Məhkəmə qərarları › İş №2(041)-1924/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1924/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1924/2025 12.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “sahibkar obyektinin geri qaytarılması, dəymiş ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “sahibkar obyektinin geri qaytarılması, dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 2, bina 9-da yerləşən sahibkarlıq obyektinin onlar tərəfindən sökülməsi, məhv edilməsi, addan çıxarılıb başqa şəxsin adına keçirilməsinin qadağan edilməsi, həmçinin onun həmin əraziyə daxil olmasına edilən maneələrin aradan qaldırılması və ona vurulmuş maddi ziyana görə 150000 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, onun Kürdəmir şəhəri H.Əliyev prospekti, məhəllə 2, bina 9-da sahibkarlıq obyekti var. Həmin sahibkarlıq obyekti onun adına xx.xx.2010-cu ildə qeydə alınmışdır. Həmin sahibkarlıq obyektini uzun müddət istifadə edir. Lakin son vaxtlar maddi imkanı olmadığı üçün həmin sahibkarlıq obyektini istifadə edə bilməmişdir. Bu yaxınlarda yenidən sahibkarlıq obyektini istifadə etmək üçün əraziyə getmiş, lakin həmin vaxt orada maneələrlə üzləşmişdir. Belə ki, yuxarıda adları qeyd olunan şəxslər ona həmin əraziyə getməyi qadağan etmişlər. Sonradan ona məlum olmuşdur ki, yuxarıda adları qeyd olunan şəxslər həmin ərazidə olan bütün sahibkarlıq obyektini alıblar. Onun sahibkarlıq obyektinin bir hissəsini söküblər. Hazırda o, öz obyektindən onların üzündən istifadə edə bilmir. Həmçinin həmin şəxslər onun barəsində polis şöbəsinə müraciət etmişlər. Onların qanunsuz hərkətləri nəticəsində obyektinə 150000 manat maddi ziyan dəymişdir. Hesab edir ki, həmin ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələblərini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh5 xx.xx.2024-cü ildə Xaçmaz rayon sakini X6 alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini almışdır. Torpaq sahəsi çıxarış əsasında 6 nəfərin adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi boş ərazi olmuşdur. Daha sonra hüquqlarını müdafiə etdiyi cavabdehlər Ucar Ərazi Dairəsinə müraciət etmiş və bunun əsasında çıxarış əldə olunmuşdur. Bütün ərazi söküntülü bir şəkildə alınmışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X20 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən X2 RPŞ-nə ərizə ilə müraciət edərək Kürdəmir şəhəri H.Əliyev prospekti məh 2/2-də yerləşən ona və eyni zamanda digər 5 nəfərə məxsus 80 sot xüsusi mülkiyyətə aid torpaq sahəsinə Kürdəmir rayon sakini Zürabi adlı şəxsin gətirib daş, qum və digər materiallar tökərək guya orada ona məxsus torpaq sahəsi olmasını iddiya edərək orada mağaza tikdiyini, lakin həmin sahəyə aid onların reyest çıxarışları olduğunu, Zürabi adlı şəxsin obyektlərindən çıxarılmasına köməklik göstərilməsini xahiş etdiyini göstərmişdir. X4 müraciəti əsasında cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və əri X3 qarşı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş, 906-1/585 nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, İddiaçı adına ünvan 1 ünvanında qeyri-yaşayış binası **********09-06301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********93 nömrəli çıxarışından görünür ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə-2, 2-də yerləşən 0.8014 ha torpaq sahəsi Cavabdeh1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024), Cavabdeh3 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024), X11 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024), Cavabdeh2 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024), Cavabdeh4 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024) və X7 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024) hər birinin 1/6 hissədə payı müəyyən edilməklə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X16 alıcı X5 Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə-2, 2 ünvanında yerləşən, ümumi sahəsi 0.8014 ha olan torpaq sahəsinin hissəsini (0.08014 ha-dan 1/6 hissəsini) 21420.38 manata satmışdır. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-36/2-3995/2025 nömrəli torpaq sahəsinin qeydiyyatdan keçməməsi barədə məktubdan görünür ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə-2, bina-9 ünvanında yerləşən qeyri-yaşayış binası (0.00155 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla) xx.xx.2010-cu il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********09-06301 nömrəli çıxarışından görünür ki, ünvan 5-da yerləşən 0.00155 ha torpaq sahəsində ümumi sahəsi 11.9 m2 olan qeyri-yaşayış binası X8 xüsusi mülkiyyətində olmaqla ********** nömrə ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş, 906-1/585 nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, X12 ünvan 1 ünvanında qeyri-yaşayış binası verilmiş və **********09-06301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********09-06301 nömrəli çıxarışından görünür ki, ünvan 5-da yerləşən 0.00155 ha torpaq sahəsində ümumi sahəsi 11.9 m2 olan qeyri-yaşayış binası X13 xüsusi mülkiyyətində olmaqla ********** nömrə ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş sənəddən görünür ki, X15 Kürdəmir şəhəri, H.