Məhkəmə qərarları › İş №2(041)-183/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-183/2024

18.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-183/2024 18.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Aldlahverdi oğlunun, Cavabdeh2, Cavabdeh3 anası X5 məxsus ünvan 2 ünvanda yerləşən evə ailə üzvləri ilə birlikdə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də doğulub boya başa çatmış və orada qeydiyyata alınmışdır. Hal-hazırda da orada qeydiyyatdadır. Uşaqları da həmin evdə böyüyüb boya başa çatmaqla həmin evdə qeydiyyatdadırlar. Uzun müddətdir ki, həmin evdə yaşamırlar. Bu yaxınlarda o, ailə üzvləri ilə birlikdə qeydiyyatda oluğu anası X5 məxsus Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də yerləşən evinə qayıtmaq istəmiş, lakin cavabdehlər onu və ailə üzvlərini anasına məxsus evə köçürülmələrinə mane olmuşlar. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər onların evə köçürülmələrinə imkan vermirlər. Onun yaşamağa başqa evi yoxdur. Ona görə də cavabdehlər Cavabdeh1 Aldlahverdi oğlunun, Cavabdeh2, Cavabdeh3 anası X5 məxsus ünvan 2 ünvanda yerləşən evə ailə üzvləri ilə birlikdə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Allahhverdi oğlu, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə rəsmi ərizə təqdim edərək cavabdehlərin məhkəməyə gəlmədiklərinə görə mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş və İddiaçı adına tərtib edilmiş xx.xx.1972-ci il tarixli, İ-JQ 387088 nömrəli Doğum haqqında şəhadətnamənin ana qrafasında anasının X4 olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş onun mərhum anası X3 adına olan fərdi yaşayış evinə dair Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, M.Ə.Rəsulzadə küçəsi 22 saylı ünvanda fərdi yaşayış evi X4 adına qeydiyyat alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Qurbanov X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də doğulub boya başa çatmış və orada qeydiyyata alınmışdır. Hal-hazırda da həmimn mübahisəli evdə qeydiyyatdadır. Uşaqları da həmin evdə böyüyüb boya başa çatmaqla həmin evdə qeydiyyatdadırlar. Uzun müddətdir ki, həmin evdə yaşamamışlar. Bu yaxınlarda iddiaçı ailə üzvləri ilə birlikdə qeydiyyatda oluğu anası X5 məxsus Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də yerləşən evinə qayıtmaq istəmiş, lakin cavabdehlər onu və ailə üzvlərini anasına məxsus evə köçmələrinə mane olmuşlar. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər onların evə köçmələrinə imkan vermirlər. İddiaçının yaşamağa başqa evi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum X1 ilə X4 birgə nikahlarından doğulmuş və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində böyüyüb boya başa çtmışdır. Onun ailə üzləri də həmin evdə yaşamış və uşaqları da həmin evdə böyüyüb boya başa çatmışlar. Sonradan iddiaçı bir müddət anasına məxsus evdə yaşamasa da, sonradan özü və ailə üzvləri ilə birlikdə anasına məxsus olan fərdi yaşayış evinə köçüb orada yaşamaq istəsə də, cavabdehlər Cavabdeh1 Aldlahverdi oğlunun, Cavabdeh2, Cavabdeh3 iddiaçını ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evinə buraxmamışlar. İş materiallarından görünür ki, İddiaçı öz ailə üzvləri ilə birlikdə köçüb yaşamaq istədiyi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının anası X5 məxsus olmaqla iddiaçının həmin fərdi yaşayış evində istifadə hüququ olmaqla onun ailə üzvləri ilə birlikdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.3-cü maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən X5 məxsus fərdi yaşayış evinə məcburi qaydada köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən X5 məxsus fərdi yaşayış evinə məcburi qaydada köçürülsünlər. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar