Məhkəmə qərarları › İş №2(041)-1928/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1928/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1928/2024 07.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx.xx.2008-ci il tarixdə ölmüş X5nun, xx.xx.2019-cu il tarixdə ölmüş anası X12 və xx.xx.2015-ci il tarixdə ölmüş ögey nənəsi X13 vərəsəsi olmasının və onlara aid bütün əmlakın, o cümlədən Kürdəmir rayonunun Dəyirmanlə kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, mərhum valideynləri X16 ilə X12 birgə nikahlarından xx.xx.1978-ci il tarixdə doğulmuş və hazırda öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşayır. X5 xx.xx.2008-ci il tarixdə, anası X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Onlar ailədə 1 qardaş 2 bacı olmuşlar. Bacıları Maraqlı şəxs1 və Maraqlı şəxs2 ailə qurmaqla hazırda öz evlərində yaşayırlar. 90cı illərin axırlarında Respublikada aparılmış Aqrar İslahatla əlaqədar ailə üzvlərinə Kürdəmir rayonunun Dəyirmanlı kəndi ərazisindən 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə o, öz adına 2023-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümukmi birgə mülkiyyət hüququ əsasında çıxarış almışdır. Həmin torpaq sahəsi onlara verilərkən babası Osmanov Xəllaxın ikinci arvadı, yəni ögey nənəsi X13 da adı birgə mülkiyyətçi kimi çıxarışda qeyd edilmişdir. X3 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və ölənə kimi onlarla birlikdə yaşamışdır. Mərhum valideynlərinin və ögey nənəsi X13 ondan və bacılarından başqa heç bir vərəsəsi yoxdur. Valideynlərinin və ögey nənəsinin ölümündən sonra miras qalan və ümumi birgə mülkiyyətə aid olan bütün əmlakı, o cümlədən Dəyirmanlı kəndi ərazisində yerləşən və ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar torpaq sahəsini də özü faktiki qəbul edib idarə etmiş və hazırda da özü idarə edir. Bacıları İlhamə ilə Solmazın miras əmlakı tam şəkildə qəbul etməsi ilə bağlı heç bir etirazları yoxdur. Lakin Kürdəmir regional Asan xidmət mərkəzinin notariat ofisi xx.xx.2005-ci il tarixdə ölmüş X13 vərəsəlik dairəsinin müəyyən edə bilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Ona görə də xx.xx.2008-ci il tarixdə ölmüş X5nun, xx.xx.2019-cu il tarixdə ölmüş anası X12 və xx.xx.2015-ci il tarixdə ölmüş ögey nənəsi X13 vərəsəsi olmasının və onlara aid bütün əmlakın, o cümlədən Kürdəmir rayonunun Dəyirmanlə kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxslər X6, Maraqlı şəxs2 Dürmüş qızına və Maraqlı şəxs3ndə notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ 308343 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 993955 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 vasitəsi ilə Vətəndaşlıq ”Vəziyyəti Aktları” AQİS-dən Çıxarışdan görünür ki, X18 xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs1 notariat qaydasında təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, xx.xx.2008-ci ildə ölmüş X5ndan miras qalmış əmlakı faktiki qəbul etməmiş, miras əmlakla bağlı heç bir tələb və iddiasının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs2 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X5nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət tələbinin olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 187 nömrəli arayışından görünür ki, Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşamış X2 yeganə həyat yolaşı İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli, 96 nömrəli arayışdan görünür ki, mərhumə ögey nənəsi X18 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Mürtülü kənd qəbristanlığında dəfn olunmuşdur. Mərhumun dəfn xərci X4 tərəfindən çəkilimişdir. X4 da xx.xx.2008-ci il tarixdə vəfat etmiş və Mürtülü kənd qəbristanlığında dəfn olunmuşdur. X2 tək varisi X4 olmuşdur. Hal-hazırda heç bir vəsiyyətnamə olmadığından mərhumə X18 və X14kn varisi Ərizəçidur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Sıxarışın surətindən görünür ki, hüquq sahibləri X16, Ərizəçi, X18 və X17 hüquq sahibləri olmaqla Kürdəmir rayonu, Dəyirmanlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,6470 hektar torpaq sahəsi Ərizəçi adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş və Maraqlı şəxs3ndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 05/09/S/121323-23 nömrəli arayışından görünür ki, onun ailə tərkibi X5 (ölüb), X17 (ölüb), bacısı Maraqlı şəxs2 və Maraqlı şəxs1 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və Maraqlı şəxs3ndə notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 202 nömrəli məktubdan görünür ki, xx.xx.2005-ci il tarixində ölmüş X8 miras qalan əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin vərəsəlik dairəsini müəyyən etmək mümkün olmadığı və müddəti ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnmə verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi o, mərhum valideynləri X16 ilə X12 birgə nikahlarından xx.xx.1978-ci il tarixdə doğulmuş və hazırda öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşayıram. X5 xx.xx.2008-ci il tarixdə, anası X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Onlar ailədə 1 qardaş 2 bacı olmuşlar. Bacıları Maraqlı şəxs1 və Maraqlı şəxs2 ailə qurmaqla hazırda öz evlərində yaşayırlar. 90-cı illərin axırlarında Respublikada aparılmış Aqrar İslahatla əlaqədar ailə üzvlərinə Kürdəmir rayonunun Dəyirmanlı kəndi ərazisindən 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə o, öz adına 2023-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümukmi birgə mülkiyyət hüququ əsasında çıxarış almışdır. Həmin torpaq sahəsi onlara verilərkən babası Osmanov Xəllaxın ikinci arvadı, yəni ögey nənəsi X13 da adı birgə mülkiyyətçi kimi çıxarışda qeyd edilmişdir. X3 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və ölənə kimi onlarla birlikdə yaşamışdır. Mərhum valideynlərinin və ögey nənəsi X13 ondan və bacılarından başqa heç bir vərəsəsi yoxdur. Valideynlərinin və ögey nənəsinin ölümündən sonra miras qalan və ümumi birgə mülkiyyətə aid olan bütün əmlakı, o cümlədən Dəyirmanlı kəndi ərazisində yerləşən və ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar torpaq sahəsini də özü faktiki qəbul edib idarə etmiş və hazırda da özü idarə edir. Bacıları İlhamə ilə Solmazın miras əmlakı tam şəkildə qəbul etməsi ilə bağlı heç bir etirazları yoxdur. Lakin Kürdəmir regional Asan xidmət mərkəzinin notariat ofisi xx.xx.2005-ci il tarixdə ölmüş X13 vərəsəlik dairəsinin müəyyən edə bilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İş materiallarından görünür ki, Ərizəçi mərhum valideynləri, X16 və X9 mirs qalmış bütün əmlakı, həmçinin onlarla birlikdə yaşayan mərhum ögey nənəsi X13 ölümündən sonra mərhum X5, X18, X12 və özünün xüsusi mülkiyyətlərində olan 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul edib idarə edərək həmin əmlaka əmlak hüququ ilə bərabər sahiblik və istifadə hüququ əldə etməklə həmin miras əmlakları faktiki qəbul etdiyini şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4nun digər vərəsələri Maraqlı şəxs1 və Maraqlı şəxs2 mərum ataları X7 miras qalan əmlakı faktiki qəbul etməmiş və miras əmlakla bağlı heç bir tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinin tələbinə görə miras qoyanın yaşayş yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Ərizəçi 06.012005-ci il tarixdə ölmüş X13 yeganə varisi olması müəyyən edilməli, xx.xx.2008-ci il tarixdə ölmüş X11, xx.xx.2019-cu il tarixdə ölmüş X12 və xx.xx.2015-ci il tarixdə ölmüş ögey nənəsi X15 aid bütün əmlakın, o cümlədən Kürdəmir rayonunun Dəyirmanlə kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməli və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2005-ci il tarixdə ölmüş ögey nənəsi X13 yeganə varisi olması müəyyən edilsin. xx.xx.2008-ci il tarixdə ölmüş X11, xx.xx.2019-cu il tarixdə ölmüş X12 və xx.xx.2015-ci il tarixdə ölmüş X15 aid bütün əmlakın, o cümlədən Kürdəmir rayonunun Dəyirmanlı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar