Məhkəmə qərarları › İş №2(041)-1767/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1767/2025

18.07.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1767/2025 18.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Ərizəçi oğlu X1 ölmüş elan edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli 2(041)-1614/2015 nömrəli qətnaməsinin ləğv edilməsinə dair ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 1985-ci ildə anadan olmuş oğlu X1 ölmüş elan edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli 2(041)- 1614/2015 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Maddənin tələbinə görə ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, ərizəyə yeni iş kimi deyil, baxılan işin davamı kimi məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi icra iraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmılidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi oğlu X1 ölmüş elan edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli 2(041)-1614/2015 nömrəli qətnaməsinin ləğv edilməsinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Ərizəçi icra iraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar