektarının ona verilməsi təklif olunsa da o, həmin təkliflə razı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə üçüncü şəxs Kürdəmir rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 175 nömrəli Sərəncamından görünür ki, Yenikənd kənd sakini X8 istifadəsinə Yenikənd ərazisində bələdiyyə mülkiyyətinə ayrılmış yerdən 100 hektar torpaq sahəsi verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rpayonu, Yenikənd Bələdiyyəsi ilə X8 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 06 nömrəli Torpaq icarəsi müqaviləsindən görünür ki, Yenikənd Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 01 saylı protokoluna əsasən örüş üçün 100 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 659086 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Yenikənd Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 07 nömrəli məktubdan görünür ki, 100 hektar torpaq sahəsinə bələdiyyə tərəfindən reyestrdən çıxarış alınaraq hərraca çıxarılmasının gözlənilməsi, hərracın keçirildiyi vaxt və hərracda iştirak etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli, 2/409-2 nömrəli, xx.xx.2022-ci il tarixli, 2/662-2 nömrəli və xx.xx.2022-ci il tarixli, 2/950-2 nömrəli məktublarla eyni məzmunda cavab verilərək Kürdəmir rayon Yenikən Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli ümumi iclasının 06 nömrəli qərarı ilə Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 100 hektar örüş təyinatlı torpaq sahəsi onun atası A.Q.Səmədova icarəyə verilməsi, 2014-cü ilə qədər atası A.Q.Səmədovun həmin torpaq sahəsindən istifadə etməsi və atası A.Q.Səmədovun xx.xx.2014-cü il tarixdə vəfat etdiyi üçün atası A.Q.X1 arasında bağlanmış müqavilənin öz hüquqi qüvvəsini itirməsini bildirmişlər. İş materiallarına əlavə edilmiş Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli ümumi iclasının 02 saylı protokolundan çıxarışdan görünür ki, torpaq sahəsinin ayrılması ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi şöbəsinin xx.xx.2018-ci il tarixli, 560 saylı rəyi və 16 saylı LTİ-nin xx.xx.2017-ci il tarixli aktının nəzərə alınması, Kürdəmir rayonu Yenikənd kəndi ərazisində yerləşən Yenikənd Bələdiyyəsinin alqı-satqı predmeti olan 100,0 ha ölçüdə torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerqurluşu-təsərrüfat planına, ərazinin planlaşdırılması və timkintisi lahiyələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kormmunikasiya xətlərinin mühaıfizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurununa başlanması, Bəldiyyənin icarə məqsədi ilə hərraca çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericilikdlə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan ölçüsünün alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və İddiaçı vəsatətinə əsasən keçilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1.2.3 İcarə müqaviləsi əsasında İddiaçı verilmiş 100 hektar torpaq sahəsinin kordinatlar mövcud olan torpaqayırma sxemi təqdim edilmədiyi üçün sözügedən torpaq sahəsinin naturada yerləşdiyi ərazini və məhz nişanlavrının qoyulmasını təmiqn etmək, o cümlədən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı İddiaçı naturada göstərdiyi 133,45 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayon Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşür. Naturada aprarılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7157 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2- 1149/2023 nömrəli mütəxəssis rəyinə əsasən, İcarə müqaviləsi əsasında İddiaçı verilmiş 100 hektar torpaq sahəsinin kordinatlar mövcud olan torpaqayırma sxemi təqdim edilmədiyi üçün sözügedən torpaq sahəsinin naturada yerləşdiyi ərazini və məhz nişanlarının qoyulmasını təmin etmək, o cümlədən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmasa da, baxış zamanı İddiaçı naturada göstərdiyi 133,45 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayon Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iddiaçının, cavabdehin və iş üzrə üçüncü şəxs Kürdəmir rayon Bələdiyyəsinin sədri X4 izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 175 saylı Sərəncamı ilə iddiaçının atası mərhum X9 Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində bələdiyyə mülkiyyətinə ayrılmış yerdən 100 hektar örüş sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Kürdəmir rayon Torpaq şöbəsinin işçiləri tərəfindən yerində kordinatlar üzrə X9 təhvil verilmişdir. Yenikənd Bələdiyyəsi yaradıldıqdan sonra Yenikənd Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 01 saylı protokoluna əsas götürülərək Yenikənd Bələdiyyəsi ilə mərhum X8 arasında uzun müddətə (müddətsiz) xx.xx.2002-ci il tarixli, 06 nömrəli Torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra icarəyə götürülmüş torpaq sahəsində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının razılığı əsasında iri buynuzlu mal-qara saxlamaq üçün 35x7=245 kv.metr ölçüdə 1 tövlə, xırda buynuzlu mal-qara üçün isə 30x7=210 kv.metr ölsüdə 1 tövlə və iki otaqlı çoban evi inşa edilmiş, su çəni qoyulmuş və 1 ədəd vaqon quraşdırılmışdır. Həmin torpaq sahəsi X10 tərəfindən 2014-cü ilə kimi, yəni vəfat edənə kimi özü tərəfindən isttifadə olunmuşdur. A.Q.Səmədov öləndən sonra həmin torpaq sahəsindən iddiaçı özü deyil başqa şəxslər istifadə etmiş, iddiaçı isə həmin torpaq sahəsi ilə bağlı Yenikənd bələdiyyəsinə müraciət etmədiyinə görə Yenikənd Bələdiyyəsi 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib mərhum A.Q.Səmədovun icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin Yenikənd Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə çıxarış almışdır. Bundan sonra iddiaçı 2022-ci ildə bələdiyyəyə ərizələrlə müraciət edərək torpaq sahəsinin mərhum atasının vərəsəsi olmaqla ona verilməsini tələb etmişdir. Hazırda həmin torpaq sahəsi Yenikənd Bələdiyyəsinin mülkiyyətində olmaqla hərraca çıxarılacığı iddiaçıya bildirlmiş və hərracda iştirak etməklə həmin torpaq sahəsinin 25 hektarının ona verilməsi təklif olunsa da iddiaçı həmin təkliflə razı olmamışdır. İddiaçı mərhum atasına icarəyə verilmiş 100 hektar torpaq sahəsindən cavabdeh X3 istifadə etməklə orada taxıl əkməsini və həmin torpaq sahəsindən onun istifadə etməsinə maneə törətməsini göstərsədə cavabdehin həmin torpaq sahəsində taxıl əkməsini və cavabdehin ona hansı formada maneə törətməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum atası X10 ilə Yenikənd Bələdiyyəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06 saylı Torpaq İcarə müqaviləsinin ləğv olunmadığı və qüvvədə olduğu halda həmin torpağın yenidən icarəyə verilməsi məqsədi ilə hərraca çıxarılmasının qanunsuz olmasını və həmin torpaq sahəsinin vərəsə kimi ona verilməsini göstərsə də, İddiaçı atasının ölümündən sonra icarəçi olmağa razı olması ilə bağlı Yenikənd Bələdiyyəsinə müraciət etməmişdir. Yenikənd Bələdiyyəsi isə icarəçi, mərhum X8 ölümündən üç il keçəndən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib mərhum A.Q.Səmədovun icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin Yenikənd Bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair çıxarış almış və hazırda həmin torpaq sahəsi Yenikənd Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası “İcarə Haqqında” Qanunun 13.6-cı maddəsinin tələbinə görə icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüququ malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Qanunun mənasından göründüyü kimi İddiaçı atasının ölümündən sonra, yəni xx.xx.2014-cü il tarixdən sonra Torpaq icarə müqaviləsi üzrə icarəçi olmağa razı olması ilə bağlı rəsmi qaydada Yenikənd Bələdiyyəsinə müraciət etməmiş, xx.xx.2002-ci il tarixli, 06 saylı Torpaq icarə müqaviləsi öz hüquqi qüvvəsini itirdikdən 8 ildən sonra torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı Yenikənd Bələdiyyəsinə müraciət etmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 6-cı abzasında göstərilir ki, Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsi ilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İş materiallarından göründüyü kimi İddiaçı vəsatətinə əsasən keçilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İcarə müqaviləsi əsasında İddiaçı verilmiş 100 hektar torpaq sahəsinin kordinatlar mövcud olan torpaqayırma sxemi təqdim edilmədiyi üçün sözügedən torpaq sahəsinin naturada yerləşdiyi ərazini və məhz nişanlavrının qoyulmasını təmiqn etmək, o cümlədən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı İddiaçı naturada göstərdiyi 133,45 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayon Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7157 nömrəli Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2- 1149/2023 nömrəli mütəxəssis rəyinə əsasən, İcarə müqaviləsi əsasında İddiaçı verilmiş 100 hektar torpaq sahəsinin kordinatlar mövcud olan torpaqayırma sxemi təqdim edilmədiyi üçün sözügedən torpaq sahəsinin naturada yerləşdiyi ərazini və məhz nişanlarının qoyulmasını təmin etmək, o cümlədən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmasa da, baxış zamanı İddiaçı naturada göstərdiyi 133,45 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində **********84 reyestr nömrəli çıxarışla Kürdəmir rayon Yenikənd Bələdiyyəsinin mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmış 100 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Kürdəmir rayonu, Yenikənd Bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti üçüncü şəxs qisməndə cəlb edilməklə cavabdeh X5 qarşı icarəsində olan torpaqdan istifadə olunmasında yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kürdəmir rayonu, Yenikənd Bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti üçüncü şəxs qisməndə cəlb edilməklə cavabdeh X5 qarşı icarəsində olan torpaqdan istifadə olunmasında yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədjrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar