Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1941/2025 13.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi ilə, İddiaçı Ərizəçi cavabdehlər Kürdəmir Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi cavabdehlər Kürdəmir Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X1 mülkiyyətində olan fərdi yaşayış evinə vərəsəlik hüuqu haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hakim hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi cavabdehlər Kürdəmir Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» gün müddətində Kürdəmir Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1941/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1941/2025
13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver