Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1867/2024 23.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X16 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Maraqlı şəxsndə notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 yeganə vərəsəsi olmasının və onlara aid olan bütün əmlakın (bütün daşınar və daşınmaz əmlakın) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X21 ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi xx.xx.1947-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulub, xx.xx.1965-ci ildə X17 ilə evlənib ailə qurub. Hazırda öz ailə üzvüləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində özlərinə məxsus olan fərdi yaşayış evində yaşayır. O, ailələrinin yeganə övladı olub. X4 xx.xx.1987-ci il tarixdə, anası X7 isə xx.xx.2003-cü il tarixdə vəfat etmişlər. Valideyinləri ölənə kimi ünvan 2 ünvanda özlərinə məxsus fərdi yaşayış evdə yaşayıblar. Mərhum valideyinlərinin ondan başqa heç bir vərəsələri olmadığına görə o, valideyinlərindən miras qalan bütün əmlakı o qəbul edib həmin əmlakları hazırda o özü idarə edir. xx.xx.1987-ci ildə ölmüş X4 və xx.xx.2003-cü ildə ölmüş anası X2 qalan bütün əmlaka dair tam hissədə pay əldə etmək və yeganə vərəsə olmaq üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsndə notariat ofisinə müraciət edib. Lakin Maraqlı şəxsndə notariat ofisində vərəsəliyin qəbul müddətini ötürdüyünü bildirib ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 yeganə vərəsəsi olmasının və onlara aid olan bütün əmlakın (bütün daşınar və daşınmaz əmlakın) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Maraqlı şəxsndə notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 247194 nömrpəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli, 05/09/S/033747-22 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X11 və anası X8 ölmüşlər. İş materiallarına əlavə edilmiş və Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, onun mərhum atası X1 şəhəri Məhsəti küçəsi 2 saylı ünvanda yaşamış, xx.xx.1987-ci il tarixdə və mərhum anası X9xı xx.xx.2003-cü il tarixdə vəfat etmişlər. Mərhumlar vəfat etmiş ailə üzvü (varisi) kimi Ərizəçi qalmışdır. İş materiallarına əlavə edilmiş və Maraqlı şəxsndə notariat ofisi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X20 verilmiş xx.xx.2024-cü il tarixli, 665 nömrəli məktubdan görünür ki, onun xx.xx.1987-ci il tarixdə ölmüş X5 miras qalan əmlaka dair pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş və vərəsəliyin qəbulu müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulub, xx.xx.1965-ci ildə X17 ilə evlənib ailə qurub. Hazırda öz ailə üzvüləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində özlərinə məxsus olan fərdi yaşayış evində yaşayır. O, ailələrinin yeganə övladı olub. X4 xx.xx.1987-ci il tarixdə, anası X7 isə xx.xx.2003-cü il tarixdə vəfat etmişlər. Valideyinləri ölənə kimi ünvan 2 ünvanda özlərinə məxsus fərdi yaşayış evdə yaşayıblar. Mərhum valideyinlərinin ondan başqa heç bir vərəsələri olmadığına görə o, valideyinlərindən miras qalan bütün əmlakı o qəbul edib həmin əmlakları hazırda o özü idarə edir. xx.xx.1987-ci ildə ölmüş X4 və xx.xx.2003-cü ildə ölmüş anası X2 qalan bütün əmlaka dair tam hissədə pay əldə etmək və yeganə vərəsə olmaq üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsndə notariat ofisinə müraciət edib. Lakin Maraqlı şəxsndə notariat ofisində vərəsəliyin qəbul müddətini ötürdüyünü bildirib ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 yeganə vərəsəsi olmasının və onlara aid olan bütün əmlakın (bütün daşınar və daşınmaz əmlakın) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Milki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin 1267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından göründüyü kimi mərhum xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 vərəsəsi Ərizəçi miras əmlakın qəbul edilməsi ilə və ya miras əmlakın qəbul edilməsindən imtina edilməsi ilə bağlı iş materiallarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 yeganə vərəsəsi olması və onlara aid bütün əmlakın (bütün daşınar və daşınmaz əmlakın) onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Ərizəçi xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 yeganə vərəsəsi olması və onlara aid olan bütün əmlakın (bütün daşınar və daşınmaz əmlakın) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməli, həmçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1987-ci il tarixdə ölmüş mərhum atası X6 və xx.xx.2003-cü il tarixdə ölmüş anası X3 yeganə vərəsəsi olmasının və onlara aid olan bütün əmlakın (bütün daşınar və daşınmaz əmlakın) onun tərəfindən qəbul edilməsi faktı və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1867/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1867/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver