Məhkəmə qərarları › İş №2(041)-1885/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1885/2025

01.08.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1885/2025 01.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “X5 ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “X5 ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonu Bağman kəndində doğulmuş X4nun ölmüş hesab edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1614/2015 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirdi ki, o, öz ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Bağman kəndində yaşayır. X4 xx.xx.2003-cü il tarixdə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və həmin tarixdə Qazax rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. X11 rayonundakı hərbi hissədə qulluq etdiyi müddətdə bir neçə dəfə onun yanına gedib-gəlmişdir. xx.xx.2003-cü il tarixdə kənd icra nümayəndəsi oğlu Ramalın qulluq etdiyi hərbi hissənin N nəfər zabiti ilə onlara gələrək oğlu Ramalın hərbi hissədən yoxa çıxdığını bildirmişdir. Bundan sonra o oğlu Ramalın qulluq etdiyi hərbi hissəyə getmiş və hərbi hissədə oğlunun dumanlı və çiskinli hava şəraitində hərbi hissədən naməlum istiqamətə gedərək yoxa çıxdığını və ərazini bir neçə dəfə axtarsalar da onu tapa bilmədiklərini bildirmişlər. Bundan sonra o, aidiyyəti orqanlara müraciət etmiş və Qazax hərbi prokurorluğunda oğlunun barəsində cinayət işi başlanılmış və onun yeri müəyyən olunmadığına görə barəsində axtarış işi açılaraq Kürdəmir rayon Polis Şöbəsinə göndərilmişdir. Lakin aparılmış uzun axtarışlara baxmayaraq oğlunun yerinin müəyyən olunması mümkün olmadığına və itkin düşməsindən 12 il keçdikdən sonra oğlunun ölmüş elan edilməsi ilə bağlı ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1641/2015 nömrəli qətnaməsinə əsasən xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunun Bağman kəndində anadan olmuş X4 ölmüş elan edilmişdir. X4 ölmüş elan edildikdən təxminən bir neçə ildən sonra özü qayıdıb evlərinə gəlmişdir. Ramaldan bu illər ərzində harada olmasını soruşanda o, özü də tanımadığı ərazilərdə olmuş və axtarılacağından qorxduğuna görə hərbi hissəyə və ya evinə gələ bilmədiyini bildirmişdir. O, özü də onun qulluq etdiyi hərbi hissədən qaçmasından və onun barəsində yayılan şaiyələrdən qorxduğuna görə oğlu Ramalın sağ olmaqla evlərinə qayıdıb gəlməsi barədə heç bir aidiyyəti orqana məlumat verməmişdir. Hazırda X4nun ölmüş elan edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1641/2015 nömrəli qətnaməsinin ləğv edilməsi zərurəti yarandığına görə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ölmüş elan edilmiş şəxs X7 izahat verərək bildirmişdir ki, xx.xx.2003cü il tarixdə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və həmin tarixdə Qazax rayonunda yerləşən N saylı hissəyə göndərilmişdir. Təxminən 2003-cü ilin noyabr ayında hərbi hissədən çıxmışdır. Hərbi hissədən çıxdıqdan sonra Şəmkir rayonunda tanımadığı bir nəfərin fermasında 3 il müddətinə qoyun otarmışdır. Hərbi hissədən qaçdığı üçün qorxduğundan uzun müddət ailəsi ilə əlaqə saxlamamışdır. Daha sonra 7-8 ildən sonra ailəsinə zəng etmiş və onun üçün narahat olmamalarını demişdir. O, həmin vaxtdan etibarən təxminən ildə bir dəfə evlərinə zəng edərək anası ilə əlaqə saxlamışdır. Nəhayət 2016-cı ilin yay aylarında yaşadıqları Kürdəmir rayon Bağman kəndinə gəlmişdir. İtkin düşdüyü müddət ərzində müxtəlif rayonlarda fəhlə kimi işləmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və ölmüş elan olunmuş şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1614/2015 nömrəli qətnaməsinə əsasən Ərizəçi ərizəsi təmin edilmiş, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonun Bağman kəndində anadan olmuş X5 ölmüş elan edilməsi qət edilmişdir. İş materiallarında olan Böyük Kəngərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 1 nömrəli aktdan görünür ki, X7 2003-cü ildən itkin düşmüş və bir müddətdən sonra xx.xx.2017-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə atası Qurbanov X6 rayon Böyük Kəngərli kənd İƏD-si üzrə nümayəndəliyinə yaxınlaşaraq oğlu X2 olması haqqında məlumat vermişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Tovuz şəhəri N saylı hərbi hissə komandiri polkovnik-leytenantı R.Məmmədşərifov tərəfindən qəbul edilmiş cinayət işinin başlanması haqqında qərarın surətinə əsasən xx.xx.2003-cü il tarixdə İİ MAT İV MAB-dan hərbi hissənin işçi qrupuna ezam olunmuş əsgər X3 “Qalx” komandasından əvvəl hərbi hissəni özbaşına tərk etmiş və barəsində Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1641/2015 nömrəli qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 316-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1641/2015 nömrəli qətnaməsi ləğv edilsin. X1 ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar