Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1777/2024 17.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil mübahisələri” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “mənzil mübahisələri” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, 1994-cü ildə müraciəti əsasında Azərbaycan Respublikası Dəmir Yolları İdarəsinin Qazıməmməd (Hacıqabul) Evlər İdarəsinin balansında olan və ünvan 1-də yerləşən xidməti mənzil, orderlə daimi yaşamaq üçün 3 nəfər ailə üzvləri ilə birlikdə ona verilmişdir. Bundan sonra, yəni 1995-ci ildə Kürdəmir şəhərində yerləşən bütün xidməti binalar və mənzillər Kürdəmir rayon Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Bu mənzildə yaşadığı 28 il ərzində istər Qazıməmməd (Hacıqabul) Evlər İdarəsi və istərsə də Kürdəmir rayon MİS-i tərəfindən heç bir təmir işi aparılmadığından, keçən müddətdə bütün təmir və bərpa işləri öz vəsaiti hesabına aparılmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən kommunal mənzillər burada yaşayan sakinlərin istəyi əsasında özəlləşdirilməsinə icazə verilir. Bu məqsədlə Kürdəmir rayon MİS-nin rəhbərliyinə müraciət etmiş və məlum olmuşdur ki, 1995-ci ildə Qazıməmməd (Hacıqabul) Evlər İdarəsinin balansında olan bina və mənzilləri Kürdəmir rayon MİS-nə təhvil verərkən, burada yaşayan sakinlərin orderlərini Kürdəmir rayon MİS-nə təqdim etməmişdir. Adında olan oredrin əldə olunması üçün aidiyyatı üzrə X2 İdarəsinə və Bakı şəhər Dəmir Yol Baş İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, sakinlərin orderləri arxivdə yoxdur. Odur ki, ünvan 1 ünvanında yerləşən 28 ildən artıq bir müddətdə yaşadığı mənzilə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən Orderin verilməsinə dair yekun qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 292 nömrəli arayışa əsasən İddiaçı ünvan 3 ünvanda ailə üzvləri ilə yaşayır. Həmin mənzil Kürdəmir rayon Mənzil İstismar Sahəsinin balansına 1995-ci ildə daxil edilərkən mənzillərə aid Dəmiryol İdarəsi tərəfindən sakinlərə orderlər təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 262.3-cü maddəsi bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qanunvericiliyin tələbindən görünüdüyü kimi 262.5-ci maddəyə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “mənzil mübahisələri” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1777/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1777/2024
17.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver