Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1762/2024 27.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Ərizəçilərin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə xx.xx.2005-ci tarixdə X11, X17 və X8 adına verilmiş, torpağa mülkiyyət hüququna dair JN-263G, KOD 90616018 olan dövlət aktının onlara məxsus olmasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Kərimov X10 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə xx.xx.2005-ci tarixdə X11, X17 və X8 adına verilmiş, torpağa mülkiyyət hüququna dair JN-263G, KOD 90616018 olan dövlət aktının onlara məxsus olmasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi X4 ərizəni müdafiə edərək bildirdi ki, Kürdəmir rayon aqrar islahat Komissiyasının 30 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində mülkiyyətində 0,33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı onların ailəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onların qrafada adları səhv yazılıb. Belə ki, adları Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 olduğu halda həmin qrafada onlara aid olmayan adlar X11, X17 və X2 qeyd olunub. Hazırda onlara verilmiş həyətyanı torpaq sahəsinə çıxarış almaq qərarına gəlmiş və bununla bağlı sənədləşmə işləri aparılmışdır. Sənədləri toplayıb aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət edərkən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onlara məxsus qrafada adlarının səhv olduğu məlum olmuşdur. Ərizəçilərin nümayəndəsi X4 məhkəmədən Kürdəmir rayon aqrar islahat Komissiyasının 30 iyul 2001-ci il tarixli 07 qərarı ilə X11, X17 və X8 adına verilmiş JN- 263G, KOD 90616018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2001-ciil tarixli, JN-263G nömrəli, KOD 90616018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il 07 saylı qərarı ilə Kürdəmir rayonunun Xırdapay kənd sakinləri X1 və onun ailə üzvləri X9, X5, X6, X12 və X8 mülkiyyətinə 0,33 ha həyətyanı torpaq sahəsi verilib. İş materiallarında olan, Kürdəmir rayon Xırdapay kənd İcra nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli, 772 nömrəli arayışdan görünür ki, X1 ailə tərkibi: X16, X13, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2dur. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İnsan Hüquqlarının və X7 X3 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə aölabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilir ki, ərizəçilərin ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0,33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onlara təqdim edilən torpağa mülkiyyət hüququna dair şəhadətnamədə Ərizəçi3 soyadı Məmmədova, adı Gülxar, atasının adı Yaqub qızı, Ərizəçi1 soyadı Səlimov, adı Sadiq, atasının adı Sadıq, Ərizəçi2 adı Qubad əvəzinə Sahil kimi qeyd olunub. Ərizəçilər həmin torpaq sahəsini özgəninkiləşdirmək istəyirlər. Şəhadətnamədə onların adları və ata adları səhv qeyd edildiyi üçün torpağın alqı-satqısını rəsmiləşdirə bilmirlər. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2005-ci ildə X1 və onun ailə üzvlərinə verilmiş 263G nömrəli KOD 90616018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə xx.xx.2005-ci tarixdə X11, X17 və X8 adına verilmiş, torpağa mülkiyyət hüququna dair JN-263G, KOD 90616018 olan şəhadətnamənin Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1762/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1762/2024
27.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver