Məhkəmə qərarları › İş №2(041)-1850/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1850/2023

01.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1850/2023 01.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə İddiaçı Ərizəçi cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2*.09.20*4-cü il tarixdə ölmüş mərhum X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. Köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyani torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılan müddətdə iddiaçı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 2*.09.20*4-cü il tarixdə ölmüş mərhum X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. Köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyani torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərkən ərizədə texniki səhv olaraq özünü ərizəçi kimi, Kürdəmir regional “Asan xidmət” mərkəzində Notariat ofisini isə maraqlı şəxs kimi göstərmişdir. Ona görə də ərizəsini nəzərə aylıb onu iş üzrə iddiaçı, Kürdəmir regional “Asan xidmət” mərkəzində Notariat ofisini isə cavabdeh kimi tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yaşayır. Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mərhum anası X5 məxsusdur və miras qalmışdır. Anası Solmaz ölənə kimi onlarla (iddiaçı və ailə üzvləri) birlikdə hgəmin ünvanda yaşamışlar və anası öləndən sonra iddiaçı və onun ailə üzvləri həmin evdə yaşamağa davam edirlər. X7 2006-cı il tarixdə, anası X6 20*4-cü il tarixdə ölmüşdür. Anası Solmaz vəfat etdikdən sonra onun uşaqları (varisləri) iddiaçı Ərizəçi, qardaşı X*4 və bacıları X*2 qalmışdır. Lakin buna baxmayaraq anası Solmazdan miras qalmış əmlakda yalnız o və onun ailə üzvləri yaşayır. X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. köməkçi sahədən ibarət fərdi yaşayış evi və həyətyani torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri toplayıb Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbulu müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Ona görə də X3 miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. Köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyani torpaq sahəsinin qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, mərkəz heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş 22.*2.2006-cı il tarixli, AZ-İ 22*633 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 *2.*2.2006-cı il tarixdə Kürdəmir rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş 23.09.20*4-cü il tarixli, AZ-İ 705*84 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 2*.09.20*4-cü il tarixdə Kürdəmir rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir şəhəri, O.Mirzəyev küçəsində 0,0605 ha torpaq sahəsində yerləşən * mərtəbəli, 4 otaqlı, 90,8 kv.metr yaşayış, 63,2 kv.metr köməkçi sahədən ibarət *6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş *6.06.2023-cü il tarixli, 727 nömrəli arayışdan görünür ki, onun mərhum anası X2 şəhəri, A.Əhməd (O.Mirzəyev) küçəsi *6 saylı ünvanda yaşamış və 2*.09.20*4-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdə Ərizəçi, X*4, X*2 və X*0 ibarət ailə üzvləri (varisləri) qalmışdır. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi verilmiş “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə dair xx.xx.2023-cü il tarixli, 05/09/S/*30230-23 nömrəli Arayışda onun ailə tərkibi X7 (*0.*0.*934) (ölüb), anası X6 (25.09.*939) (ölüb), qardaşı X*4 (07.09.*964), bacısı X*2 (*6.08.*965) və X*5 (*3.03.*967) olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 775 nömrəli məktubdan görünür ki, X3 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin mirasın qəbulu müddətini ötürdüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının izahatını, üçüncü şəxslərin ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yaşayır. Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mərhum anası X5 məxsusdur və miras qalmışdır. Anası Solmaz ölənə kimi onlarla (iddiaçı və ailə üzvləri) birlikdə hgəmin ünvanda yaşamışlar və anası öləndən sonra iddiaçı və onun ailə üzvləri həmin evdə yaşamağa davam edirlər. X7 2006-cı il tarixdə, anası X6 20*4-cü il tarixdə ölmüşdür. Anası Solmaz vəfat etdikdən sonra onun uşaqları (varisləri) iddiaçı Ərizəçi, qardaşı X*4 və bacıları X*2 qalmışdır. Lakin buna baxmayaraq anası Solmazdan miras qalmış əmlakda yalnız o və onun ailə üzvləri yaşayır. X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. köməkçi sahədən ibarət fərdi yaşayış evi və həyətyani torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri toplayıb Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbulu müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi 2*.09.20*4-cü il tarixdə ölmüş mərhum X* miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessuadl müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə iddiaçı Ərizəçi 2*.09.20*4-cü il tarixdə ölmüş mərhum X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. Köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyani torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ərizəçi 2*.09.20*4-cü il tarixdə ölmüş mərhum X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 ünvanda yerləşən 0.0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90.8 kv/m. yaşayış, 63.2 kv/m. Köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyani torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar