Məhkəmə qərarları › İş №2(041)-1841/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1841/2024

25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1841/2024 25.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında mirasın qəbul edilməsi və vərəsə kimi tanınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.2021-ci il tarixdə ölmüş X2 və xx.xx.2023-cü il tarixdə ölmüş anası X5 yeganə vərəsəsi olması və onlara aid bütün əmlakın, o cümlədən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonunun Atakişili kəndində 0.32 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, hazırda o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Ailədə 3 bacı 3 qardaş olmuşlar. X1 xx.xx.2021-ci il tarixdə, anası X9 isə xx.xx.2023-cü il tarixdə ölmüşlər. X2 və anası X9 ölənədək onunla birlikdə bir yerdə yaşamışlar. Atası və anası öləndən sonra onlardan miras qalan bütün əmlakı, o cümlədən Kürdəmir rayonunun Atakişili kəndində 0.33 ha torpaq sahəsində bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin o qəbul etmiş və hazırdada idarə edir. Digər bacı qardaşları isə evlənib ailə qurmaqla özlərinə məxsus evlərdə yaşayırlar. Miras əmlak olan mərhum valideynlərindən miras qalan əmlaka dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 2024-cü ilin may ayında Maraqlı şəxs6ndə notariat ofisinə müraciət etmişdir. Lakin Maraqlı şəxs6ndə notariat ofisində mirasın qəbul müddəti ötürüldüyü və vərəsələr arasında ixtilaflar olduğu üçün, miras əmlakla bağlı sənədləşməyə etiraz etdiyinə görə şəhadətnamə verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Mərhum valideynlərindən qalan miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktı müəyyən edilməsə fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmayacaqdır. Məhkəmədən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 0.32 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan; - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 349391 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 183208 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin arayışından görünür ki, X6 adına Kürdəmir rayonu Atakişili kəndi ərazisində 0.32 ha torpaq sahəsi qeydə alınmışdır. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Ramin Əhmədov tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 433 nömrəli məktubda xx.xx.2021-ci ildə ölmüş X3 miras qalmış əmlaka dair vərəsəlik müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Ramin Əhmədov tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 433 nömrəli məktubda xx.xx.2023-cü ildə ölmüş X4 miras qalmış əmlaka dair vərəsəlik müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. - Notariat qaydasında təsdiq edilmiş ərizələrində maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 miras qalmış əmlakı faktiki qəbul etmədiklərini, əmlaka dair heç bir iddia və tələbi olmadıqlarını bildirmişlər. İşin faktiki hallarından məlum olur ki, miras əmlak həyətyanı torpaqdan ibarətdir. Hüquq sahib olan X7 və X9 vəfat etmişlər. Ərizəçi xx.xx.2024-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2021-ci ildə ölmüş X3 və xx.xx.2023-cü ildə ölmüş X4 miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin vərəsəliyin qəbulu müddəti keçdiyinə görə ona imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan 1246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-ci maddəsində göstərilir ki, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə faktlara baxır. Hazırki iş üzrə ərizəçi xx.xx.2021-ci ildə ölmüş X7 və xx.xx.2023-cü ildə ölmüş X4 miras qalmış torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir, digər bacı və qardaşları buna razı olduqlarını bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, xx.xx.2021-ci ildə ölmüş X7 və xx.xx.2023-cü ildə ölmüş X4 qalan mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2021-ci ildə ölmüş X7 və xx.xx.2023-cü ildə ölmüş X4 miras qalan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 0.32 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar