Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-18/2023 19.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X*9 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon qeydiyyat şöbəsi) “atalığın tanınması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon qeydiyyat şöbəsi) atalığın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, *5 iyul 20*0-cu ildə Kürdəmir şəhərində anadan olmuş X8 və 04 fevral 20*7-ci ildə Kürdəmir şəhərində anadan olmuş X3 atası 0* iyun *986-ci il Hacıqabul şəhərində anadan olmuş X9 olmasının müəyyən edilməsi, *5 iyul 20*0-cu il təvəllüdlü X8 və 04 fevral 20*7-ci il təvəllüdlü X6 adına atalığın müəyyən edilməsi barədə şəhadətnamələrin verilməsinin Maraqlı şəxs həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəç və onun nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək *5 iyul 20*0-cu ildə Kürdəmir şəhərində anadan olmuş X8 və 04 fevral 20*7-ci ildə Kürdəmir şəhərində anadan olmuş X3 atası 0* aprel *986-ci il Hacıqabul şəhərində anadan olmuş X9 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizədən məlum olur ki, Ərizəçi xx.xx.2009-cu ildə X9 ilə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Ər-arvad kimi yaşadıqları müddətdə *5.07.20*7-ci il tarixdə Solmaz, 04.02.20*7-ci il tarixdə Zəhra adlı 2 uşaqları anadan olmuşdur. Solmaz və Zəhraya doğum haqqında şəhadətnamə alarkən onlara atalığın verilməsi mümkün olmamışdır. Buna səbəb isə İlqar Qurbanovun özünün doğum haqqında şəhadətnaməsinin olmaması olmuşdur. Onlarr uzun müddət yəni **.*2.2020-ci il tarixə kimi Kürdəmir rayon Sığırlı kəndində valideynlərinin evində mehriban yaşamışlar. İlqar xəstəlikdən əziyyət çəkib. Sonda İlqarın xəstəliyi ağırlaşdığından Hacıqabul şəhərinə valideynlərinin yanına getmiş, *0.*2.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edənə kimi onun doğum haqqında şəhədətnaməsi və şəxsiyyət vəsiqəsi olmamışdır. Azyaşlı uşaqları Solmaz və Zəhra onun himayəsində qalmışdır. Hazırda ailə başçısını itirməyə görə pensiya almaq üçün Solmaz və Zəhranın atalığının müəyyən edilməsi vacibdir. Bunu isə başqa cür ala bilmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, uşaqlarına ailə başçısını itirməyə görə pensiya almaq üçün DSMF-nin Kürdəmir rayon şöbəsinə müraciət etmiş, lakin evlənmək haqqında şəhadətnamələri olmadığına görə ona imtina edilmişdir. Nikah haqqında şəhadətnamələri olmadığına görə *5.07.20*7-ci il tarixdə anadan olmuş Solmazın, 04.02.20*7-ci il tarixdə anadan olmuş Zəhranın atasının **.*2.2020-ci il tarixdə vəfat etmiş X9 olması faktının müəyyən edilməsi tələb olunur. Bu sənədi başqa yolla əldə etmək mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X* ifadəsində göstərdi ki, oğlu İlqarla Gülnar 2009-cu ildə ailə həyatı qurmuş. Gülnar onun evinə gəlin gəlmiş, sonradan işi ilə əlaqədar olaraq onlar Gülnarın valideynlərinin evinə köçmüşlər. İlqarın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığış üçün Gülnarla rəsmi nikahlarını qeyd etdirə bilməmiş, azyaşlı uşaqları Solmaz və Zəhranın doğum haqqında şəhadətnamələri anaları Gülnarın soyadına yazılıb. Oğlu İlqar **.*2.2020-ci il tarixdə keçirdiyi xəstəlikdən vəfat etmişdir. Gülnarla oğlu İlqarın nikahları olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanov Vəkil Vəzir oğlu ifadəsində bildirdi ki, İlqar Qurbanov onun qardaşıdır. X*4 2009-ci ildə el adəti ilə evlənmiş, lakin rəsmi nikahları olmamışdır. Onların faktiki nikahlarından *5.07.20*7-ci il tarixdə Solmaz, 04.02.20*7ci il tarixdə Zəhra adlı iki uşaqları anadan olmuşdur. Lakin İlqarın sənədləri olmadığından uşaqlara doğum haqqında şəhadətnamə Gülnarın soyadına yazılıb. Qardaşı İlqar **.*2.2020-ci il tarixdə keçirdiyi xəstəlikdən vəfat etmişdir. Hazırda Gülnarın himayəsində olan Solmaz və Zəhranın atası İlqar Qurbanovdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; -08.**.20*7-ci il tarixli AZİV00543* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *5.07.20*0-cu il tarixdə anadan olub, atası X*2, anası Ərizəçi göstərilmişdir. -08.**.20*7-ci il tarixli AZİV005432 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 04.02.20*7-ci il tarixdə anadan olub, atası X*2, anası Ərizəçi göstərilmişdir. 24.**.2022-ci il tarixdə verilmiş Azİİ294*57 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *0.*2.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikahda olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının **-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*0cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: *. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır;
2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir;
3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. **.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Hazırki iş üzrə də, *5.07.20*0-ci il tarixdə anadan olmuş X2 və 04.02.20*7-ci il tarixdə anadan olmuş X3 anası Ərizəçi 2009-ci ildə X9 ilə evlənib ailə həyatı qurmalarına və faktiki nikahlarından 2 uşaqları anadan olmasına baxmayaraq rəsmi nikahları olmamışdır. *5.07.20*0-ci il tarixdə anadan olmuş X4 və 04.02.20*7-ci il tarixdə anadan olmuş X7 doğum haqqında şəhadətnamə alınan vaxt ataları X5 doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına və İlqar Qurbanovun *0.*2.2020-ci il tarixdə vəfat etdiyinə görə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmamış, şəhadətnamədə uşaqların soyadı anasının soyadına uyğun olaraq Həşimova göstərilmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə Solmaz və Zəhranın atalığı müəyyən edilmədiyinə görə Ərizəçi uşaqlarına ailə başçısını itirməyə görə pensiya ala bilməmiş, pensiya təyin edilməsi üçün zəruri olan həmin sənədləri isə başqa qaydada almaq mümkün deyil. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, *5.07.20*0-ci il tarixdə anadan olmuş X2 və 04.02.20*7-ci il tarixdə anadan olmuş X3 atası 0*.04.*986-cü il tarixdə anadan olmuş və *0 dekabr 2020-ci il tarixdə vəfat etmiş X9 olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 2*6-220 və 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. *5.07.20*0-ci il tarixdə anadan olmuş X2 və 04.02.20*7-ci il tarixdə anadan olmuş X3 atası 0*.04.*986-cü il tarixdə anadan olmuş və *0 dekabr 2020-ci il tarixdə vəfat etmiş X9 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: X.X.İmanov