Əliyev prospekti, məh-2 ünvanında qeyri-yaşayış binası verilmiş və **********09-06301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin Texniki Pasportundan görünür ki, xx.xx.2005-ci ildə X15 Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 17 iyul 2000-ci il tarixli 146 saylı sərəncamı ilə Kürdəmir şəhəri, Babək küşəsi bazar ərazisinə ticarət və ya ictimai iaşə obyektindən istifadə hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X17 alıcı X12 Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə-2, 9 ünvanında yerləşən, 0.00155 ha torpaq sahəsində sahəsi 11.9 kvadrat metr olan olan qeyri-yaşayış binasını 4800 manata satmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun və ya qanunla qorunan digər əşya hüququnun mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri, o cümlədən adına tərtib edildiyini iddia etdiyi texniki pasportun əslini məhkəməyə təqdim etməmişdir. İddiaçıya mübahisəli obyekt üzərində hüquqlarını təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmə tərəfindən imkan yaradılmasına baxmayaraq, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, iddia tələblərinin əsası kimi istinad edilən halların sübut edilməsi vəzifəsinin iddiaçının üzərinə düşdüyü, lakin bu vəzifənin yerinə yetirilmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Eyni zamanda, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan müəyyən olunur ki, ünvan 5 ünvanında 0.00155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 11,9 kv.m olan qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə X8 adına dövlət qeydiyyatına alınmışdır. Həmin obyektə dair texniki pasport və alqı-satqı müqaviləsi də göstərir ki, mübahisəli qeyri-yaşayış binası əvvəlcə X13 mülkiyyətində olmuş, sonradan isə qanunvericiliklə müəyyən edilmiş qaydada X1 və mülkiyyət hüququnun keçidi dövlət reyestrində rəsmiləşdirilmişdir. Beləliklə, iş materialları ilə İddiaçı mübahisəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla əmlaka sahiblik hüququnun mövcudluğu təsdiq edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş materiallarında İddiaçı adına tərtib edildiyi göstərilən daşınmaz əmlakın texniki pasportunun surəti mövcud olsa da, həmin sənəd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139-1-ci maddələrinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasını və ya keçməsini təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilmir. Belə ki, Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı müəyyən edilmişdir və texniki pasport həmin əsaslar sırasına aid deyildir. Texniki pasport daşınmaz əmlakın fiziki və texniki göstəricilərini əks etdirən uçot sənədi olmaqla, mülkiyyət hüququnun dövlət qeydiyyatını əvəz etmir və şəxsin mübahisəli obyekt üzərində mülkiyyətçi və ya digər əşya hüququ subyekti olmasını təsdiq etmir. Eyni zamanda, iş materialları ilə iddiaçının istinad etdiyi qeyri-yaşayış binasının cavabdehlərin mülkiyyətində olan 0.8014 ha torpaq sahəsinin tərkibində yerləşməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən 150.000 manat məbləğində maddi ziyanın mövcudluğunu, həmin ziyanın həcmini, eləcə də cavabdehlərin hərəkətləri ilə iddia edilən zərər arasında birbaşa səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququnun tanınması və əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi yalnız həmin əmlak üzərində mülkiyyət hüququna malik olan şəxs tərəfindən irəli sürülə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr əşyanı götürmədən törədildikdə, bu cür hərəkətlərə son qoyulmasının tələb edilməsi hüququ da yalnız mülkiyyətçiyə, habelə 157.8-ci maddədə nəzərdə tutulmuş əsaslarla əmlaka sahiblik edən şəxsə məxsusdur. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, iddiaçı mübahisəli qeyri-yaşayış binası üzərində mülkiyyətçi və ya qanuni sahib statusunu təsdiq edən sübutlar təqdim etmədiyindən, cavabdehlər tərəfindən obyektə maneələrin yaradılması, obyektin sökülməsi və digər hərəkətlərin iddiaçının mülkiyyət hüququna və ya qanunla qorunan digər əşya hüququna müdaxilə təşkil etməsi barədə iddia tələbləri hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Bu baxımdan, iddiaçının mübahisəli obyektin geri qaytarılması, həmin obyektə dair müdaxilələrin və maneələrin aradan qaldırılması, habelə ona dəymiş ziyanın ödənilməsi barədə tələblərinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4 və 157.8-ci maddələrinin tətbiqi üçün zəruri olan subyektiv hüququn mövcudluğu sübuta yetirilmədiyindən, göstərilən tələblərin təmin edilməsi üçün qanuni və hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin məhkəmə tərəfindən müəyyən edildiyi kimi, iddiaçı mübahisəli torpaq sahəsi və obyekt üzərində mülkiyyətçi və ya digər əşya hüququ subyekti olmadığından, qeyd olunan norma üzrə tələb irəli sürmək hüququna malik deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi göstərilən hallar onun mübahisəli əmlak üzərində subyektiv hüququnun mövcudluğunu təsdiq etmir. Subyektiv hüquq mövcud olmadıqda isə həmin hüququn pozulmasından və onun məhkəmə qaydasında bərpasından söhbət gedə bilməz. Beləliklə, iddiaçı cavabdehlərdən mübahisəli obyektin geri qaytarılmasını və dəymiş ziyanın ödənilməsi tələblərinin təmin edilməsi üçün qanuni və hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə xatırladır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “sahibkar obyektinin geri qaytarılması, dəymiş ziyan” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar