Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-176/2023 02.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehlər X2 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1968-ci il təvəlüdllü X1 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2018-ci il təvəlüdllü X4 ilə birlikdə onun xüsusi mülkiyyətində olan Kürdəmir şəhəri, Babək küçəsində olan 0,0752 ha torpaq sahəsində yerləşən 7 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində yerləşən 61 kv.metr ümumi 35 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 34 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı mülkiyyətində olan, Kürdəmir şəhəri, Babək küçəsində olan 0,0752 ha torpaq sahəsində yerləşən 7 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində yerləşən 61 kv.metr ümumi 35 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 34 nömrəli mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb edir. Ərizəsində mülkiyyətində olan Babək küçəsində yerləşən mənzildə oğlu İlkinin qeydiyyatda olduğunu, cavabdehlərin isə hansı şəraitdə və nə vaxt onun evində qeydiyyata düşmələrini bilmədiyini göstərmişdir. Onların onun evində qeydiyyatda olmaları barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, onun mənzilində qeydiyyatda olan şəxsləri tanımır, həmin şəxslər onun məlumatı olmadan evinə qeydiyyata alınmışlar. Bununla bağlı Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda onun xahişi təmin edilməmiş, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. İddiaçının izahatından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı cavabdehləri tanımır və onların iddiaçıya məxsus yaşayış evinə qeydiyyata alınmalarından xəbəri və məlumatı olmamışdır. İddiaçının tələbi də Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qərara alınmışdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iddiaçıya izah edilir ki, inzibati orqan kimi Kürdəmir rayon polis şöbəsinin hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəmədə iddia qaldırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-176/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-176/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver