Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1699/2023 29.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs* və Maraqlı şəxs2 maraqlı şəxs qismində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 28 iyul 20*5-ci il tarixdə Ağdaş şəhərində doğulmuş bacısı qızı X* barəsində Maraqlı şəxs2ndə tərtib olunmuş ** mart 2020-ci il tarixli, 2*3 nömrəli doğum akt qeydində düzəliş edilməklə ana qrafasında onun adının əvəzində öz anası Maraqlı şəxs* kimi qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək mübahisəni məhkəmədən kənar həll etdiyi üçün həmin mülki işi baxılmamış saxlayıb sənədləri və ödədiyi *00 manat dövlət rüsumunun ona qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs* və Maraqlı şəxs2 maraqlı şəxs qismində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə Ərizəçi ərizəsi qəbul edilməli, Ərizəçi Maraqlı şəxs* və Maraqlı şəxs2 maraqlı şəxs qismində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmala sənədlər geri qaytarılmalı və ərizəçi tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan 27.**.2023-cü il tarixli, *329263486 nömrəli Mədaxil qəbzindən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına *00 manat dövlət rüsumu və xidmət haqqı olaraq, cəmi *00,40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5, 260.3, 259.0.**, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs* və Maraqlı şəxs2 maraqlı şəxs qismində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi *00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1699/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1699/2023
29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver