Məhkəmə qərarları › İş №2(041)-1910/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1910/2025

06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1910/2025 06.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2nın onu tərbiyə etməkdən imtina etməsi və X1nun vəfat etməsi nəticəsində onun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs kimi tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2003-cü ildə anadan olmuş, X1 uşaq ana bətnində olarkən, yəni xx.xx.2003-cü ildə vəfat etmiş, 2015-ci ildə, yəni uşağın 12 yaşı olarkən X2 onu tərbiyə etməkdən imtina edərək özünə ikinci dəfə ailə həyatı qurmuş, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 169 nömrəli sərəncamı ilə uşaq nənəsi X9 himayəsənə verilmişdir. Ərizəçi valideyn himayəsindən məhrum hesab edilən şəxs kimi ona birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona imtina edilmiş, imtina məktubunda sözügedən birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün X2nın uşaqlarını tərbiyə etməsindən imtina etməsi və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmağı barədə məhkəmə qərarının surətini təqdim etməklə təkrar müraciəti əsasında məsələyə yenidən baxılacağı göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx xxxx 2003-cü il tarixdə Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qağacılı kəndində anadan olmuş, 22 yaşı var, Azərbaycan İqtisadiyyat Universitetində magistr pilləsində təhsilini davam etdirir. X1, o ana bətnində olarkən, yəni 18 yanvar 2003-cü il tarixdə vəfat etmişdir. X2 2015-ci ildə onu ata nənəsi X9 yanında qoyaraq, Sumqayıt şəhərində yaşayan Vüqar Məmmədov adlı şəxslə evənmiş, bu tarixdən etibarən anası onun tərbiyə və təminatında heç bir iştirak etməmiş, faktiki olaraq ata nənəsinin himayəsində böyümüş. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 28 sentyabr 2020-ci il tarixli, 169 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Qağacılı kəndində yaşayan nənəsi X12 onun üzərində rəsmi himayəçi təyin edilmişdir. 17 iyun 2025-ci il tarixdə valideyn himayəsindən məhrum hesab edilən şəxs kimi ona birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona imtina edilmiş, imtina məktubunda sözügedən birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün X2nın uşaqlarını tərbiyə etməsindən imtina etməsi və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmağı barədə məhkəmə qərarının surətini təqdim etməklə təkrar müraciəti əsasında məsələyə yenidən baxılacağı göstərilmişdir. Ərizəçi işin şərh edilən hallarını nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 402145 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonu Qağacılı kəndində anadan olmuşdur. X1, anası X7r. -Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, AZ-İ 389118 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2003-cü ildə X4 doğulmuş Ərizəçi atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2003-cü ilin noyabr ayının 28 günündə 483 nömrə ilə qeyd edilmişdir. - Kürdəmir rayon Xırdapay kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İİ 113538 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonu Qağacılı kəndində ölmüşdür. Bu barədə akt qeydləri kitabında 2023-cü ilin 01 ayının 21 günündə 10 nömrə ilə qeyd edilmişdir. -Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 169 nömrəli sərəncamına əsasən, Kürdəmir rayonunun Qağacılı kəndində yaşayan X12 xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonu Qağacılı kəndində anadan olmuş Ərizəçi üzərində rəsmi himayəçi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktor müavini Arif Qurbanovun Ərizəçi ünvanlanan zəruri sənədlərin təqdim olunması haqqında cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş Ərizəçi ərizəsinə və ona əlavə edilmiş sənədlərə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilen, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər valideynlərini itirmiş. habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdular. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülürdü. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 28 aprel 2022-ci il tarixli **********9 nömrəli əmri ilə təsdiq edilmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimata 2 nömrəli əlavədə müraciət əsasında təyinat məqsədilə birdəfəlik müavinətin təyin edilməsi və avadanlıqların verilməsi üçün ayrı-ayrı kateqoriyalardan olan şəxslər üzrə əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar və onlar arasından olan şəxslər üzrə: hər iki valideyni məlum olmayan şəxslər üçün: hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı, hər iki valideyni valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər üçün: valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; hər iki valideyni xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən və ya ölmüş elan edilən şəxslər üçün: valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; her iki valideyni cəzaçəkmə müəssisələrində cəzasını çəkən şəxslər üçün: valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; hər iki valideyni uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən şəxslər üçün: uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notariat qaydada təsdiq edilmiş ərizəsi; bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslər üçün: valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi və valideynlərin birinin Nazirliyin elektron informasiya ehtiyatlarında əlilliyinin müəyyən edilməsinə dair məlumat. Qeyd olunanları nəzərə alaraq, sözügedən birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün ananız X5 uşaqlarını tərbiyə etməsindən imtina etməsi və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmağınız barədə məhkəmə qərarının surətini təqdim etməklə təkrar müraciəti əsasında birdəfəlik müavinel ve kompensasiya hüququnuza yenidən baxılacaqdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 2003-cü il tarixdə Kürdəmir rayonunun Qağacılı kəndində anadan olmuş, 22 yaşı var, Azərbaycan İqtisadiyyat Universitetində magistr pilləsində təhsilini davam etdirir. X1, o ana bətnində olarkən, yəni 18 yanvar 2003-cü il tarixdə vəfat etmişdir. X2 2015-ci ildə onu ata nənəsi X9 yanında qoyaraq, Sumqayıt şəhərində yaşayan Vüqar Məmmədov adlı şəxslə evənmiş, bu tarixdən etibarən anası onun tərbiyə və təminatında heç bir iştirak etməmiş, faktiki olaraq ata nənəsinin himayəsində böyümüş. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 28 sentyabr 2020-ci il tarixli, 169 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Qağacılı kəndində yaşayan nənəsi X12 onun üzərində rəsmi himayəçi təyin edilmişdir. 17 iyun 2025-ci il tarixdə valideyn himayəsindən məhrum hesab edilən şəxs kimi ona birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona imtina edilmiş, imtina məktubunda sözügedən birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün X2nın uşaqlarını tərbiyə etməsindən imtina etməsi və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmağı barədə məhkəmə qərarının surətini təqdim etməklə təkrar müraciəti əsasında məsələyə yenidən baxılacağı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilen, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər valideynlərini itirmiş. habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 28 aprel 2022-ci il tarixli **********9 nömrəli əmri ilə təsdiq edilmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimata 2 nömrəli əlavədə müraciət əsasında təyinat məqsədilə birdəfəlik müavinətin təyin edilməsi və avadanlıqların verilməsi üçün ayrı-ayrı kateqoriyalardan olan şəxslər üzrə əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar və onlar arasından olan şəxslər üzrə: hər iki valideyni məlum olmayan şəxslər üçün: hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı, hər iki valideyni valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər üçün: valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; hər iki valideyni xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən və ya ölmüş elan edilən şəxslər üçün: valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; her iki valideyni cəzaçəkmə müəssisələrində cəzasını çəkən şəxslər üçün: valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; hər iki valideyni uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən şəxslər üçün: uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notariat qaydada təsdiq edilmiş ərizəsi; bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslər üçün: valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi və valideynlərin birinin Nazirliyin elektron informasiya ehtiyatlarında əlilliyinin müəyyən edilməsinə dair məlumat. Hazırki iş üzrə də xx xxxx 2003-cü il tarixdə Kürdəmir rayonunun Qağacılı kəndində anadan olmuş Ərizəçi X1nun, o ana bətnində olarkən, yəni 18 yanvar 2003-cü il tarixdə vəfat etməsi, X2nın 2015-ci ildə onu ata nənəsi X9 yanında qoyaraq, Sumqayıt şəhərində yaşayan Vüqar Məmmədov adlı şəxslə evənməsi, onun tərbiyə və təminatında heç bir iştirakının olmaması işdə olan sənədlərlə öz təsdiqini tapır. Ərizəçi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs kimi tanınması faktının müəyyən edilməsi ona birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi üçün sənəd kimi tələb edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X1nun 18 yanvar 2003-cü il tarixdə ölməsi, X2nın onun tərbiyə etməsindən imtina etməsi səbəbindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs kimi hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X1nun 18 yanvar 2003-cü il tarixdə ölməsi, X2nın onun tərbiyə etməsindən imtina etməsi səbəbindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs kimi hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar