Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1975/2024 06.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X2 yeganə vərəsəsi olmağı və onlara aid olan bütün əmlakın, o cümlədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da hazırda o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mərhum valideynlərindən miras qalan evdə yaşayır. Özü İ Qarabağ müharibəsi veteranıdır. Onlar ailədə 3 qardaş, 2 bacı olmuşlar. X4 xx.xx.1993-cü il tarixdə, anası X5 xx.xx.2021-ci il tarixdə, qardaşı X15 xx.xx.1974-cü il tarixdə, digər qardaşı X16 isə xx.xx.1976-ci ildə ölmüşlər. X4 öləndən sonra anası X5 qanun üzrə vərəsə olmaqla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ haqqında şəhadətnaməni əldə etmiş və ölənə kimi, yəni xx.xx.2021-ci il tarixdə kimi onunla birlikdə həmin evdə yaşamışlar. Anası öləndən sonra ondan miras qalan bütün əmlakı, o cümlədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini o qəbul etmiş və hazırda da o evdə yaşayır. Bacıları Maraqlı şəxs1 və X7 isə evlənib ailə həyatı qurmaqla ayrı-ayrı ünvanlarda yaşayırlar. Miras əmlak olan mərhum anasından miras qalan əmlaka dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 2023-cü ilin may ayında Maraqlı şəxs3ndə notariat ofisinə müraciət etmişdir. Lakin Maraqlı şəxs3ndə notariat ofisində onun yeganə vərəsə olmadığını bildirib tam pay olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Bununla bağlı bacısı X7 miras əmlakı faktiki qəbul etməməsi, miras əmlaka dair heç bir iddi və tələbinin olmadığını bildirdiyi halda digər bacısı Maraqlı şəxs1 miras əmlakla bağlı heç bir ərizə verməmişdir. Məhkəmədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evininin miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, X7 və Maraqlı şəxs3nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. X6 vəfat edənə kimi Ərizəçi himayəsində olmuş, vəfat edərkən Ərizəçi onların bütün dəfn xərclərini çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 digər şahid X8 ilə eyni məzmunda izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. İş materiallarında olan; - Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X14 və X2 ümumi birgə mülkiyyətindədir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X16 xx.xx.1976-ci il tarixdə vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ 373443 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 157494 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli İV 409515 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 16 Saylı Ucar ərazi İdarəsinə ünvanlanmış 1043 nömrəli məktubda göstərilmişdir ki, Hacıyev X9 regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 ünvan 3 ünvanında miras qalmış əmlakın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin həmin miras əmlaka dair hüquq müəyyən edici sənədin olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Ramin Əhmədov tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 1373 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2021-ci ildə ölmüş X1 miras qalmış əmlaka dair yeganə vərəsə olmadığından və bu səbəbdən ona tam pay olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil. Bu halda məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. - Notariat qaydasında təsdiq edilmiş ərizələrində maraqlı şəxs X7 miras qalmış əmlakı faktiki qəbul etmədiyini, əmlaka dair heç bir iddia və tələbi olmadığını bildirmişdir. İşin faktiki hallarından məlum olur ki, miras ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Hüquq sahib olan X14 və X6 vəfat etmişlər. Ərizəçi xx.xx.2023-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə ölmüş anası X1 miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin yeganə vərəsə olmadığı, bu səbəbdən tam pay olmaqla vərəsəlik hüququ haqqında şahədətnaməni verməyin mümkün olmadığı bildirilərək bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan 1246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-ci maddəsində göstərilir ki, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə faktlara baxır. Hazırki iş üzrə ərizəçi xx.xx.1993-cü ildə ölmüş X14 və xx.xx.2021-ci ildə ölmüş X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, xx.xx.1993-cü ildə ölmüş X14 və xx.xx.2021-ci ildə ölmüş X1 qalan mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə ölmüş X14 və xx.xx.2021-ci ildə ölmüş X1 miras qalan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1975/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1975/2024
06.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver