Məhkəmə qərarları › İş №2(041)-173/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-173/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-173/2025 27.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X51 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Firudun qızının cavabdehlər Cavabdeh və X6 qarşı “evə köçürülümə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, uşaqları X24 və X19 cavabdehlərə məxsus torpaq sahəsində birgə nikah dövründə inşa edilmiş kürslü,1 mərtəbəli, 3 otaq və zaldan ibarət olan fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdehlə 2003-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə həatı qrmuşdur. Birgə nikahlarından 2 uşaqları olmuşdur. Əri Rusiya Federasiyasında olduğu və gec-gec gəldiyi üçün boşanma qərarına gəlmişdir. Boşandıqdan sonra böyük oğlu hərbi xidmətə getmişdir. Boşandıqdan sonra ərinin təkidi ilə o və kiçik oğlu evdən çıxarılmışdır. O, Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən tat evinə getmişdir. Bundan sonra qaynanası dəfərlərlə zəng vurub qayıtmaqlarını istəsə də o, razı olmamışdır. O, həmin evə köçürülməsinin qanuni olması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçnın vəkili Vəkil iddiaçı ilə eyni məzmunda iizahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazimi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X27 heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmiş, digər cavabdeh X8 məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbinə onların iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir rayonu Yenikənd kənd Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 22 saylı arayışdan görünür ki, X1 Şərif Cəbi oğlu ilə birgə nikah dövründə bir mərtəbəli,ümumi sahəsi 130 kv.metr olan 3 otaqlı, zal, mətbəx və sanitar qovşağı olan ev tikmişlər. İşdə olan Kürdəmir rayonu İHB-nin Ynikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 219 saylı arayışdan görünür ki, X12 hal-hazırda Kürdəmir rayonunun Yenikənd kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X33 xx.xx.2011-ci ildə, X28 isə xx.xx.2006-cı ildə anadan olmuşdur. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, mərhuim X5 rayon Dövlət Arxivində mühafizə olunan 1996-2000-ci illərə aid 07 nömrəli təsərrüfatbaşına kitabın 599 nömrəli şəxsi hesabda X22 aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1. X15; 2. Həyat/yoldaşı X7; 3. oğlu X34; 4. X10; 5. X16; 6. X4;

7. nəvəsi X25, xx.xx.1994. Həmin çıxarışın torpaq qrafasında 0.87 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 100 kv.m olan ev qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Kürdəmir rayonu, Yenikənd kəndində yerləşmiş tikilidir. Mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu mübahisələndirilmir. Odur ki, həmin evin mövcud olmasını inkar etmək mümkün deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X9rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evini cavabdeh X27 ilə birgə niokahda olarkən inşa etmiş, həmin evdən istifadə etmişdir. Cavabdeh X7 məhkəməyə göndərdiyi teleqramı ilə də bunu təkzib etməmişdir. Bununla da iddiaçının həmin evdə istifadə etmək hüquqları yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2006-cı il təvəllüdlü oğlu X14 da qeyd edilən fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materialalrına əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respubliaksı Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 yetkinlik yaşına çatmışdır və o, müstəqil şəkildə məhkəmədə iddia tələbi qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladı X26 ilə birlikdə Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən, cavabdehlər X27 və X3 məxsus torpaq sahəsində inşa edilmiş kürsülü,1 mərtəbəli, 3 otaq və zaldan ibarət fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehlər X27 və X2 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar