Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1869/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik dairəsinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik dairəsinin müəyyən edilməsi” tələbinə dair iddiası ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1869/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1869/2025
28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver